NƏHC-ül-BƏLAĞƏ - 40-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Nəhrəvan Xəvaricinin «hökm ancaq Allaha məxsusdur!» sözünü eşidərkən buyurduğu kəlamlarındandır.

Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur.  Ancaq Xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab və narahatlıqdan azaddır).

Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru və soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır.

(Seyid Rəzi buyurur): Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Əli (ə) Xəvaricin sözünü (Allahdan qeyrisinin hökmü yoxdur) eşitdikdə buyurdu: «Sizin (öldürülməniz) barədə Allahdan hökm gözləyirəm. 

Sonra buyurdu: Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs isə pozğun əmirin vaxtında öz bəhrəsini götürər, ta ki, hər ikisi ömrünü başa vurar və onları ölüm haqlayar. (O vaxt biri mükafata, digəri isə öz əməllərinin cəzasına çatar.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

في الخوارج لما سمع قولهم: "لا حكم إلا للَّه"

 قال عليه السلام: كَلِمَةُ حَقٍّ يُرَادُ بِهَا بَاطِلٌ! نَعَمْ إِنَّهُ لاَ حُكْمَ إِلاَّ لِلَّهِ، وَ لكِنَّ هؤُلاَءِ يَقُولُونَ: لاَ إِمْرَةَ إِلاَّ لِلَّهِ، وَ إِنَّهُ لاَبُدَّ لِلنَّاسِ مِنْ أَمِيرٍ بَرٍّ أَوْ فَاجِرٍ يَعْمَلُ فِي إِمْرَتِهِ الْمُؤْمِنُ، وَ يَسْتَمْتِعُ فِيهَا الْكَافِرُ، وَ يُبَلِّغُ اللَّهُ فِيهَا الْأَجَلَ، وَ يُجْمَعُ بِهِ الْفَيءُ، وَ يُقَاتَلُ بهِ الْعَدُوُّ، وَ تَأْمَنُ بِهِ السُّبُلُ، وَ يُؤْخَذُ بِهِ لِلضَّعِيفِ مِنَ الْقَوِيِّ؛ حَتَّى يَسْتَرِيحَ بَرٌّ، وَ يُسْتَرَاحُ مِنْ فَاجِرٍ.

 و في رواية اُخرى أَنهعليه السلام لما سمع تحكيمهم قال:

 حُكْمَ اللَّهِ أَنْتَظِرُ فِيكُمْ.

 و قال: أَمَّا الْإِمْرَةُ الْبَرَّةُ فَيَعْمَلُ فِيهَا التَّقِيُّ؛ وَ أَمّا الْإِمْرَةُ الْفَاجِرَةُ فَيَتَمَتَّعُ فِيهَا الشَّقِيُّ؛ إِلَى أَنْ تَنْقَطِعَ مُدَّتُهُ، وَ تُدْرِكَهُ مَنِيَّتُهُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

41-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

_________________________________________________________________________

1. Böyük Allah bütün işlərə hakim və itaəti vacib olandır. Xalqın yaşayışını və axirətini nizamlamaq üçün onların arasında rəis və ya əmirin olması ilahi hökmlərin tələblərindəndir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!