NƏHC-ül-BƏLAĞƏ -232-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (təqva, dünyaya ürək bağlamamaq, ölümdən sonrakı çətinliklər və bəlalarda səbrli olmaq barəsindəki) xütbələrindəndir.

Allaha bağışladığı nemətlərə görə şükr edirəm.1 Və Ondan haqlarını yerinə yetirmək (elm və maarif əldə etmək və vacib və müstəhəbbi əməlləri yerinə yetirmək) üçün kömək istəyirəm ki, Onun qoşunu (mələklər, peyğəmbərlər, peyğəmbərlərin haqq canişinləri və onların tabe və davamçıları insanları düz yoldan azdıranlara və azmışlara) qalib, qüdrəti böyükdür. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir: (insanları) Allaha itaət etməyə və tabe olmağa dəvət etdi, Onun dini yolunda cihad edib vuruşmaqla düşmənlərinə qalib gəldi. Düşmənlərin o Həzrəti inkar etməkdə birləşərək yekdil olmaları və onun nurunu söndürmək(dinini məhv etmək) üçün çalışaraq səy göstərmələri, onu cihaddan saxlamırdı. Buna görə də təqvadan və Allah qorxusundan yapışın.2 Çünki pərhizkarlıq tutacağı möhkəm olan bir kəndir və zirvəsi bərk olan bir sığınacaqdır. (O, dünya vəaxirətbədbəxtliyindənnicat tapmağavə qurtulmağasəbəbolur. Ölümgəlibçatmamışdanitaətvə bəndəliklə, eləcədə bağışlanmayasəbəbolan vasitələrlə) ölümə və onun çətinliklərinə doğru tələsin, gəlməmişdən (özünüzü) onun üçün bəzəyin və daxil olmamışdan hazır olun.3 Çünki qiyamət (savab və cəza veriləcəyi zaman), işin sonudur (və ölüm onun ilk mənzilidir). Ölüm ağıllıya öyüd vermək, nadan və qafilə isə ibrət olmaq üçün yetərlidir. Sona (qiyamətə) çatmamışdan qabaq qəbirlərin darısqallığı, (sərvət, övladvə dostlardanayrılmağagörəyaranan) qəm-qüssənin çoxluğu, (qiyamətin vəziyyətindən) xəbərdar olacağınız yerin (Bərzəxin) qorxusu, qorxu və vahimənin ardıcıl gəlməsi, (qəbrin təzyiqi nəticəsində) qabırğaların yerlərinin dəyişməsi, qulaqların (qorxunc səslərdən) tutulması, ləhədin (qəbirdəki çuxurun) qaranlığı, Allahın (peyğəmbərlərinin dili ilə) xəbər verdiyi əzabın qorxusu, qəbrin örtülməsi və (vasitəsi ilə qəbrin ağzıbağlanan) enli daşın möhkəmləndirilməsi kimi şeyləri bilirsiniz.
Belə isə, ey Allahın bəndələri, Allahdan qorxun, Allahdan qorxun!4 Çünki dünya sizə (axirət yolu olan və sizdən qabaqkıların keçdikləri) bir yoldan keçəcəkdir. (O, hamını həmin yol ilə aparır və heç kəsi yerdə qoymur.) Siz qiyamətlə bir ipə bağlanmısız (sizinlə onun arasında uzun bir fasilə və zaman yoxdur). Sanki qiyamət öz əlamət və nişanələrini aşkar edib, bayraqlarını (qabaqkılara birləşməyin müqəddiməsini) yaxınlaşdırıb və sizi (hesab və sorğu-sual üçün) öz yolu üstündə saxlayıb. Sanki çətinliklərini önə gətirib və (yükün, belindən götürülməsi üçün sinəsini yerə qoyan dəvə kimi) sinələrini açıb (ağrılı əzablarını üzə çıxarıb). Dünya öz sakinlərindən əl çəkib və onları öz himayəsindən çıxarıb. Odur ki, keçən bir gün və ya başa çatan bir ay kimi idi. Onun təzəsi köhnəldi və kökü arıqladı (bədənlərzəifləyərəkgücsüzləşdi). (Onları) darısqal yerdə (qiyamətin, çətinlikləriağırvə qurtulmaq qeyri-mümkün olan) qarmaqarışıq və böyük