NƏHC-ül-BƏLAĞƏ - 86-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Allahın çox sevdiyi bəndəsinin və fasiq şəxsin sifətlərini bəyan edərək camaatı imamların (ə) ardınca getməyə təşviq etdiyi) xütbələrindəndir.

Ey Allahın bəndələri! Allahın yanında ən sevimli (Haqq-taalanın mərhəmət nəzəri şamil olan) bəndə öz nəfsinə hakim kəsilməkdə Allahın kömək və yardım etdiyi bəndədir (şəhvətlər və nəfsani istəklərə uymamaq üçün onun ağlını gücləndirmişdir). Beləliklə, (həmin bəndə) hüzn və kədəri öz şüarına çevirdi (Haqqın rizasını qazanmaq üçün ona səbəb olan işlər barəsində düşündü), xof və (ilahi əzabdan) qorxunu özünə yol seçdi. (Heç vaxt Allahın və Peyğəmbərin qanunlarına zidd hərəkət etmədi.) Beləliklə, onun ürəyində hidayət çırağı (ilahi elm və maarif) işıqlandı (onunla nadanlıq və azğınlığın zülmətindən xilas olub doğru yola qədəm qoydu) və çatacağı bir gün üçün ziyafət (süfrəsini) hazırlayıb (ibadət və bəndəlik etdi ki, öləndən sonra əliboş olmasın), uzağı (qiyamət gününü) özünə yaxın etdi1 və çətinliyi (ölümü, qəbri və qiyamət gününün qorxu və dəhşətini ibadətinin, bəndəliyinin azuqəsi ilə) asanlaşdırdı, (yerin, göyün və onlarda olan hər şeyin yaradılışı barədə) fikirləşdi, düşündü. (Mənşə və məad barəsində) bəsirət gözü açıldı.2 Və Allahı xatırlayıb (axirət azuqəsi olan) yaxşı əməlləri artırdı.3 Və giriş yolları onun üçün asanlaşdı, təmiz və şəffaf sudan doynca içdi.4 Elə ilk dəfə içən kimi doydu.5 Doğru və hamar yolla getdi (ibadət və itaət yolu bilən pərhizkarların yolu ilə addımladı). Şəhvət və nəfsi istəklər libasını əynindən çıxardı (dünyaya və onda olanlara ürəyini bağlamadı), yalnız bir məqsəddən (Allahın razılığın qazanmaqdan) başqa bütün məqsədləri özündən uzaqlaşdırdı. (İlahi elm və mərifət sifətini qazanaraq) korluqdan (cəhalət və nadanlıqdan) və öz nəfsinə uyanlarla ünsiyyətdən xilas oldu və özü hidayət, nicat qapılarının açarına, həlakət qapılarının qıfılına çevrildi (başqalarına yol göstərməklə azdıranların qarşısını aldı). Öz yolunu görüb ona qədəm qoydu və özünün (hidayət və nicat) əlamətlərini, nişanələrini tanıdı, içində qərq olduqlarını (çətinlikləri və kədərləri) özündən uzaqlaşdırdı, ən möhkəm halqalardan, ən qırılmaz iplərdən (Qurani-Kərimdən və Peyğəmbərin əhli-beytindən) yapışdı (və nicat, qurtuluş yolunu tapdı). Onun (Haqqa) yəqinliyi günəş işığına və aydınlığına olan yəqinlik kimidir. (Ona heç bir şəkk-şübhə yol tapa bilməz və Haqq elmlərdən, ilahi maarifdən bəhrələndiyinə, camaata yol göstərdiyinə görə.) Hər cəhətdən böyük işlərdə öz nəfsini Allahın ixtiyarına verdi (ki, ondan nə istənilsə yerinə yetirsin və nə soruşulsa cavab versin) və hər bir şeyi (fəri, törəməni) öz əslinə qaytardı (doğru əsaslandırma və ictihadla onun barəsində hökm çıxardı). Odur qaranlıqların çırağı, aydın olmayan oxşar işlərə aydınlıq gətirən, mübhəm işlərin açarı (ehkamı öyrədən) və müşkülləri dəf edən (öz kamil sözləri ilə məsələləri, deyilən iradları aradan götürən) və zələlət vadisində olanların yol göstərəni. Deyir və (mətləbi) başa salır (nadanlığı və şəkki artırmır), sakit qalır ki, (danışığın büdrəyişindən və haqsız fətvalardan) amanda olsun.6 Rəftarını Allahına görə (şirk, riya və özünü göstərməkdən) təmizlədi