QURANİ KƏRİMDƏ NӘSX - IV hissə

:

İSLAMDA NӘSX
Müsәlmanlar arasında nәsx barәsindә heç bir ixtilaf nәzәrә çarpmır. Çünki keçmiş din vә ehkamlar mәhz islam dini tәrәfindәn nәsx olub aradan getmişdir. Hәtta onun özündә belә bәzi hökmlәr nәsx olaraq yeni qanunlarla əvəz olunmuşdur.


Məsələn: Quran, müsəlmanların üzlərini ona tərəf tutub namaz qıldıqları ilk qiblənin nəsx olunduğunu bəyan edir. Və bu hökm hər bir müsəlman tərəfindən arada heç bir ixtilaf olmadan qəbul olunur və sual doğuran məsələlərdən biri də budur ki, görəsən Quranda nəsx olunan bəzi ayələr (hökm və qanunlar) Quranın öz ayələri ilə, ya Peyğəmbər (s) buyurduqları, ya müsəlman icması tərəfindən və ya əql və təfəkkür yolu ilə nəsx olunmuşdur. Bu olduqca geniş və çox şaxəli məsələ olduğu üçün müqəddimə olaraq nəsxin neçə hissədən ibarət oluduğu haqda müxtəsər məlumat vermək yerinə düşərdi.
1. Tilavətlərdəki nəsx:
Deyilir: Ayələrdən bəziləri hal-hazırki Quran nüsxələrində mövcud olmasa və oxunmasa da şəri hökm olaraq müsəlmanlar tərəfindən icra olunur. Onlardan biri də «Rəcm» (daşqalaq) ayəsidir.
Cavab: Nəsxin bu növünə «Tilavətdəki nəsx deyilir». Burada hökmün özü deyil, ayənin oxunuşu nəsx olunmuşdur. Lakin təhrif haqda söhbət açarkən bu mətləbə işarə etdik ki, tilavətlərin (oxunuşun) nəsx olunduğunu qəbul etmək, onun təhrif olunduğunu qəbul etmək deməkdir. və bunu isə sübuta yetirəcək heç bir dəlil yoxdur. Bu barədə nəql olunmuş rəvayətlərə gəldikdə isə, onlar «vahid xəbər» formasında nəql olunmuşdur. Bu kimi mühüm mətləblər isə «vahid xəbər» formasında nəql olunmuş rəvayətlərlə isbat olunmayır. Çünki müsəlman icması bu barədə eyni nəzər və əqidəyə malikdirlər. Quranın özü vahid xəbərlə sabit olmadığı kimi, onun nəsx olunmasını da vahid xəbərlə sübuta yetirmək qeyri-mümkündür.
Onu da qeyd edək ki, böyük əhəmiyyət kəsb edən hər bir mətləb tez bir zamanda cəmiyyətdə yayılıb bir çoxlarını özünə cəlb edir. Belə bir xəbər bir çoxları tərəfindən nəql olunur və zaman keçdikcə mütəvatirlik mərhələsinə çatır. Demək, mühüm bir hadisənin vahid xəbər formasında nəql olunması onun əsla baş vermədiyinə dəlalət edir. Və bu barədə məlumat verən şəxs nəql etdiyi rəvayətdə ya səhvə və ya yalan və iftiraya yol vermiş olur. Çünki əgər həqiqətən əhəmiyyət kəsb etmiş olsaydı, bir çoxları tərəfindən nəql olunar və mütəvatirlik mərhələsinə çatardı.
Belə bir halda vahid xəbər halında nəql olunmuş rəcm ayəsini Quran ayələrindən biri kimi qəbul edib tilavətinin nəsx, lakin icra olunduğunu necə iddia etmək olar?
Bəli, bir qədər əvvəl qeyd etdik ki, Ömər yazılı nüsxə gətirib onun Quranın rəcm ayələrindən biri olduğunu iddia etmiş, lakin özündən başqa heç bir şahidi olmadığı üçün onu yığılmaqda olan Quranın orжinal nüsxəsinə əlavə etməmişlər. Sonralar rəcmi tilavəti nəsx, lakin hökmü icra olunan ayə kimi qələmə verilmişdir.
2. Hökm və tilavətlərin nəsxi:
Bəziləri belə bir iddia irəli sürürlər ki, Quran ayələrindən bir neçəsi müxtəlif səbəblər üzündən bəzi ayələrlə nəsx olunmuş və hal-hazırda nə onların oxunuşu, nə də digər şəri hökmlər kimi icrasına əməl olunur. Yəni onların həm tilavəti, həm də icrası nəsx olunmuşdur.
Bu nəzəriyyənin tərəfdarları «təhrif»ə dair haqqında söhbət açdığımız ayrıca fəsildə Aişədən nəql olunmuş 10-cu rəvayətə istinad edirlər.
Lakin nəsxin birinci fəslinə tutulan irad və nöqsanlar sözsüz ki, belə bir əsassız nəzəriyyəyə də şamil olunur. Belə ki, Aişədən nəql olunmuş rəvayət bizlərə vahid xəbər halında gəlib çatmışdır. Bir halda ki, Quranın mötəbərliyinə və ona dair olan hər hansı bir mətləb vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sübuta yetirilmir.
3. Hökmlərdəki nəsx:
Mübahisə doğuran məsələlərdən biri də ayələrdən bəzilərinin nəsx olunaraq digər şəri hökmlər kimi icra olunmaması (və ya icrasının qadağan olunduğu) lakin tilavət zamanı digər ayələr kimi oxunmasıdır. Alim və müfəssirlərin əksəriyyəti nəsxin bu növünü qəbul etmiş və Əbu Cəfər Nəhas, Hafis Müzəffər Farsi kimi bəzi görkəmli alimlər bu barədə ayrıca kitablar təlif etmişlər. Və eyni zamanda təhqiqatçıların və Quran mütəxəssislərinin bir çoxu bu nəzəriyyəni qətiyyətlə rədd edərək Quran ayələrindən birinin də olsun nəsx olunmadığını isbat etməyə cəhd etmişlər.
Lakin diqqət yetirmək lazımdır ki, alim və təhqiqatçılar arasında ayələrin bəzilərinin nəsx olunub-olunmaması haqda fikir ayrılığı olsa da, keçmiş dinlərin hətta islam dininin zühur etdiyi dövrlərdə qüvvədə olan qanun və hökmlərin nəsx olunduqları haqda bir-birləri ilə əsla müxalif deyillər.

