TÖHMƏTİN BATİNİ QAYNAQLARI

:

Digər rəzilətlər kimi çox çirkin bir rəftar olan töhmətin kökünü də insan nəfsində axtarmaq lazımdır.

“Həsəd”, “cəzadan qorxmaq”, “tamah” və bu kimi rəzilətlər töhmət üçün münasib şərait yaradır. Bəzən, insan başqalarının kamilliyinə paxıllıq etdiyindən onları ittihamlandırır. Çünki o, töhmət vurduğu adamı alçaltmaq məqsədi güdür. Bəziləri də öz nalayiq əməlinin pis cəzasını nəzərə alaraq başqasına töhmət vurmaqla bu cəzadan xilas olacağını düşünür. Eyni zamanda, kiminsə məqamının üstünlüyü hərislik və tamahkarlıq hissləri doğurur və onu töhmət vurmağa vadar edir. Əlbəttə ki, bu hisslər “vahimə”dən irəli gəlir.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova

 

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!