və Haqq-taala da onu Özü üçün seçdi (ona cürbəcür feyzlər və kamil sifətlər bəxş etdi). Deməli, (bu sifətlərlə) o, dinin mədənlərindən və yer üzündəki sütunlarındandır.7 Ədaləti (düzlüyü və doğruluğu) özünün zərurətinə çevirib (ondan uzaqlaşmadı və heç vaxt, heç bir işdə ifrata, yəni, həddini aşmağa, nə də təfritə, yəni, haqda təqsirə, təxirə yol vermədi) Deməli, onun ədalətinin ilk mərhələsi budur ki, nəfsinin istəklərini özündən uzaqlaşdırar8 və haqqı bəyan edər (xalqa yaxşı əməlləri buyurar və pis əməllərdən çəkindirər), özü də ona uyğun hərəkət edər.9 Heç bir yaxşı, xeyir əməlin sonunu niyyət etməmiş tərk etmədi, heç bir yaxşılıq ehtimalını niyyət etməmiş buraxmadı. (Onun bütün səyləri bundan ibarətdir ki, yaxşılıq, xeyir yolların hamısı ilə getməklə nicatın ən yüksək həddini, güman yolu ilə olsa belə, qazansın.) Öz cilovunu kitaba (Qurana) tapşırıb. Deməli, Allahın kitabı onun rəhbəridir. Quranın yükünün endiyi hər məqamda aşağı enər, Quranın yeri olduğu hər yerdə yerləşər.10 (Allahın özünə düşmən bildiyi) bəndə isə (o kəsdir ki,) nadan olduğu halda özünü alim, bilikli adlandırar. Nadanlardan nadanlığı, azğınlardan isə azğınlığı öyrənib11 aldadıcı kəndirlərdən və yalan sözlərdən camaata tələ qurar.12 Kitabı (Qurani-Kərimi) öz düşüncələri əsasında daşıyıb (təfsir edər) və (Quranı öz fikri ilə təfsir edən) haqqı öz istəklərinə uyğunlaşdırıb camaatı böyük təhlükələrdən arxayın salar, böyük günahları (onların nəzərində) asanlaşdırar. İçində batdığı halda (riyakarlıqla və özünü göstərməklə) şübhələrdən (şübhəli və qaranlıq hökmlərdən) uzaqlaşdığını deyər (hökm verər və şəriət hökmləri, onun halları barəsində nadan olduğuna görə hər bir qaranlıq məsələ onun nəzərində doğru olar). Bidətlərin arasında yatdığı halda onlardan (şəriət qanunlarına zidd hökmlərdən) çəkindiyini söylər (verdiyi hər hökm bidətdir). (Onun) surəti insan surəti, (onun) qəlbi isə heyvan qəlbidir. Hidayət qapısını və doğru yolu tanımır ki, (ona qədəm qoyub) onun ardınca getsin. Nadanlıq və korluq qapısını tanımır ki, ondan uzaqlaşsın. O, dirilərin arasında bir ölüdür.13 (İndi ki, haqqı və batili tanıdınız, Allahın sevdiyi və düşmən bildiyi bəndələri bildiniz) hara gedirsiniz (hansı yola gedirsiniz ki, daha layiqli olsun) və (haqqın) bayraqları asıldığı, (həqiqət) nişanələri aşkar göründüyü, (hidayət və qurtuluşdan) doğru əlamətlər qoyulduğu halda sizlər (hidayət və nicat yolundan) niyə haqq yoldan uzaqlaşırsınız? (Və ya sizi nə vaxt və harada doğru yoldan daşındırırlar?) Bəs sizi harada heyran və sərgərdan ediblər? Peyğəmbərinizin əhli-beyti (pak imamlar) aranızda olduğu halda necə heyran və sərgərdansınız? (Doğru yolu görmürsünüz.) Onlar (adamın dəvənin cilovunu əlinə alıb onu istədiyi tərəfə apardığı kimi camaatı) haqq yola çəkənlər, rəhbərlər və dinin nişanələri, doğru danışan dilləridir. (Sözləri doğru, düzgündür, yalan olması ehtimal edilmir. Həzrət Peyğəmbərə vəhy edilənləri xalq üçün təfsir edib onları həqiqətlərlə tanış edirlər.) Onları Quranın ən yaxşı mənzillərinə endirin.14 (Onlar elm və maarif çeşməsi olduqlarına görə) çox təşnə dəvələrin (su başına) çatmağa tələsdiyi tək onlara doğru tələsin (və elmlərindən, biliklərindən bəhrələnin).