işlər, əziyyətlə dolu, uca səsli, parlaq şöləli, qorxunc naləli, alovları yatmaq bilməyən yandırıcı, odunu çox alovlu, təhdidi qorxunc, dibi naməlum, kənarları zülmət, qazanları çox qaynar və cəzaları rüsvayedici olan (dar yerində saxlayacaqlar). (Pərhizkarlar barəsində isə Allah-təalaQur’ani-Kərimin Zumər surəsinin 73-cü ayəsində belə buyurur:) «وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ» «Rəbbindən qorxanlar (dünyada pərhizkar olanlar) dəstə-dəstə Cənnətə doğru aparılacaqlar. (Mələklər onları aparacaqlar. Nəhayət, ora çatınca onun qapıları açılacaq və Cənnətin qapıçıları onlara deyəcəklər: Salam olsunsizə, pakvə pakizəsiniz: dünyada özünüzü günahlara bulaşdırmadınız. Buna görədə Cənnətə daxil olun və həmişəlik orada qalın.)» Beləliklə, əzabdan xatircəm, məzəmmətdən kənar və oddan uzaq olarlar. Cənnət onlara görə rahatlanıb, (gözləmə halından xaric olub) onlar da öz mənzil və məskənlərindən şaddırlar. (Bunlar) o kəslərdirlər ki, dünyada əməlləri təmiz və gözəl, gözləri isə (Allah xofu və əzabın qorxusundan) ağlar olub. Dünyada onların gecələri itaətkarlıq etmələri və bağışlanma istəmələrinə (gecəniibadətvə bəndəliklə keçirdiklərinə) görə gündüz (kimi), gündüzləri isə (əzabdan) qorxduqları və (dünyadan) uzaqlaşdıqları (və razü-niyazla məşğul olduqları) üçün gecə (kimi) olub. Buna görə də Allah Cənnəti onların qayıdış yerləri, şadlığı isə mükafatları edib. Onlar həmişəlik padşahlığa, həmçinin sabit və dəyişməz nemət və şadlığa, Cənnətə və onun sakinlərinə daha layiqdirlər.
Belə isə, ey Allahın bəndələri, (indiki, Cənnət və Cəhənnəm əhlinin halını eşitdiniz,) nicat tapanınızın riayət edərək xeyir qazandığı, zay edəninizin isə pozaraq ziyana düşdüyü şeyi qoruyun.5 Əməlinizlə öz ölümlərinizi qabaqlayın. (Elə olun ki, ölüm gələndə iztirab və narahatlıq keçirməyəsiniz.) Çünki siz qarşıya göndərdiyiniz şeyin girovusunuz və yerinə yetirdiyiniz şeylərə görə cəzalandırılacaqsınız (əvəz alacaqsınız). Sanki ölüm sizi haqlayıb. Buna görə də nə (öz çirkin əməllərinizin düzəldilməsinə) nail olmaq üçün qayıdış var, nə də (etdiyiniz) günah və büdrəmələrdən xilas olacaqsınız.6 Allah bizi və sizi Özünün və Peyğəmbərinin itaətinə vadar etsin və rəhmətinin çoxluğu ilə bizdən və sizdən (günahlarımızdan) keçsin.
(Yuxarıda deyilmiş məsələlərdə fikrə dalıb düşündükdən sonra) öz yerinizdə oturun (lazımsız yerə həddinizi aşmayın), bəla və çətinliyə (küfr və azğınlığa) səbrli olun, əl və qılınclarınızı dillərinizin istəklərində işə salmayın (davakar olmayın və söyüş söyərək boş sözlər danışmayın). Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin.7 Çünki sizdən hər kim Allahın, Onun Peyğəmbəri və elçisinin və o Həzrətin əhli-beytinin haqqını tanımış halda öz yatağında ölsə, şəhid olmuş kimi ölüb və onun əvəzi (mükafatı) Allahladır. O, fikrində olan yaxşı əməlin savabına layiqdir və bu fikir onun qılınc çəkməsinin yerini tutur. Hər bir şeyin müddəti və sona çatma zamanı vardır (ki, həmin müddəti keçməyincə çalışmağın faydası olmaz).8

