NƏHC-ül-BƏLAĞƏ - 30-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Osmanın qətli barəsindəki) kəlamlarındandır.
Əgər onun qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım (onu öldürənlər mənimlə məsləhətləşməyiblər ki, mən onlara əmr vermiş, yaxud çəkindirmiş olum).

Lakin (bilirəm ki,) ona kömək edən (Mərvan ibn Həkəm və Bəni-Üməyyədən bir dəstə adam) «Mən onu xar edəndən (ona köməklik göstərməyəndən) daha yaxşıyam» deyə bilməz. Onu xar edən də (Mühacir və Ənsardan bir dəstə) deyə bilməz ki, «ona kömək edən məndən daha yaxşıdır». (Burada o Həzrətin məqsədi Osmanı məzəmmət etməkdir.) Belə isə mən indi sizin üçün onun qətlinin səbəblərini (müxtəsər şəkildə) bəyan edirəm: Osman xilafəti öz ixtiyarına keçirib zülmkarlıq və özbaşınalıq etdi. (Məsləhətləşmədən, ümmətin razılığını nəzərə almadan istədiyini edirdi.) Deməli, belə iş görüb özbaşınalıq etməklə çox pis etdi, (siz isə zülm və sitəmdə) səbirsizlik etdiniz (səbr etməyib onu qətlə yetirdiniz), deməli, siz də bu səbirsizliyinizlə pis iş tutdunuz (gərək səbr edəydiniz ki, bu iş yumşaqlıqla islah olunardı və ya onun ətrafından dağılardınız ki, haqq öz sahibinə qayıtsın). Özbaşına hərəkət edən və onu öldürməkdə dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir (Allah-taala qiyamət günü onlar barəsində hökm verəcək və hər kəsi öz günah və təqsiri qədər cəzalandıracaqdır.)

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
(في معنى قتل عثمان)

(و هو حكم له على عثمان و عليه و على الناس بما فعلوا و براءة له من دمه)
 لَوْ أَمَرْتُ بِهِ لَكُنْتُ قَاتِلاً، أَوْ نَهَيْتُ عَنْهُ لَكُنْتُ نَاصِراً، غَيْرَ أَنَّ مَنْ نَصَرَهُ لاَ يَسْتَطِيعُ أَنْ يَقُولَ: خَذَلَهُ مَنْ أَنا خَيْرٌ مِنْهُ، وَ مَنْ خَذَلَهُ لا يَسْتَطِيعُ أَنْ يَقُولَ: نَصَرَهُ مَنْ هُوَ خَيْرٌ مِنِّي. وَ أَنا جَامِعٌ لَكُمْ أَمْرَهُ، اسْتَأْثَرَ فَأَسَاءَ الْأَثَرَةَ، وَ جَزِعْتُمْ فَأَسَأْتُمُ الْجَزَعَ وَ لِلَّهِ حُكْمٌ وَاقِعٌ فِي الْمُسْتَأْثِرِ وَ الْجازِعِ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

31-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!