Ey camaat! Bu kəlamları Xatəmül-ənbiya səlləllahu əleyhi və alih və səlləmdən öyrənin (öz ailəsinin mədhi və əzəməti barədə buyurmuşdur). Bizlərdən biri (zahirən) ölsə belə diridir.15 Və hər şey köhnəlsə də, bizlər köhnəlmirik.16 Belə isə tanımadığınız (bilmədiyiniz) şeydən (Həzrət Peyğəmbərin ailəsi barədə) danışmayın, çünki sizin inkar etdiklərinizdə həqiqət daha çoxdur. (İlahi əzab sizə çatdıqda) dəlil və sübutunuz olmadığı kimsəni üzürlü bilin və o mənəm.17 Sizinlə böyük və ağır əmanətə (yükə, Qurani-Kərimə) uyğun rəftar etmədimmi? (Quranı sizə öyrətmədimmi?) Qiymətli və kiçik əmanəti (Həzrət peyğəmbərin ailəsini, Həsən və Hüseyni) sizlərin arasında qoymadımmı?18 Sizin aranızda imanın bayraq və nişanəsini asdım (ki, azmayasınız). Sizləri halal və haramın hüdudlarından hali etdim. Öz ədalət və dada yetişməyimlə sizə nicat libası geydirdim (zülm və sitəmdən xilas olmağın yolunu sizə öyrətdim). Öz sözlərim və rəftarımla (Allahın və Peyğəmbərin razı olduğu) xeyir əməlləri yaydım (göstərdim). Öz bəyənilən əxlaqımı sizə aşkar etdim (layiqli əxlaqla tanış etdim).
Belə isə əslini bəsirət gözünün dərk etmədiyi, düşüncə və fikirlərin yol tapmadığı şeylərdə (öz nadürüst) fikir və tədbirlərinizi işlətməyin.19
Bu da həmin xütbənin bir hissədir (Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.):
(Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edənlər (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf və təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur və başqaları ondan bəhrələnmir) qamçı və qılınclarının (onların törətdiyi qətl, qarət və cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm və sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

و هي في بيان صفات المتقين و صفات الفساق و التنبيه الى مكان العثرة الطيبة و الظن الخاطئ لبعض الناس