 

ومن خطبة له عليه السلام

يحمد الله ويثني علي نبيّه ويعظ بالتقوي

حمد الله

أَحْمَدُهُ شُکْراً لِإِنْعَامِهِ، وَأَسْتَعِينُهُ عَلَي وَظَائِفِ حُقُوقِهِ، عَزِيزَ الْجُنْدِ، عَظِيمَ الْمَجْدِ.

الثناء علي النبي

وَأَشهَدُ أنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، دَعَا إِلَي طَاعَتِهِ، وَقَاهَرَ أَعْدَاءَهُ جِهَاداً عَنْ دِينِهِ، لاَ يَثْنِيهِ عَنْ ذلِکَ اجْتَِماعٌ علي تَکْذِيبِهِ، وَالِْتمَاسٌ لِإِطْفَاءِ نُورِهِ.

العظة بالتقوي

فَاعْتَصِمُوا بِتَقْوَي اللهِ، فَإِنَّ لَهَا حَبْلاً وَثِيقاً عُرْوَتُهُ، وَمَعْقِلاً مَنِيعاً ذِرْوَتُهُ، وَبَادِرُوا الْمَوْتَ وَغَمَرَاتِهِ، وَامْهَدُوا لَهُ قَبْلَ حُلُولِهِ، وأَعِدُّوا لَهُ قَبْلَ نُزُولِهِ، فَإِنَّ الْغَايَةَ الْقِيَامَةُ، وَکَفَي بِذلِکَ وَاعِظاً لِمَنْ عَقَلَ، وَمُعْتَبَراً لِمَنْ جَهِلَ! وَقَبْلَ بُلُوغِ الْغَايَةَ مَا تَعْلَمُونَ مِنْ ضِيقِ الْأَرْمَاسِ، وَشِدَّةِ الْإِبْلاَسِ، وَهَوْلِ الْمُطَّلَعِ، وَرَوْعَاتِ الْفَزَعِ، وَاخْتلاَفِ الْأَضْلاَعِ، وَاسْتِکَاکِ الْأَسْمَاعِ، وَظُلْمَةِ اللَّحْدِ، وَخِيفَةِ الْوَعْدِ، وغَمِّ الضَّرِيحِ، وَرَدْمِ الصَّفِيحِ. فَاللهَ اللهَ عِبَادَ اللهِ! فَإِنَّ الْدُّنْيَا مَاضِيَةٌ بکُمْ عَلَي سَنَنٍ، وَأَنْتُمْ وَالسَّاعَةُ فِي قَرَنٍ، وَکَأَنَّهَا قَدْ جَاءَتْ بِأَشْرَاطِهَا، وَأَزِفَتْ بِأَفْرَاطِهَا، وَوَقَفَتْ بِکُمْ عَلَي صِراطِهَا. وَکَأنَّهَا قَدْ أَشْرَفَتْ بِزَلَازِلِهَا، وَأَنَاخَتْ بِکَلاَکِلِهَا، وَانْصَرَمَتِ الدُّنْيَا بِأَهْلِهَا، وَأَخْرَجَتْهُمْ مَنْ حِضْنِهَا، فَکَانَتْ کَيَوْمٍ مَضَي وَشَهْرٍ انْقَضَي، وَصَارَ جَدِيدُهَا رَثّاً، وَسَمِينُهَا غَثّاً. فِي مَوْقِفٍ ضَنْکِ الْمَقَامِ، وَأُمُورٍ مُشْتَبِهَةٍ عِظَامٍ، ونَارٍ شَدِيدٍ کَلَبُهَا، عَالٍ لَجَبُهَا، سَاطعٍ لَهَبُهَا، مُتَغَيِّظٍ زَفِيرُهَا، مُتَأَجِّجٍ سَعِيرهَا، بَعِيدٍ خُمُودُهَا، ذَاکٍ وُقُودُهَا، مَخُوفٍ وعِيدُهَا، عُمٍ قَرارُهَا، مُظْلِمَةٍ أَقْطَارُهَا، حَامِيَةٍ قُدُورُهَا، فَظِيعَةٍ أُمُورُهَا. (وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَي الْجَنَّةِ زُمَراً). قَدْ أُمِنَ الْعَذَابُ، وَانْقَطَعَ الْعِتَابُ، وَزُحْزِحُوا عَنِ النَّارِ، وَاطْمَأَنَّتْ بِهِمُ الدّارُ، وَرَضُوا المَثْوَي وَالْقَرَارَ. الَّذِينَ کَانَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا زَاکِيةً، وَأَعْيُنُهُمْ بَاکِيَةً، وَکَانَ لَيْلُهُمْ فِي دُنْيَاهُمْ نَهَاراً، تَخَشُّعاً وَاسْتِغفَاراً، وَکَانَ نَهَارُهُمْ لَيْلاً، تَوَحُشّاً وَانَقِطَاعاً، فَجَعَلَ اللهُ لَهُمُ الْجَنَّةَ مَآباً، وَالْجَزَاءَ ثَوَاباً، (وَکَانُوا أَحَقَّ بِهَا وَأَهْلَها) في مُلْکٍ دَائِمٍ، وَنَعِيمٍ قَائِمٍ. فَارْعَوْا عِبَادَ اللهِ مَا بِرِعَايَتِهِ يَفُوزُ فَائِزُکُمْ، وَبِإِضَاعَتِهِ يَخْسَرُ مُبْطِلُکُمْ، وَبَادِرُوا آجَالَکُمْ بأَعْمَالِکُمْ، فَإِنَّکُمْ مُرْتَهَنُونَ بِمَا أَسْلَفْتُمْ، وَمَدِينُونَ بِمَا قدَّمْتُمْ. وَکَأَنْ قَدْ نَزَلَ بِکُمُ الْمَخُوفُ، فَلاَ رَجْعَةً تَنَالُونَ، وَلاَ عَثْرَةً تُقَالُونَ. اسْتَعْمَلَنَا اللهُ وَإِيَّاکُمْ بِطَاعَتِهِ وَطَاعَةِ رَسُولِهِ، وعَفَا عَنَّا وَعَنْکُمْ بِفَضْلِ رَحْمَتِهِ. الْزَمُوا الْأَرْضَ، وَاصْبِروُا عَلَي الْبَلاءِ، وَلاَ تُحرِّکُوا بأَيْدِيکُمْ وَسُيُوفِکُمْ فِي هَوَي أَلْسِنَتِکُمْ، وَلاَ تَسْتَعْجِلُوا بِمَا لَمْ يُعَجِّلْهُ اللهُ لَکُمْ. فَإِنّهُ مَنْ مَاتَ مِنْکُمْ عَلَي فِرَاشِهِ وَهُوَ عَلَي مَعْرِفَةِ حَقِّ رَبِّهِ وَحَقِّ رَسُولِهِ وَأَهْلِ بَيْتِهِ مَاتَ شَهِيداً، وَوَقَعَ أَجْرُهُ عَلَي اللهِ، واسْتَوْجَبَ ثَوَابَ مَا نَوَي مِنْ صَالِحِ عَمَلِهِ، وَقَامَتِ النِّيَّةُ مَقَامَ إِصْلاَتِهِ لِسَيْفِهِ، فإِنَّ لِکُلِّ شَيْءٍ مُدَّةً وَأَجَلاً.

