NƏHC-ül-BƏLAĞƏ - 39-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir:1
Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? (İşlərinizdə süstlüyünüzün və Allah yolunda cihada getməməyinizin səbəbi nədir?)

Sizi (dünya və axirət səadətini qazanmaq yolunda bir-birinizə kömək etməyiniz üçün) bir yerə toplayacaq din, (düşməni dəf etmək üçün) sizi tərpədəcək (din və onun əhlini qorumaq üçün) bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, (itaətsizlik etdiyinizin və mənə qarşı çıxdığınızın nəticəsində) pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz (düşmən sizin can, mal və imanınıza hakim kəsilir), sizlərlə intiqam almaq olmaz, (sizlərlə düşmənə müqavimət göstərmək mümkün deyil), sizlərlə (din və dünya işlərində) məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım (ah-vay etdiniz), göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz. (Döyüş meydanına və qardaşınıza köməyə getmək üçün) arxası yaralı xəstə dəvə kimi (yol getməkdə) süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür. 

(Seyid Rəzi buyurur:) Deyirəm: Həzrət مُتَذآئِب (mütəzaib) sözünü narahat və həyəcanlı mənasında işlətmişdir. Bu ərəblərin işlətdiyi تَذَآءَبَتِ الرِّيحُ (həyəcanlı küləklər əsdi) sözündən götürülmüşdür. Buna görə də narahat rəftarı ilə seçilən canavara da ərəbcə ذِئْب (ziib) deyilir.

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

خطبها عند علمه بغزوة النعمان بن بشير صاحب معاوية لعين التمر و فيها يبدي عذره و يستنهض الناس لنصرته

 مُنيتُ بِمَنْ لاَ يُطِيعُ إِذَا أَمَرْتُ وَ لاَ يُجِيبُ إِذَا دَعَوْتُ، لا أبالَكُمْ! مَا تَنْتَظِرُونَ بِنَصْرِكُمْ رَبَّكُمْ؟ أَمَا دِينٌ يَجْمَعُكُمْ، وَ لاَ حَمِيَّةَ تُحْمِشُكُمْ! أَقُومُ فِيكُمْ مُسْتَصْرِخاً، وَ أُنادِيكُمْ مُتَغَوِّثاً، فَلاَ تَسْمَعُونَ لِي قَوْلاً، وَ لاَ تُطِيعُونَ لِي أَمْراً، حَتَّى تَكَشَّفَ الْأُمُورُ عَنْ عَوَاقِبِ الْمَسَاءَةِ؟ فَمَا يُدْرَكُ بِكُمْ ثارٌ، وَ لاَ يُبْلَغُ بِكُمْ مَرَامٌ دَعَوْتُكُمْ إِلَى نَصْرِ إِخْوَانِكُمْ فَجَرْجَرْتُمْ جَرْجَرَةَ الْجَمَلِ الْأَسَرِّ، وَ تَثَاقَلْتُمْ تَثَاقُلَ الْنِّضْوِ الْأَدْبَرِ، ثُمَّ خَرَجَ إِلَيَّ مِنْكُمْ جُنَيْدٌ مُتَذَائِبٌ ضَعِيفٌ (كَأَنَّما يُسَاقُونَ إِلَى الْمَوْتِ وَ هُمْ يَنْظُرُونَ). 

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

40-CI XÜTBƏNİ BURADAN OXUYUN

____________________________________________________________________________

1. Nöman ibn Bəşir İraq əhalisini qorxutmaq üçün Müaviyənin əmri ilə iki min nəfərlə Şamdan hərəkət edərək Kufə yaxınlığındakı «Eynut-Təmr»ə çatdıqda Həzrətin tərəfindən oranı idarə edən və yüz nəfərdən artıq adamı olmayan Malik ibn Kəəb Ərhəbi Həzrətə bu haqda xəbər verir. Həzrət minbərə təşrif gətirərək Allaha həmd və səna etdikdən sonra buyurur: «Allah sizi hidayət etsin. Nöman ibn Bəşir Şam əhalisindən ibarət, sayları çox olmayan dəstə ilə sizin qardaşınız olan Malik ibn Kəəbə yaxınlaşmışdır. Hazırlaşın, gedin və qardaşınıza kömək edin. Bəlkə də, Allah-taala sizin səbəbinizə kafirlərin bir dəstəsini məhv edər». Camaat Malik ibn Kəəbə köməyə səhlənkar yanaşdığından, Həzrət onların başçılarını çağıraraq, köməyə getməyi əmr etdi. Təxminən üç yüz nəfər toplaşdı və qalanları bundan boyun qaçırdılar. Bundan sonra o böyük şəxsiyyət qəmgin halda qalxaraq bunları buyurdu.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!