عِبَادَاللَّهِ، إِنَّ مِنْ أَحَبِّ عِبَادِاللَّهِ إِلَيْهِ عَبْداً أَعَانَهُ اللَّهُ عَلَى نَفْسِهِ، فَاسْتَشْعَرَ الْحُزْنَ، وَ تَجَلْبَبَ الْخَوْفَ؛ فَزَهَرَ مِصْبَاحُ الْهُدَى فِي قَلْبِهِ، وَ أَعَدَّ الْقِرَى لِيَوْمِهِ النَّازِلَ بِه، فَقَرَّبَ عَلَى نَفْسِهِ الْبَعِيدَ، وَ هَوَّنَ الشَّدِيدَ. نَظَرَ فَأَبْصَرَ، وَ ذَكَرَ فَاسْتَكْثَرَ، وَ ارْتَوَى مِنْ عَذْبٍ فُرَتٍ سُهِّلَتْ لَهُ مَوَارِدُهُ، فَشَرِبَ نَهَلاً، وَ سَلَكَ سَبِيلاً جَدَداً. قَدْ خَلَعَ سَرَابِيلَ الشَّهَوَاتِ، وَ تَخَلَّى مِنَ الْهُمُومِ، إِلاَّ هَمًّا وَاحِداً انْفَرَدَ بِهِ، فَخَرَجَ مِنْ صَفَةِ الْعَمَى، وَ مُشَارِكَةِ أَهْلِ الْهَوَى، وَ صَارَ مِنْ مَفَاتِيحِ أَبْوَابِ الْهُدَى، وَ مَغَالِيقِ أَبْوَابِ الرَّدَى. قَدْ أَبْصَرَ طَرِيقَهُ، وَ سَلَكَ سَبِيلَهُ، وَ عَرَفَ مَنَارَهُ، وَ قَطَعَ غِمَارَهُ، واسْتَمْسَكَ مِنَ الْعُرَى بِأَوْثَقِهَا، وَ مِنَ الْحِبَالِ بِأَمْتَنِهَا، فَهُوَ مِنَ الْيَقِينِ عَلَى مِثْلِ ضَوْءِ الشَّمْسِ، قَدْ نَصَبَ نَفْسَهُ لِلَّهِ - سُبْحَانَهُ - فِي أَرْفَعِ الْأُمُورِ؛ مِنْ إِصْدَارِ كُلِّ وَارِدٍ عَلَيْهِ، وَ تَصْيِيرِ كُلِّ فَرْعٍ إِلَى أَصْلِهِ. مِصْباحُ ظُلُمَاتٍ، كَشَّافُ عَشَاوَاتٍ، مِفْتَاحُ مُبْهَمَاتٍ، دَفَّاعُ مُعْضِلاَتٍ، دَلِيلُ فَلَوَاتٍ، يَقُولُ فَيُفْهِمُ، وَ يَسْكُتُ فَيَسْلَمُ. قَدْ أَخْلَصَ لِلَّهِ فَاسْتَخْلَصَهُ، فَهُوَ مِنْ مَعَادِنِ دِينِهِ، وَ أَوْتَادِ أَرْضِهِ. قَدْ أَلْزَمَ نَفْسَهُ الْعَدْلَ، فَكَانَ أَوَّلَ عَدْلِهِ نَفْي الْهَوَى عَنْ نَفْسِهِ، يَصِفُ الْحَقَّ وَ يَعْمَلُ بِهِ، لاَ يَدَعُ لِلْخَيْرِ غَايَةً إِلاَّ أَمَّهَا، وَ لاَ مِظَنَّةً إِلاَّ قَصَدَهَا، قَدْ أَمْكَنَ الْكِتَابَ مِنْ زِمَامِهِ فَهُوَ قَائِدُهُ وَ إِمَامُهُ، يَحُلُّ حَيْثُ حَلَّ ثَقَلُهُ، وَ يَنْزِلُ حَيْثُ كَانَ مَنْزِلُهُ
صفات الفساق
وَ آخَرُ قَدْ تَسَمَّى عَالِماً وَ لَيْسَ بِه، فَاقْتَبَسَ جَهَائِلَ مِنْ جُهَّالٍ، وَ أضَالِيلَ مِنْ ضُلاَّلٍ، وَ نَصَبَ لِلنَّاسِ أشْرَاكاً مِنْ حَبَائِلِ غُرُورٍ، وَ قَوْلِ زُورٍ؛ قَدْ حَمَلَ الْكِتَابَ عَلَى آرائِهِ؛ وَ عَطَفَ الْحَقَّ عَلَى أَهْوَائِهِ، يُؤْمِنُ النَّاسَ مِنَ الْعَظَائِمِ وَ يُهَوِّنُ كَبِيرَ الْجَرائِمِ، يَقولُ: أَقِفُ عِنْدَ الشُّبُهَاتِ، وَ فِيهَا وَقَعَ؛ وَ يَقْولُ: أَعْتَزِلُ الْبِدَعَ، وَ بَيْنَهَا اضْطَجَعَ، فَالصُّورَةُ صُورَةُ إِنْسَانٍ، وَ الْقَلْبُ قَلْبُ حَيَوَانٍ،لاَ يَعْرِفُ بَابَ الْهُدَى فَيَتَّبِعَهُ، وَ لاَ بَابَ الْعَمَى فَيَصُدَّ عَنْهُ وَ ذلِكَ مَيِّتُ الْأَحْيَاءِ
