QURANİ KƏRİMDƏ NӘSX - I hissə

:

NӘSXİN MӘNASI
Bir çox tәfsir vә Quran elmlәrinә dair tәlif olunmuş kitablarda Qurandakı bәzi ayәlәr haqda «nәsx olunmuş ayәlәr» adı altında ayrıca fәsl ayrılmışdır. Әbu Bәkr Nuhas özünün «Әn-nasix vәl Mәnsux» adlı kitabında nәsx olunmuş ayәlәrin sayını 138 olduğunu qeyd etmişdir.


Kitabın bu fәslindә nәsxin nә olduğunu vә ayәlәrdәn bәzilәrinin nәsx olunuduğuna dair irәli sürülmüş müxtәlif nәzәriyyәlәri araşdıracağıq vә belәliklә dә Quran ayәlәrindә nәsxә yol verilmәdiyini aşkara çıxaracağıq.
Nәsx nәzәriyyәsi irәli sürülmәklә qanunvericilik xarakteri daşıyan bir çox ayәlәr getdikcә öz әhәmiyyәtini itirmiş, amma sonra tükәnmәz elm mәnbәyi olan bu ilahi nemәt, öz әzәmәt vә şan-şöhrәtini özünә qaytara bilmişdir. Ümid edirik, haqqında söhbәt açdığımız mәtlәb müsbәt nәticәlәr verәrәk azacıq da olsa әhәmiyyәt kәsb etmiş olsun.
Biz burada nәsx olunan ayәlәrin yalnız otuz altısı haqda söhbәt açacağıq. Әgәr bu ayәlәrdә nәsxә yol verilmәdiyini isbat edә bilsәk, digәr ayәlәrindә nәsx olunmadığını asanlıqla sübuta yetirә bilәrik.

NӘSXİN LÜĞӘVİ MӘNASI
Nәsxin lüğәvi mәnası yazılı mәtnin üzәrindәn köçürmәk, olduğu kimi yazmaqdır. «İntisax» vә «istinsax» kәlmәlәri dә mәhz bu kökdәn götürülmüşdür. Nәsx lüğәtdә «dәyişmәk», «nәql etmәk» mәnalarında da işlәnmişdir. Belә ki, el arasında işlәnәn atalar sözündә deyilir: «Tәnasәxәl mәvarisu vәdduhuru». Yәni zaman vә var-dövlәt dәyişilmişdir. Bütün bunlarla yanaşı biz nәsxin lüğәtdә «mәhv olub aradan getmәk» mәnasında işlәndiyinin dә şahidi oluruq. Başqa bir atalar mәsәlindә deyilir:
«Nәsәxtişşәmsuz-zillә» – yәni gün kölgәni aradan apardı. Nәsx, Peyğәmbәrin (s) sәhabәlәrin zamanında vә sonrakı dövrlәrdә dә mәhz bu mәnada işlәnmişdir. Onlar adәtәn külliyat vә ümumi bir mәfhumdan ayrılan vә ya istisna olan hәr bir şeyә «nasix» (aradan aparan) deyәrdilәr. Çünki sonradan yaranmış әlavә vә istisnalar әvvәlki hökmlәri ya әvәz etmiş vә ya aradan aparmışdır.

