NƏHC-ül-BƏLAĞƏ - 150-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (özündən sonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zaman əccələllahu fərəcəhun qeybə çəkilməsindən xəbər verdiyi) xütbələrindəndir.

(Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yollarına.1 (Dinləyənlər bu sözdən heyrətə gələrək bu hadisələrin nə vaxt baş verəcəyini Həzrətdən soruşanda buyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundan sonra aşkar olacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır!2 Sabahın nişanələri (o zamanların çatacağı və həmin pozğunluqların baş verəcəyi zəmanənin insanlarının əməlindən aydın görünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır.3 Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllah fərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamət və vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığa düçar olanı xilas etsin) və bir əsiri (cəhalət və nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz.4 Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğru yola gəlib xilas olacaq və o Həzrətin ardınca getməyə hazır olacaq. Belə ki,) onların gözləri Qur’anın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Qur’an ayələrini oxuyub dərindən düşünəcək, təfsirini öz əhlindən öyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər.5
Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir
(Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü və insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah və itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi.6 Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis və başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar.7 (Həzrət Peyğəmbər öz səhabə və ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə və düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keçməyi böyük saymadılar.8 (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa və şəhvətə görə deyil, Allaha və Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdılar.9 Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular.10 (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular.11 Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər.12 Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili və nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik və azğınlıq qapıları, fitnə-fəsadın, din və dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər və dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət və nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab və cəzasından) qafil idilər.13 Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol və qurtuluşdan) uzaqlaşdılar.

خطبة له عليه السلام 

يومي فيها إلي الملاحم و يصف فئة من أهل الضلال 

وَأَخَذُوا يَمِيناً وَشِمَالاً ظَعْنَاً فِي مَسَالِکَ الْغَيِّ، وَتَرْکاً لِمَذَاهِبِ الرُّشْدِ. فَلاَ تَسْتَعْجِلُوا مَا هُوَ کَائِنٌ مُرْصَدٌ، وَلاَ تَسْتَبْطِئُوا مَا يَجِيءُ بِهِ الْغَدُ. فَکَمْ مِنْ مُسْتَعْجِلٍ بِمَا إِنْ أَدْرکَهُ وَدَّ أَنَّهُ لَمْ يُدْرِکْهُ. وَمَا أَقْرَبَ الْيَوْمَ مِنْ تَبَاشِيرِ غَدٍ! يَاقَوْمِ، هذَا إِبَّانُ وُرُودِ کُلِّ مَوْعُودٍ، وَدُنُوٍّ مِنْ طَلْعَةِ مَا لاَ تَعْرِفُونَ. أَلاَ وَإِنَّ مَنْ أَدْرَکَهَا مِنَّا يَسْرِي فِيهَا بِسِرَاجٍ مُنِيرٍ، وَيَحْذُو فِيهَا عَلَي مِثَالِ الصَّالِحِينَ، لِيَحُلَّ فِيهَا رِبْقاً، وَيُعْتِقَ رِقّاً، وَيَصْدَعَ شَعْباً، وَيَشْعَبَ صَدْعاً، فِي سُتْرَةٍ عَنِ النَّاسِ لاَ يُبْصِرُ الْقَائِفُ أَثَرَهُ وَلَوْ تَابَعَ نَظَرَهُ. ثُمَّ لَيُشْحَذَنَّ فِيهَا قَوْمٌ شَحْذَ الْقَيْنِ النَّصْلَ تُجْلَي بِالتَّنْزِيلِ أَبْصَارُهُمْ، وَيُرْمَي بِالتَّفْسِيرِ فِي مَسَامِعِهمْ، وَيُغْبَقُونَ کَأْسَ الْحِکْمَةِ بَعْدَ الصَّبُوحِ ! 

في الضلال 

منها: وَطَالَ الْأَمَدُ بِهِمْ لِيَسْتَکْمِلُوا الْخِزْيَ، وَيَسْتَوْجِبُوا الْغِيَرَ; حَتَّي إِذَا اخْلَوْلَقَ الْأَجَلُ، وَاسْتَرَاحَ قَوْمٌ إِلَي الْفِتَنِ، وَأَشَالُوا عَنْ لَقَاحِ حَرْبِهِمْ، لَمْ يَمُنُّوا عَلَي اللهِ بِالصَّبْرِ، وَلَمْ يَسْتَعْظِمُوا بَذْلَ أَنْفُسِهِمْ فِي الْحَقِّ; حَتَّي إِذَا وَافَقَ وَارِدُ الْقَضَاءِ انْقِطَاعَ مُدَّةِ الْبَلاَءِ، حَمَلُوا بَصَائِرَهُمْ عَلَي أَسْيَافِهمْ، وَدَانُوا لِرَبِّهِمْ بَأَمْرِ وَاعِظِهِمْ; حَتَّي إِذَا قَبَضَ اللهُ رَسُولَهُ صَلَّي اللهُ عَلَيْهِ وِآلِهِ، رَجَعَ قَوْمٌ عَلَي الْأَعْقَابَ، وَغَالَتْهُمُ السُّبُلُ، وَاتَّکَلُوا عَلَي الْوَلاَئِجِ، وَوَصَلُوا غَيْرَ الرَّحِمِ، وَهَجَرُوا السَّبَبَ الَّذِي أُمِرُوا بِمَوَدَّتِهِ، وَنَقَلُوا الْبِنَاءَ عَنْ رَصِّ أَسَاسِهَ، فَبَنَوْهُ فِي غَيْرِ مَوْضِعِهِ. مَعَادِنُ کُلِّ خَطِيئَةٍ، وَأَبْوَابُ کُلِّ ضَارِبٍ فِي غَمْرَةٍ. قَدْ مَارُوا فِي الْحَيْرَةِ، وَذَهَلُوا فِي السَّکْرَةِ، عَلَي سُنَّةٍ مِنْ آلِ فِرْعَوْنَ: مِنْ مُنْقَطِعٍ إِلَي الدُّنْيَا رَاکِنٍ، أَوْ مُفَارِقٍ لِلدِّينِ مُبَايِنٍ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