عترة النبي
فَأَيْنَ تَذْهَبُونَ؟ وَ أَنَّى تُؤْفَكُونَ! وَ الْأَعْلاَمُ قَائِمَةٌ! وَ الْآيَاتُ وَاضِحَةٌ؛ وَ الْمَنَارُ مَنْصُوبَةٌ، فَأَيْنَ يُتَاهُ بِكُمْ! وَ كَيْفَ تَعْمَهُونَ؟ وَ بَيْنَكُمْ عِتْرَةُ نَبِيِّكُمْ! وَ هُمْ أَزِمَّةٌ الْحَقِّ، وَ أَعْلاَمُ الدِّينِ وَ أَلْسِنَةُ الصِّدْقِ، فَأَنْزِلُوهُمْ بِأَحْسَنِ مَنَازِلِ الْقُرْآنِ، وَرِدُوهُمْ وُرُودَ الْهِيمِ الْعِطَاشِ
أَيُّهَا النَّاسُ؛ خُذُوهَا عَنْ خَاتَمِ النَّبِيِّينَصلى الله عليه وآله وسلم: إِنَّهُ يَمُوتُ مَنْ مَاتَ مِنَّا وَ لَيْسَ بِمَيِّتٍ، وَ يَبْلَى مَنْ بَلِيَ مِنَّا وَ لَيْسَ بِبَالٍ فَلاَ تَقُولُوا بِمَالاَ تَعْرِفُونَ؛ فَإِنَّ أَكْثَرَ الْحَقِّ فِيَما تُنْكِرُونَ، وَ اعْذِرُوا مَنْ لاَ حُجَّةَ لَكُم عَلَيْهِ - وَ هُوَأَنَا -، أَلَمْ أَعْمَلْ فِيكُمْ بِالثَّقَلِ الْأَكْبَرِ؟ وَ أَتْرُكْ فِيكُمُ الثَّقَلَ الْأَصْغَرَ، قَدْ رَكَزْتُ فِيكُمْ رَايَةَ الْإِيَمَانِ، وَ وَقَفْتُكُمْ عَلَى حُدُودِ الْحَلاَلِ وَ الْحَرَامِ، وَ أَلْبَسْتُكُمُ الْعَافِيَةَ مِنْ عَدْلِي، وَ فَرَشْتُكُمُ الْمَعْرُوفَ مِنْ قَوْلِي وَ فِعْلِي، وَ أَرَيْتُكُمْ كَرَائِمَ الْأَخْلاَقِ مِنْ نَفْسِي، فَلاَ تَسْتَعْمِلُوا الرَّأْيَ فِيَما لاَ يُدْرِكُ قَعْرَهُ الْبَصَرُ، وَ لاَ تَتَغَلْغَلُ إِلَيْهِ الْفِكَرُ
ظن خاطئ
وَ مِنها: حَتَّى يَظُنَّ الظَّانُّ أَنَّ الدُّنْيَا مَعْقولَةٌ عَلَى بَنِي أَمَيَّةَ؛ تَمْنَحُهُمْ دَرَّهَا؛ وَ تُورِدُهُمْ صَفْوَهَا، وَ لاَ يُرْفَعَ عَنْ هذِهِ الْأُمَّةِ سَوْطُهَا وَ لاَ سَيْفُهَا، وَ كَذَبَ الظَّانُّ لِذلِكَ. بَلْ هِيَ مَجَّةٌ مِنْ لَذِيذِ الْعَيْشِ يَتَطَعَّمُونَهَا بُرْهَةً، ثُمَّ يَلْفِظُونَهَا جُمْلَةً

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

87-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Bixəbərlərin uzaq güman etdiyi ölümü öz gözü önünə gətirib heç vaxt ondan qafil olmadı, ölümün onu xəstəlik yatağında haqlamasından və ya özünün ölümün qarşısına çıxaraq Allah yolunda ölməsindən qorxmadı.
