QURANİ KƏRİMDƏ NӘSX - III hissə

:

TÖVRAT VӘ İNCİLDӘ NӘSX
Yәhudi vә mәsihilәrin ilahi qanunlarda nәsxә yol verilmәdiyinә dair gәtirdiklәri dәlillәr artıq bizә mәlum oldu. Lakin bir qәdәr әvvәl qeyd etdik ki, ilahi qanunların nәsx olunması mümkün vә adi bir haldır.


Çünki nәsx hәr hansı bir hökmün müәyyәn dövrdә qüvvәdә olmasından vә ehtiyacı ödәmәdikdә isә digәr qanunlarla әvәz olunmasından savayı bir şey deyildir. Lakin daha tәәccüb doğuran yәhudi vә mәsihilәrin nәxsin ilahi qanunlarda qeyri-mümkünlüyünü iddia etmәlәridir. Bir halda ki, biz Tövrat vә İncilin fәsillәrinin bir çoxunun nәsx olunduğunun şahidi oluruq. Sizlәri onlardan bir neçәsi ilә tanış edirik:
1. «Allah-taala Musa vә Haruna xitab edәrәk buyurur: Bәni-qәhatın sayı qәdәr, Bәni-lavi qәbilәlәrindәn vә onların ata-babaları ilә qohumluq әlaqәsi olan qәbilәlәrdәn yaşı otuzdan-әlliyә qәdәr olan şәxslәr orduya daxil olub orada hamılıqla lazımı işlәr görsünlәr» (Tövrat 4-cü fәsl, 2-3-cü bәndlәr) Lakin 8-ci fәslin 23 vә 24-cü bәndlәrindә hökmün nәsx olunduğu vә orduya 25 yaşlı cavanların daxil olunması göstәrilir. Orada deyilir: Allah-taala Musaya xitab edәrәk buyurur: Bәni-lavinin qanununa әsasәn, 25 yaşlı cavanlar daxil olmalı vә orada xidmәt etmәlidirlәr. 2332-ci bәndlәrdә, hökmün ikinci dәfә nәsx olunduğu vә orduya daxil olan şәxslәrin iyirmi yaşdan ibarәt olması göstәrilir.
Bәni-lavinin iyirmi beş yaşına çatmış hәr bir cavanı orduya üzv olub Allahın evinә xidmәt etdi...
2. Әgәr sizlәrdәn biriniz Allah yolunda nәzir edә vә ya and içәrsә, ona әmәl etmәli vә әhdinә xilaf çıxmamalıdır. (Tövrat 30-cu fәsil) 
Lakin Matveyin İncildә (5-ci fәsl, 33-cü bәndlәr) and hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: «And içmәyiniz haqda verilәn hökmü eşitmisiniz. Allah içdiyiniz andlara hökmәn әmәl edin! Lakin mәn sizә deyirәm: Heç vaxt and içmәyin!»
3. Tövratda (21-ci fәsil 23 vә 24-cü bәndlәrdә) qisas hökmü haqda deyilir: «Әgәr başqasına zәrәr yetirәrsәnsә onun әvәzini ödәmәlisәn» Gözә-göz, dişә-diş, buruna-burun, әlә-әl, yaraya-yara vә basılmış dağ әvәzinә dağ basılmalıdır.»
Yenә dә Matveyin İncilindә (5-ci fәsil 28-29-cu bәnd) qisas hökmünün nәsx olunduğu göstәrilir. Orada deyilir: Tövratda, gözә-göz, dişә-diş qisas olaraq alılndığını eşitmisiniz. Lakin mәn sizә zülm edәnlәrә qarşı müqavimәt etmәmәyinizi әmr edirәm. Sağ üzünüzә sillә vurarlarsa, sol üzünüzü çevirin. Sizinlә dava edәrkәn әbanızın yaxasından yapışarlarsa әbanızı ona verin.
4. Sizinlә bağlayacağım әhd-peymana әmәl etmәli vә özünüzdәn sonra onu öz övladlarınıza irs qoymalısınız. «Bağlayacağım әhd-peyman kişilәrinizin xәtnә olunmasıdır.» (Tövrat, 17-ci fәsil, 10-cu bәnd. Allahın hәzrәt Ibrahim ilә söhbәti)
Bu hökm hәzrәt Musa (ә)-ın şәriәtindә dә tәsdiq olunmuşdur. (12-ci fәsil, 48-49-cu bәnd) 
Yenә dә 12-ci fәsildә (2 vә 3-cü bәndlәr) deyilir:
«Bәni-israilә de ki: Oğlan uşağı doğan qadın yeddi gün heyz olduğu üçün nәcis hesab olunur vә sәkkizinci gün uşaq xәtnә olunmalıdır».
Bu hökmün dә kitabın 15-ci fәslindә (24-30-cu bәndlәr) [Peyğәmbәrlәrin gördüklәri işlәr, Polisin yazdığı mәktublar] nәsx olunduğunun şahidi oluruq.
«Oğlan uşaqlarının xәtnә olunması yәhudi vә mәsihi dininin davamçılarının üzәrindәn götürülür...»
5. Tövratda qadınlara tәlaq verilmәsi haqda deyilir:
Evlәndiyiniz qadınlarda xoşagәlmәz rәftar vә ya xüsusiyyәt gördükdә onlara tәlaq verib evinizdәn çıxarın. Qadın ikinci dәfә әrә gedib ondan da boşanarsa üçüncü dәfә әrә gedә bilәr. Vә әgәr onun üçün әri ölәrsә yenidәn birinci әri ilә ailә qura bilmәz. (Tövrat 24-cü fәsil, 1-3-cü fәsillәr) Lakin İncil bu hökmü nәsx edәrәk tәlaq verilmәsini haram edir.
«Deyilir ki, zövcәsi ilә razılığa gәlә bilmәyәnlәr onlara tәlaq verә bilәrlәr. Lakin mәn sizә bu hökmü verirәm: Zinadan başqa kim öz zövcәsinә tәlaq verәrsә, onun zina etmәsinә sәbәb olur. Vә özü başqa bir tәlaq verilmiş qadınla evlәnәrsә yenә dә zina etmiş olur.»
Tәlağın haramlığına Markosun İncilindә dә (16-cı fәsil, 17-ci bәnd vә 10-cu fәsil 11-12-ci bәnd) rast gәlmәk olur.
Bu barәdә әtraflı mәlumat әldә etmәk istәyәnlәr «İzharul-hәqq» vә «Әlhuda ila dinil Mustәfa» adlı kitablara da müraciәt edә bilәrlәr.

Əl-Bəyan kitabından

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!