NƏHC-ül-BƏLAĞƏ-66-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.
Belə deyilir ki, həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Səqifə1 xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı.2

Həzrət buyurdu: «Ənsar (Mədinə əhli) nə dedi?»
Cavab verdilər ki, Ənsar “bizdən bir, sizdən də bir əmir olsun” dedi.
Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi və alih) onların yaxşılarına yaxşılıq edilməsi və pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz?
Dedilər: «Bu cümlə Ənsar üçün necə dəill və sübut ola bilər?»
Buyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı).
Daha sonra buyurdu: «Qüreyş (Ənsarın sübutları müqabilində) nə dedilər?»
Cavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını və xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər.
Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».3

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 قالوا: لما انتهت إلى أميرالمؤمنين عليه السلام أنباء السقيفة بعد وفاة رسول اللَّه صلى الله عليه وآله وسلم
، قال عليه السلام: ما قالت الأنصار؟ قالوا: قالت: منا امير و منكم امير؛
قال عليه السلام: فَهَلاَّ احْتَجَجْتُمْ عَلَيْهِمْ بِأَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وآله وسلم وَصَّى بأَنْ يُحْسَنَ إِلَى مُحْسِنِهِمْ، وَ يُتَجَاوَزَ عَنْ مُسِيئهِمْ؟
 قالوا: و ما في هذا من الحجة عليهم؟
 فقال عليه السلام: لَوْ كَانتِ الْإِمَامَةُ فيهِمْ لَمْ تَكُنِ الْوَصِيَّةُ بِهِمْ.
 ثم قال عليه السلام: فَمَاذاَ قَالَتْ قُرَيْشٌ؟
 قالوا: احتجت بأَنَّها شجرة الرسول صلى الله عليه وآله وسلم،
 فقال عليه السلام: احْتَجُّوا بِالشَّجَرَةِ،وَ أَضاعُوا الَّثمَرَةَ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

67-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Bəni-Saidə, yəni, Ənsardan bir dəstə adamın məsələləri həll etmək üçün Mədinədə toplaşdığı ev.
2. Ənsar xəstə olan Səd ibn Ubadəni Səqifəyə gətirərək onu əmir və xəlifə elan etmək istədilər. Bundan xəbər tutan Əbu Bəkr və Ömər ora tələsərək onlarla danışığa başladılar. Ənsar dedi: «Biz xəlifəliyə daha layiqiq. Əgər qəbul etmirsinizsə, siz özünüzə, biz də özümüzə əmir seçək». Ömər dedi: «İki qılınc bir qına sığmaz. Ərəblər sizə itaət etməyəcək». Mühacir və ənsarın hər bir dəstəsi özlərinin İslamdakı fəzilət, üstünlük və hüquqlarını xatırlatdı. Bundan sonra, Bəşir ibn Səd Xəzrəci paxıllıq etdiyinə görə yerindən qalxaraq Qüreyşi təriflədi. O, Ömərə, Əbu Ubeydə isə Əbu Bəkrə beyət etdi. Səd ibn Ubadəni isə mənzilinə apardılar.
3. Əgər onlar özlərini Peyğəmbərin şəcərəsindən olduqlarına görə xəlifəliyə daha layiq bilirlərsə, mən həmin ağacın meyvəsi və Həzrətin əmisi oğluyam. Xəlifəlik, əmirlik mənim haqqımdır və başqası buna layiq deyil.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!