NƏHC-ül-BƏLAĞƏ - 172-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin mədhi, İmamət vəzifələri, pərhizkarlığa təşviq və dünyanın məzəmməti barəsindəki) xütbələrindəndir.

Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi və əzabından qorxudandır.1 Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçilik siyasəti, düşmənlə müharibə, döyüş tədbirləri və rəiyyətin işlərinin nizama salınması baxımından) ən güclü və bacarıqlısı və Allahın əmrini (və hökmlərini) ən yaxşı bilənidir. Buna görə də əgər hər hansı bir fitnəkar (bu barədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür.2 (Müaviyə Şam əhlinə Əmirəl-möminin əleyhis-salamla müxalifətinin dəlilini belə açıqlayırdı ki: Mənim o Həzrətin xilafət məsələsində iştirakım olmayıb və ona bey’ət etməmişəm. Təlhə ilə Zübeyr isə bey’ətlərini pozmağa belə bəhanə gətirirdilər ki: Bey’ət etməyimizdən peşman olaraq səhvimizi başa düşmüşük. İmam əleyhis-salam onların öz məntiqlərinə əsaslanaraq sözlərinin puç və səhv olmasına toxunaraq buyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünki imam təyin edilən zaman camaatın hamısının bir yerə toplaşması qeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrin böyükləri və xeyir-şər yollarına bələd olanlar, elə ki biri ilə bey’ət etdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onları görülmüş işi qəbul etməyə məcbur edərlər). Buna görə də belə olan halda, orada iştirak edən qayıtmamalı (bey’ətini pozmamalı) və qaib olan (başqasını) seçməməlidir.3 Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyə kimi ki, ləyaqəti olmadan xilafət iddiasında idi) və digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (Təlhə ilə Zübeyr kimi ki, vəfa etmələri zəruri olan bey’ətlərini pozmuşdular).
Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir və o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərin ən yaxşısı dünyada təqva ilə sona çatanıdır). Həqiqətən sizinlə (zahirdə müsəlman olan) qiblə əhli arasında müharibə qapısı açılıb və bu bayrağı (onlarla müharibəni və onun şərtlərini, həqiqətlərdən) agah və gözüaçıq, (çətinliklərdə) səbrli, haqq və həqiqəti bilən şəxsdən (İmam əleyhis-salamdan) başqa heç kəs əlinə götürməz.4 Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin və çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (bizim əmr etdiklərimizi və çəkindirdiklərimizi başa düşüncəyə qədər) heç bir işdə (onu qəbul və ya rədd etməkdə) tələsməyin. Çünki sizin (nadanlıq üzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.5
Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz və sizi bəzən qəzəbləndirən, bəzən də şad edən bu dünya, sizin nə məskunlaşmaq və qalmaq evinizdir, nə onun üçün yaradıldığınız yer və nə də dəvət olunduğunuz məkandır. Bilin ki, nə dünya sizin üçün qalacaq və nə də siz onda qalacaqsınız. Əgər sizi özü (öz zinət və bər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyət və çətinliklərindən) də çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin və qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançı bər-bəzəyinə aldanmayın və onun müxtəlif bəla və çətinliklərini gözünüzdə canlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getmək üçün) bir-birinizi ötün (əbədi yer olan axirət rahatlığını əldə etmək üçün dünyada Allaha və Peyğəmbərə tabe olun). Qəlblərinizi ondan (dünyanı sevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindən çıxan hər şeyə görə baş-gözünə vurub ağlamaq səsini ucaldan) kəniz kimi nalə etməməlidir (əlindən çıxan heç bir şeyə görə qəm-qüssəyə batmamalıdır). Allahın itaətinə (itaətinin çətinliklərinə) səbr etmək və Öz Kitabında (Qur’ani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (Çünki itaətə səbr və Qur’anın göstərişlərinə əməl etmək saysız nemətlər əldə edilməsinə səbəb olur.) Bilin ki, dinin əsas və təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması və əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçinin bunu da) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim və sizin qəlblərinizi haqq və qurtuluşa doğru yönəltsin və (həm) bizə və (həm də) sizə (itaət, müsibət və günahla qarşılaşanda) səbr əta etsin.

ومن خطبة له عليه السلام 

في رسول الله صلي الله عليه وآله وسلم 

ومن هو جدير بأن يکون للخلافة وفي هوان الدنيا 

رسول الله 

أَمِينُ وَحْيِهِ، وَخَاتَمُ رُسُلِهِ، وَبَشِيرُ رَحْمَتِهِ، وَنَذِيرُ نِقْمَتِهِ. 