2. Qurani-Kərim Fussulət surəsinin 53-cü ayəsində buyurur: «سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ» Allahın haqq olduğu onlara bəlli olsun deyə, tezliklə Biz öz nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərəcəyik.
3. Heç nə onu Allahın zikrindən saxlaya bilmədi. Qurani-Kərimin Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi: «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللّهِ» «O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz».
4. İlahi elm və maarifdən bəhrələndi, ondan istifadə üçün sərgərdan qalmadı, əksinə, ona nə qədər verilsə, asanlıqla qəbul edirdi. Böyük çayların üstündə suya əli çatmayan, su əldə etmək üçün yollar axtaran təşnədən fərqli olaraq.
5. İnsan mənəvi sudan doyduqdan sonra təşnə olmur ki, yenidən içməyə ehtiyacı olsun. Susuzluqdan sonra suya çatan dəvənin çox su içib doyması, başqa yerdə suya rast gəldikdə ona meyli olmaması kimi. Yəni, ilahi elm və maarifi qazandıqdan sonra cahillik və nadanlıq onluq deyil ki, elm öyrənməyə möhtac olsun.
6. Onun susması nadanlığına görə deyil. Bir sözlə, danışmaq və susmaqdan öz yerində istifadə edir. Deməli, boş söz danışmaz və yersiz susmaz.
7. Hansı ki, başqaları onun vücudundakı mədəndən elmin və hikmətin nəfis cəvahirlərini əxz edirlər. Din işlərinin nizam-intizamı və yer üzünün əhalisinin asayişi onun vücudunun bərəkətindən bərqərar olub.
8. Çünki Allah bəndəsi öz əməl gücünü artırmaq üçün nəfsi istəklərin ardınca getməməli, Allahın qoyduğu həddi aşmamalıdır.
9. Çünki rəftarı sözünə uyğun olmayanın nəsihətlərinin təsiri olmaz, Böyük Allahın qınağına tuş gələr. Qurani-Kərimin Səff surəsinin 2-ci və 3-cü ayələrində buyurulduğu kimi: « َيا أَيُّهَا الَّذِينَ امَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ» «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Allah yanında ən böyük qəzəb və düşmənçilik (yəni, Onun rəhmətindən uzaq düşmək) etməyəcəyiniz bir şeyi deməkdir».
10. Allaha doğru səfərdə Qurandan ayrılmaz və hər yerdə (Onun) hökmlərinə, göstərişlərinə əməl edər.
11. Sözləri və əməlləri ilə onların ardınca gedər.
12. Ovçu ovunu tora salmaq üçün aldatdığı kimi, o da camaatı özünə cəlb etmək üçün nadürüst söz və əməlləri ilə aldadar.
13. Çünki həyatın məqsədi insanı səadətə çatdıran fəzilətləri əldə etməkdir. Cahil bu fəzilətlərdən faydalanmadığına görə ölü kimidir, bəlkə də həqiqi ölü odur.
14. Onların məhəbbət və dostluğunu öz ürəyinizdə yerləşdirin. Çünki ürək «təsəvvür məqamında mənzildən, oxumaq vasitəsilə dildə olan mənzildən və yazıda olan mənzildən ibarət» olan Quranın mənzilləri arasında ən yaxşı mənzildədir.