NӘSXİN İSTİLAHİ MӘNALARI
Din alimlәri vә Quran elmlәri mütәxәssislәri bu ifadәdәn lüğәvi mәnada istifadә etmişlәr. Nәsxin tәrifindә deyilir: Nәsx hәr hansı sabit bir şәri hökmün dövr vә zamanı dәyişilmәklә yeni hökmlә әvәz olunmasına deyilir. Tәrifdә «sabit» ifadәsindәn istifadә etmәkdәn mәqsәd budur ki, әgәr sadir olunan hökm sabit olmazsa, mövzu dәyişilmәklә әvәz olunarsa artıq nәsx adlandırılmayır. Mәsәlәn, Ramazan ayı başa çatdıqdan sonra әgәr bu ayda oruc tutulmasının vacibliyi aradan götürülәrsә, artıq biz bunu nәsx adlandıra bilmәrik. Çünki orucun vacibliyi hәmişәlik deyil, yalnız Ramazan ayına aiddir. Belә ki, Ramazan ayı sona çatdıqdan sonra orucun vacibliyinә dair sadir olunmuş hökmün vacibliyi dә әvәz olunur. Hәmçinin vaxtı keçdikdәn sonra var-dövlәtә aid olan malikiyyәti dә nәsx adlandırılmır. Çünki bütün hallarda әvәz olunan hökmün özü deyil, mövzu vә şәraitidir vә mövzu dәyişilmәklә hökmün aradan götürülmәsi nә nәsx adlanır, nә dә şәriәt alimlәri arasında fikir ayrılığına vә ixtilafa sәbәb olur.
İzah: Nәsxin mahiyyәtinin nәdәn ibarәt olduğunu daha da aydınlaşdırmaq üçün oxucunun nәzәrini verdiyimiz izahata cәlb edirik.
Şәriәt vә islam qanunları tәrәfindәn uydurulan hәr bir hökm vә hәr hansı bir hәqiqi qanunvericilik orqanı tәrәfindәn qüvvәyә minәn hәr bir qanun sübut vә isbat baxımından iki mәrhәlәdәn ibarәtdir:
1. Hökmün reallaşmasında olan sübut mәrhәlәsi;
Buradan hәmin qanunvericilik mәrhәlәsi nәzәrdә tutulur. Bu mәrhәlәdә hökm vә qanun ümumi şәkildә hәr hansı bir mәtlәb nәzәrdә tutulmadan qüvvәyә minir. Mәsәlәn, şәrabın haram olduğuna dair hökm verilir. Belә bir qanunvericiliyin mәnası bundan ibarәtdir ki, hәr zaman vә hәr yerdә şәrab olsa ondan istifadә (alıb-satmaq, içmәk, hәdiyyә etmәk vә s.) haram vә yol verilmәzdir.
Nәsx olunmadan belә bir hökmün aradan götürlmәsi qeyri-mümkündür. Çünki bu qanunvericilikdә nә zahiri, nә dә batini mәtlәb nәzәrdә tutulur.
2. Hökmün zahiri isbat mәrhәlsi:
Bu mәrhәlәdә ilk növbәdә sadir olunmuş hökmün xaricdә qüvvәyә minmәsi nәzәrdә tutulur. Vә hökm bu mәrhәlәyә yalnız o zaman çata bilәr ki, başqa sözlә desәk, yalnız elә bir şәraitdә qüvvәyә minә bilәr ki, nәzәrdә tutulan mәtlәb xaricdә hәyata keçmiş olsun. Mәsәlәn, şәrab meydana gәldiyi gündәn onun haramlığına dair qәti hökm sadir olundu. Yәni nә qәdәr ki, şәrab mövcuddur, onun haramlığına dair sadir olunmuş hökm dә qüvvәdә olacaqdır. Lakin mövzu aradan götürüldükdә (yәni xaricdә mövcud olmadıqda) hәtta әgәr şәrab sirkәyә çevrilsә belә haramlığına dair sadir olunmuş hökm dә qüvvәdәn düşәcәkdir. Amma diqqәt yetirmәk lazımdır ki, belә bir hökmün qüvvәdәn düşmәsinin nәsxlә heç bir әlaqәsi yoxdur. Artıq bizә nәsxin vә mövzunun әvәz olunmasının nә olduğu bәlli oldu. Haqqında söhbәt açmaq istәdiyimiz mövzu Quran mütәxәssislәri arasında ixtilafa sәbәb olmuş nәsx mәsәlәsidir. Belә ki, qüvvәdә olan sabit hökm, xaricdә mövzunun olmasına baxmayaraq (zәmanәnin tәlabatını ödәmәdiyi üçün) ya aradan götürülür vә ya tam ayrı bir hökm ilә әvәz olunur.

Əl-Bəyan kitabından

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!