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

233-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki nemətə görə şükr etmək firavanlığa, nankorluq etmək isə ağır əzaba səbəb olur.
2. Həzrət Peyğəmbərin göndərilməsi insanları Allahın dininə və Ona itaətə çağırış olduğu üçün o Həzrətin dəvətini qəbul etməyiniz təqva və Allah qorxusu ilə vacibi əməlləri yerinə yetirərək haramların ətrafına belə fırlanmamağınız ilə olmalıdır
3. Nə qədər ki, ölüm gəlib çatmayıb Allah və Peyğəmbərin göstərişlərinə uyğun davranaraq şeytandan və pis işlərə əmr edən nəfsdən uzaq olun, çünki o gələndən sonra yol bağlanacaqdır
4. Ölüm gəlib çatmamışdan elə bir iş görün ki, ondan sonrakı çətinliklərə düçar olmayasınız və əlinizin tezliklə üzüləcəyi dünyaya ürək bağlamayın.
5. Allah və Peyğəmbərin göstərişinətabe olun ki, əbədi səadət və xoşbəxtliyi əldə edəsiniz. Həmçinin onlardan qafil olmayın ki, bədbəxt olarsınız.
6. Çünki günahlardan xilas olmaq tövbə etməklə və həmin yoldan qayıtmaqla mümkündür. O da əvəz verilmə evi olan axirətdə deyil, vəzifə və əməl evi olan dünyada mümkündür.
7. Allahın göstərişinəzidd davranmayın və heç bir işdə fikirləşib-düşünməmiş və onun xeyir-ziyanını araşdırmamış, yersiz olaraq özünüzü çətinliklərə düçar etməyin.
8. Xülasə, imkan və gücünüz olmadan və ya ölmək üçün mənəvi mənfəət nəzərdə tutmadan düşmənlə döyüşə başlamayın. Çünki döyüşmək niyyəti və onlara nifrət bəsləmək də Allah yolunda cihad etmək və ölmək hökmündədir.

Kitabın say nömrəsi: 169 Kitabın adı: GƏNCLİYİN YEDDİ SƏMASI Müəllifi: TƏHQİQAT QRUPU Səhifəsinin sayı: 63

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!