NƏSX
Daha dəqiq nəzəriyyə əldə etmək üçün müəyyən izahatlar verməyi özümüzə zəruri hesab edirik:
Hər-hansı bir hökmün Qurandkı daimi hökmlər aşağıdakı hallarda nəsx oluna bilər.
1. Quranın daimi hökmlər Peyğəmbər (s) və məsum İmamlar (ə) tərəfindən nəql olunmuş mütəvatir hədis və rəvayətlərlə nəsx olunmuş olsun. Belə bir nəsxin əql və nəql olunmuş rəvayətlər baxımından heç bir nöqsanı yoxdur. Və əgər sabit olunarsa təxirə salınmadan icra olunmalıdır, yox əgər sünnə və nəql olunmuş mütəvatir rəvayətlərdə həmçinin icmada öz əksini tapmazsa nəsx hesab olunmayır, çünki nəsx vahid xəbər halında nəql olunmuş rəvaytlərlə sabit olunmur.
2. Mövzu baxımından tamamilə eyni olan ayələr:
3. Zahiri baxımdan deyil, bəlkə daşıdığı məna baxımından nəsx olunmuş ayələrlə ziddiyyət təşkil edən ayələr:
Araşdırmalar göstərir ki, Quranda bu kimi nəsx hallarına rast gəlmək olmur. Ona görə ki, Quran bu kimi ixtilaf və ziddiyyətləri özündən dəf edir. Belə ki, Nisa surəsinin 82-ci ayəsində buyurulur:
«Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o Allahdan qeyri tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət, ixtilaf, uyğunsuzluq tapılardı.»
Alim və müfəssirlərin bir çoxu ayələrin həqiqi (batini) mənalarına lazımı diqqət yetirmədikləri üçün belə bir qənaətə gəlmişlər ki, Quranın bəzi ayələrində müəyyən ixtilaf və ziddiyyət mövcuddur. Bu qənaətə gəlməklə sonradan nazil olunmuş ayələri ilk dövrlərdə nazil olmuş ayələri nəsx etdiyini təsəvvür etmişlər. Belə bir yanlış qənaətə gəlməklə alimlərin bəziləri, hətta ümumiyyət və xüsusi, məhdud və qeyri-məhdud xarakteri daşıyan və bir-birlərini təfsir edən iki ayə arasında ixtilaf və ziddiyyətin mövcud olduğuna dair müxtəlif fikir və mülahizələr irəli sürmüşlər.
Əlbəttə belə bir qənaətə gəlməyin əsas səbəbi nəsx sözünün lüğəvi mənasını lazımınca araşdırmamaq və səhlənkarlıq üzündən baş verir.
Belə isə nəsx nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri fərziyyələrə son qoymaq üçün bu kimi ayələri diqqətlə araşdırmalı və şəriət hökmlərinin sübuta yetirilməsində istifadə olunmalıdır.

Əl-Bəyan kitabından

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!