TÖHMƏTİN MÜALİCƏ METODLARI

:

İnsan zəhmət çəkib dilini töhmət kimi bəladan qoruyub ondan xilas ola bilər.

Bu xəstəliyin müalicəsi üçün ilk növbədə dərindən düşünərək bu bəlanın acı nəticələrinin yada salınması gərəkdir.
Töhmətin pis nəticələrini xatırlamaq insanda nifrət hisslərini oyadır və bu çirkin rəftardan pəhriz etməsinə gətirib çıxarır. Təbiidir ki, insan bütün xarici və batini rəftarlarını “sevmək” və “nifrət etmək” kimi bünövrənin üzərində qurulur. Bu səbəbdən də, töhmətdən xilas olmaq üçün insanın ona qarşı nifrət bəsləməsi tövsiyə olunur. Həmçinin insanlar başqalarının şəxsiyyətini qorumaq üçün hər bir üsuldan istifadə etməlidirlər.
Müqəddəs İslam dini möminlərin abır-həyası və şəxsiyyəti Kəbədən deyil, hətta Quran-Kərimdən1 belə əzəmətli olduğunu bəyan etmişdir. Bunları nəzərə alaraq deyə bilərik ki, heç bir kəsin möminlərin şəxsiyyətini alçaldıb onların heysiyyətinə təcavüz etməyə haqqı yoxdur. Yaxşı güman hisslərini gücləndirib başqalarının rəftarlarını yaxşı yerə yozmaq da “töhmət” xəstəliyinin müalicə metodlarından biridir.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Biharul-ənvar”, Əllamə Məclisi, 7-ci cild, səh. 323.

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!