151-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Əsas yola qədəm qoymadıqlarından fitnə-fəsad törəyəcək. Yaxşılara zülm-sitəm edib nahaq qanlar tökəcəklər.
2. Gələcəyin fitnələrini görsəydiniz, o dövrün məzlumları kimi «ey kaş, bu dünyada olmayaydıq» deyib arzulardınız.
3. Hələ İslamın ilk illərində başqaları mənim haqqımı qəsb edib, hər layiqsiz insan xəlifəlik iddiasına düşürsə, dünyanın hər yerində fitnə-fəsad başlayıbsa, vaxt keçdikcə mənim sizə xəbər verdiyimi anlayacaqsınız.
4. Nə qədər çalışıb zəhmət çəksələr də görüşməyə layiq olanlardan və ilahi hikmət sahiblərindən başqa heç kim Onu görməyəcək.
5. Onlar üçün gizlində və aşkarda səadət, xoşbəxtlik, elm və əməl hazırlığı görüləcək. أَللّهُمَّ اجْعَلْنِى مِنْ أَنْصارِهِ وَ أَعْوانِهِ وَ أَتْباعِهِ وَ شِيعَتِهِ وَ أَرِنِى فِى آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ ما يأَمُلُونَ وَ فِى عَدُوِّهِم ما يَحْذَرُونَ إِلهَ الْحَقِّ امِينَ يا ذا الْجَلالِ وَ الإِكرامِ يا أَرْحَمَ الرَّحِمينَ.
6. Qur’ani-Kərimin Ali-İmran surəsinin 178-ci ayəsində buyurduğu kimi: «وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ» «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq bacardıqları qədər günah və itaətsizlik etmələri üçündür. Onlar rüsvayedici bir əzab görəcəklər.»
7. Hamilə qalmaq üçün quyruğunu yuxarı qaldıran dişi dəvə kimi heç bir çirkin işdən çəkinmədilər. Dünyanın belə hərc-mərcliklə qalacağını güman etdikləri vaxt, qəfildən Həzrət Məhəmmədə peyğəmbərlik verildi. O, dünyada fəsadın kökünü kəsmək üçün heç bir fədakarlığını əsirgəmədi.
8. Allahın dininin əzəmət və böyüklüyünü nəzərdə saxlayaraq onun irəliləməsi üçün özlərini kiçik sanıb heç bir fədakarlıqdan çəkinmədilər.
9. O Həzrətin əmr və qadağalarına tabe olub Allahın razılığını qazandılar və bu minvalla ruzigarlarını keçirdilər.
10. Şəhvət və dünyapərəstliyə görə İmam əleyhis-salamı xanənişin edərək xəlifəliyə layiq olmayan başqalarını hakimyyətə gətirdilər.
11. Qur’ani-Kərimin Şura surəsinin 23-cü ayəsində buyurulur: «قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى» «De ki: mən risaləti təbliğ etməyimin müqabilində heç kimdən qohumluq məhəbbətindən başqa bir haqq istəmirəm. İbn Abbasın söylədiyinə görə bu ayə nazil olduqdan sonra səhabələri Həzrət Peyğəmbərə dedilər: «Ya Rəsuləllah! Sənin sevməli olduğumuz qohumların kimlərdir?» Buyurdu: «Əli, Fatimə və övladları Həsənlə Hüseyn.» İbn Əbil-Hədid «Nəhcül-Bəlağə»yə verdiyi şərhdə bu barədə yazır: «وَ هَجَرُو السَّبَبَ الَّذِى أُمِرُوا ِبمَوَدَّتِهِ» cümləsi Peyğəbmərin - səlləllahu əleyhi və alih - خَلّفْتُ فِيكُمُ الثَّقَلَيْنَ كِتابَ اللهِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى حَبْلانٌ مَمْدُودانٌ مِنَ السَّمآءِ إِلَى الْأَرْضِ لا يَفْتَرِقانِ حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ Yəni: «Sizin aranızda iki qiymətli şey qoyuram: «biri Allahın Kitabı, digəri isə qohumlarım, Əhli-Beytimdir. Bunlar göydən yerə çəkilmiş iki kəndirdir» cümləsinə işarədir. Yəni, «Behiştdəki hovuzun başında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaq», bu iki şey dünya əhlinin yol göstərənidir. Peyğəmbər - səlləllahu əleyhi və alih - burada Allahın Kitabı və Əhli-Beytini حَبْلان – yəni, iki kəndir adlandırıb. Əmirəl-möminin də əhli-beyt sözünü leksik mənası «kəndir» olan səbəb kimi izah etmişdir.
12. Həzrət Peyğəmbərin Allah tərəfindən xəlifəliyə təyin etdiyi İmamı arxaya keçirərək nalayiq adamları hakimiyyətə gətirdilər.
13. Fironun tabeliyində olanlar Bəni İsrailə zülm, sitəm edib onları Allaha doğru çağıran Həzrət Musaya düşmən kəsildikləri kimi.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!