QURANİ KƏRİMDƏ NӘSX - II hissə

:

İLAHİ HÖKMLӘRİN NӘSXİ
Görәsәn nәsx özünün hәmin bu mәnasında ilahi hökmlәrә yol tapa bilәrmi? Yәni hәr hansı bir hökm başqa bir hökmü nәsx edәrәk aradan apara bilәrmi?


İslam dünyasının görkәmli alim vә mütәxәssislәri hamılıqla nәsxin mümkünlüyünә (yәni ilahi hökmlәrdәn bәzilәrinin, digәr hökmlәrlә әvәz olunmasına) dair öz fikir vә mülahizәlәrini irәli sürmüşlәr. Lakin mәsihi vә yәhudi alimlәri bu nәzәriyyә ilә müxalifәt edәrәk ilahi hökmlәrin nәsx olunmasını vә qeyri-mümkün hesab edirlәr. Bu barәdә onlar heç bir әsası olmayan yalnız bir dәlilә istinad etmişlәr.

NӘSXİN QEYRİ-MÜMKÜNLÜYÜ
Nәsx nәzәriyyәsi ilә müxalif olanlar nәsxin qeyri-mümkünlüyü haqda deyirlәr: Hökmlәrin nәsx olunması bu iki haldan xaric deyildir. Ya qüvvәyә minmiş qanuna lazımınca riayәt olunmamış vә ya qanunverici qüvvә bunun nә ilә nәticәlәnәcәyini bilmәdiyi üçün bir sıra çәtinliklәrlә qarşılaşmış vә mәcburiyyәt qarşısında onu digәr hökmlәrlә nәsx etmәli olmuşdur. Lakin verilәn hәr iki ehtimal hәqiqi qanunvericiliyә, yәni Allaha aid olduğu üçün qәbul edilmәsi qeyri-mümkündür.
İzah: Qanunvericilik mәsәlәsi elmi, hәr şeyi әhatә edәn adil vә hәkim olan Allaha aiddir. Onun bütün hökmlәri zәmanәnin tәlabatına uyğun vә eyni zamanda dәrin hikmәtә әsaslanır. Çünki qeyri-mәntiqi vә zәmanәnin tәlabatına uyğun olmayan qanunlar ilahi hikmәt vә әdalәt prinsiplәri ilә tamamilә ziddiyyәt tәşkil edir. Demәk, verilmiş birinci hökm zәmanәnin tәlabatı ilә tamamilә uyğun vә dәrin hikmәtә әsaslanmışdır. Vә әgәr qanunverici mәlumatsızlıq vә ya zәmanәnin tәlabatını nәzәrә almadan sәhvә yol verәrәk zәmanә vә şәraitә tamamilә ziddiyyәtli hökmlәr verәrsә vә nәticәdә bunun necә pis nәticәlәr verdiyi aşkara çıxarsa, әvvәlki hökm nәsx olmuş olur. Vә belә olduqda başqa bir irad nәzәrә çarpır. O da nәsxin Allahın cәhl vә mәlumatsızılığından irәli gәldiyindәn ibarәtdir. Nәticәdә belә bir qәnaәtә gәlәcәyik ki, nәsx ya qanunvericinin zәmanәnin tәlabatına zidd hökm vermәsindәn vә ya zaman vә şәraitә olan mәlumatsızlığından irәli gәlir. Bir halda ki, Allah bütün eyb vә nöqsanlardan uzaq vә bu kimi xüsusiyyәtlәrdәn pak vә münәzzәhdir.
Cavab: Qanunverici (Allah) tәrәfindәn verilәn bәzi hökmlәr heç dә hәmişә icra xarakteri daşımır. Yәni bu kimi hökmlәr bәzәn insanları imtahan vә ya üzәrlәrinә düşәn vәzifәlәri tam şәkildә bәyan etmәk mәqsәdi ilә verilir. Belә olan bir halda nәsx heç bir mәnfi mәfhum kәsb edә bilmir. Çünki hәr iki hökm (yәni hökmün qanunverici tәrfindәn verilmәsi vә sonradan onun digәr hökmlә nәsx olunması) zәmanәnin tәlabatına uyğun vә sәbәbsiz olaraq verilmәmişdir.
Demәk, belә bir nәsxin hәyata keçmәsi heç dә nә ilahi hikmәti ilә müxalif, nә dә Onun cәhlindәn irәli gәlir vә belә olduqda belә xüsusiyyәtlәrin Allah üçün qeyri-mümkün olması da heç bir mәfhum kәsb etmәyәcәkdir.
Bәzәn dә tәlabatı nәzәrә alaraq müәyyәn işlәr üçün qanun qәbul edir vә bir müddәt keçdikdәn sonra onlar hәmin qanunverici tәrәfindәn nәsx olunur. Lakin bu heç dә o demәk deyildir ki, qüvvәdә olan ilk qanun hәmişәlik olaraq qәbul olunmuş, amma sonralar ehtiyac vә tәlabatı nәzәrә alaraq qanunverici tәrәfindәn daha mükәmmәl bәndlәrlә әvәz olunmuşdur. Belә bir şeyi qәbul etmәklә böyük bir sәhvә yol vermiş olardıq. Allah hökmü verdiyi ilk gündәn onun qısa müddәtli (müvәqqәti) olduğunu bilmiş vә müddәt başa çatdıqdan sonra onu yeni hökmlә әvәz etmişdir. Vә belә bir şәraitdә nәsx heç bir mәnfi xarakter daşımır vә belә bir cәrәyan Allahın elm vә hikmәti ilә ziddiyyәtlik tәşkil etmir. Belә bir nәticәyә gәlirik ki, «şәri nәsx» deyildikdә, qısa müddәtli qüvvәdә olacaq vә bu müddәt başa çatdıqdan sonra nәsx olunan hökmlәri nәzәrdә tutmalıyıq. Nәsxin belә bir şәraitdә hәyata keçmәsi tamamilә normal bir haldır. Çünki zaman vә şәraitin ilahi hikmәt vә qanunlara tәsir göstәrmәsi inkarolunmaz bir hәqiqәtdir. Belә ki, bәzәn zaman vә şәrait dәyişildikdә qanunlar yenidәn әvәz olunur vә yeni qanun vә hökmlәr qüvvәyә minir. Mәsәlәn bir zamanlar «bazar ertәsi» Allah-taala tәrәfindәn hәzrәt Musa (ә)-ın davamçıları (yәhudilәr) üçün bayram (istirahәt) günü tәyin olunur. Әsrlәr, illәr keçir vә islam dini zühur edir. Şәrait vә zaman nәzәrә alınaraq cümә günü müsәlmanlar üçün bayram vә istirahәt günü kimi tәyin olunur. Vә sonralar zaman vә şәrait nәzәrә alınaraq namaz, oruc, hәcc vә dinin digәr zәruri hökmlәrindә dә müәyyәn dәyişikliklәr aparılır. Demәk, dövrün (zamanın) әvәz olunması şәri qanunların tәyin vә ya әvәz olunmasında әn başlıca meyar hesab olunur. Zaman müәyyәn dövr baxımından müәyyәn xüsusiyyәtlәrә malik olduğu kimi, çәkәcәyi müddәt baxımından da özünәmәxsus xüsusiyyәtlәrә malik ola bilәr. Belә ki, müәyyәn dövrdә adi hala çevrilmiş hәr hansı bir iş vә ya qüvvәdә olan qanun zaman vә şәrait dәyişilmәklә yeni-yeni qanun vә adәt-әnәnәlәrlә әvәz olunur.

Əl-Bəyan kitabından

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!