15. Bütün xəlq edilmişlər, hətta peyğəmbər və ailəsi üçün də mütləq olan ölümdən sonra rəmzi bədənləri, hətta əsl bədənləri ilə də bu dünyada diridirlər və həyatda olduqları kimi görür, eşidir və danışırlar.
16. Bədənləri qalmışdır. Şərhçilərin hər biri o həzrətin Peyğəmbərə istinadən nəql etdiyi və müşkilə, mütəşabih hədislərdən olan «إنَّهُ يَمُوتُ مَنْ ماتَ مِنّا وَ لَيْسَ بِمَيِّتٍ وَ يَبْلى مَنْ بَلِىَ مِنّا وَ لَيْسَ بِبالٍ» hədisi şərifini əsaslandırıb izah edərkən öz elmi üslub və zövqlərinə uyğun yanaşmış, ona dəlillər gətirmişlər. Əqlə və nəqli dəlillərə əsaslanan ən ətraflı və doğru sözləri yuxarıda bəyan etdik. Bu elmi kitablara müraciət və böyük alimlərin sözlərini tədqiq etdikdən, müxtəlif hədisləri topladıqdan sonra zahir aşkar olur. Buna görə də kimsənin deyilənləri öz məlumatsızlığına görə inkar etməsi yaxşı deyil. Bu barədə Həzrət sözünü davam etmişdir.
17. Deməli, üzürünüz yoxdur və o vaxt deyə bilməzsiniz ki, Pərvərdigara, bizdən başa düşmədiyimiz və bilmədiyimiz şeyə görə hesab çəkirsən? Çünki mən sizin nicatınız üçün lazım olanı bəyan etdim, yol göstərməkdə səhlənkarlıq etmədim. Ancaq siz sözlərimə əməl etmədiniz.
18. Sizin yol göstərəniniz olsunlar deyə. Burada Həzrətin Quranı böyük (əmanət) yük, Əhli-beyti isə kiçik (əmanət) yük adlandırmağının səbəbi budur ki, Quran peyğəmbərliyin, imamətin sənədi, din və şəriətin asayişidir. Deməli, Quran olmasaydı, peyğəmbərlik, imamət, din və şəriət təsbit edilməzdi. Eyni zamanda, məzmununun doğruluğu, səhihliyi barədə hamının - sünni və şiələrin eyni fikirdə olduğu Peyğəmbərdən nəql edilən hədisi şərifə istinad olunmuşdur. Əbu Səid Xidridən rəvayət olunan həmin hədis isə belədir. قَالَ النَِّبىُّ  "صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ" إِنِّى تَارِكٌ فِيكُمْ الثَّقَلَيْن أَحَدُهُما أَكْبَر مِنَ الْآخَر كِتابَ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى لَنْ يَّفْتَرِقا حَتَّى يَرِدا علَىَّ الْحَوْضَ Həzrət Peyğəmbər buyurmuşdur: «Mən sizlərin arasında iki qiymətli əmanət qoyuram ki, biri-digərindən daha böyükdür. Biri Allahın Kitabıdır. Bu, göylərdən yerə çəkilmiş olan ipdir, yəni, Allah tərəfindən xalqa nazil olmuşdur. İkincisi, mənim ailəm və Əhli-beytimdir. Bu iki şey qiyamət günü hovuzun başında mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Yəni, həmişəlik qalacaqlar.
19. Bu barədə özünüzdən söz deməyin. Çünki ilham və vəhy olmadan heç kəs onu bilə bilməz. Vəhy və ilham isə Allahın bu məqam üçün seçdiyi insanlara xasdır. Deməli, elmin öyrədilməsi və onlara əməl etmək qurtuluşa, xoşbəxtliyə səbəb olar. Özündən söz danışmaq, onlardan qeyrilərinə müraciət isə azğınlığa və bədbəxtliyə gətirib çıxarar.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!