الجدير بالخلافة 

أَيُّهَا النَّاسُ، إنَّ أَحَقَّ النَّاسِ بِهذَا الْأَمْرِ أَقْوَاهُمْ عَلَيْهِ، وَأَعْلَمُهُمْ بِأَمْرِ اللهِ فِيهِ، فَإِنْ شَغَبَ شَاغِبٌ اسْتُعْتِبَ، فَإِنْ أَبَي قُوتِلَ. وَلَعَمْرِي، لَئِنْ کَانَتِ الْإَمَامَةُ لاَ تَنْعَقِدُ حَتَّي يَحْضُرَهَا عَامَّةُ النَّاسِ، فمَا إِلَي ذَلِکَ سَبِيلٌ، وَلکِنْ أَهْلُهَا يَحْکُمُونَ عَلَي مَنْ غَابَ عَنْهَا، ثُمَّ لَيْسَ لِلشَّاهِدِ أَنْ يَرْجِعَ، وَلاَ لِلغَائِبِ أَنْ يَخْتَارَ. أَلاَ وَإِنَّي أُقَاتِلُ رَجُلَيْنِ: رَجُلاً ادَّعَي مَا لَيْسَ لَهُ، وَآخَرَ مَنَعَ الَّذِي عَلَيْهِ. أُوصِيکُمْ بَتَقْوَي اللهِ، فَإنَّها خَيْرُ مَا تَوَاصَي الْعِبَادُ بِهِ، وَخَيْرُ عَوَاقِبِ الْأُمُورِ عِنْدَ اللهِ، وَقَدْ فُتِحَ بَابُ الْحَرْبِ بَيْنَکُمْ وَبَيْنَ أَهْلِ الْقِبْلَةِ، وَلاَ يَحْمِلُ هذَا الْعَلَمَ إِلاَّ أَهْلُ الْبَصَرِ والصَّبْرِ وَالْعِلْمِ بِمَوَاضِعِ الْحَقِّ، فَامْضُوا لِمَا تُؤْمَرُونَ بِهِ، وَقِفُوا عِنْدَ مَا تُنْهَوْنَ عَنْهُ، وَلاَ تَعْجَلُوا فِي أَمْرٍ حَتَّي تَتَبَيَّنُوا، فَإِنَّ لَنَا مَعَ کُلِّ أَمْرٍ تُنْکِرُونَهُ غِيَراً. 

هوان الدنيا 

أَلاَ وَإِنَّ هذِهِ الدُّنْيَا الَّتِي أَصْبَحْتُمْ تَتَمَنَّوْنَهَا وَتَرْغَبُونَ فِيهَا، وَأَصْبَحَتْ تُغْضِبُکُمْ وَتُرْضِيکُمْ، لَيْسَتْ بِدَارِکُمْ، وَلاَ مَنْزِلِکُمُ الَّذِي خُلِقْتُمْ لَهُ وَلاَ الَّذِي دُعِيتُمْ إِلَيْهِ، أَلاَ وَإِنَّهَا لَيْسَتْ بِبَاقِيَةٍ لَکُمْ وَلاَ تَبْقَوْنَ عَلَيْهَا، وَهِيَ وَإِنْ غَرَّتْکُمْ مِنْهَا فَقَدْ حَذَّرَتْکُمْ شَرَّهَا، فَدَعُوا غُرُورَهَا لِتَحْذِيرِهَا، وَأَطْمَاعَهَا لِتَخْوِيفِهَا، وَسَابِقُوا فِيهَا إِلَي الدَّارِ الَّتي دعِيتُمْ إِلَيْهَا، وَانْصَرِفُوا بِقُلُوبِکُمْ عَنْهَا، وَلاَ يَخِنَّنَّ أَحَدُکُمْ خَنِينَ الْأَمَةِ عَلَي مَا زُوِيَ عَنْهُ مِنْهَا، وَاسْتَتِمُّوا نِعْمَةَ اللهِ عَلَيْکُمْ بِالصَّبْرِ عَلَي طَاعَةِ اللهِ وَالْمُحَافَظَةِ عَلَي مَا اسْتَحْفَظَکُمْ مِنْ کِتَابِهِ. أَلاَ وَإِنَّهُ لاَ يَضُرُّکُمْ تَضْيِيعُ شَيْءٍ مِنْ دُنْيَاکُمْ بَعْدَ حِفْظِکُمْ قَائِمَةَ دِينِکُمْ، أَلاَ وَإِنَّهُ لاَ يَنْفَعُکُمْ بَعْدَ تَضْيِيعِ دِينِکُمْ شَيْءٌ حَافَظْتُمْ عَلَيْهِ مِنْ أَمْرِ دُنْيَاکُمْ. أَخَذَ اللهُ بِقُلُوبِنَا وَقُلُوبِکُمْ إِلَي الْحَقِّ، وَأَلْهَمَنَا وَإِيَّاکُمُ الصَّبْرَ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

173-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. O, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərini tam düzlüklə və azaldıb-çoxaltmadan xalqa çatdırdı. Ondan sonra bir peyğəmbər gəlməyəcək. O, yaxşı əməl sahiblərini əbədi Cənnət ilə müjdələyir, pis əməl sahiblərini isə əbədi əzab ilə qorxudurdu.
2. Öldürülməlidir. Bu dəlilə əsasən deyirik: Xəlifələr həmin məqama layiq olmadan nahaq yerə yiyələniblər. Çünki dövlətçilik siyasəti və rəiyyətin işlərinin idarəçiliyində güclü və bacarıqlı, eləcə də dinin bütün hökmlərini bilən şəxsdən başqasının həmin məqama sahib durmaq ləyaqəti yoxdur. Onların bu iki sifətə malik olduqlarını isə heç kəs demir.
3. Müxaliflər ağlın, düzlüyü barəsində hökm verdiyi şeyə tabe olmur və bundan əvvəlki xəlifələr barəsində həyata keçirilmiş və gerçəkləşmiş şeyi qəbul etmirlər. Deməli, onların bu bəhanələrindən məqsədləri xilafəti haqsız şəkildə öz əllərinə keçirməkdir.
4. Xülasə, bizim qiblə əhli olan üsyankarlarla sizin gözünüzdə böyük görünən müharibəmiz Allahın hökmlərindən nadan və xəbərsiz olduğumuza görə deyil, bəlkə Onun göstərişləri əsasındadır.
5. Ola bilər ki, siz bir şeyi inkar edəsiniz, amma xeyir onu qəbul etməkdə olsun və həmçinin siz bir şeyi qəbul edəsiniz, amma xeyir onu rədd etməkdə olsun. Buna görə də həqiqətlərdən xəbərdar olmadığınız üçün bütün işlərdə bizim sözlərimizi qəbul edin

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!