NƏHC-ül-BƏLAĞƏ - 88-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı və camaata moizə etdiyi) xütbələrindəndir.
Allah-taala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi.1

Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi.2 Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu.3 Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı.4 Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi.5 Şüarı qorxu və xof, yolları qılınc yolu idi.6 İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov və giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını və çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər də) uzaqda deyilsiniz.7 Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə də Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünənkilərin qulaqlarından zəif deyil.8 O zaman onların gözləri iti deyildi və bu dövrdə sizlərə verilən ürək və gözlər kimi ürəklər verilmişdi.9 Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız.10 Və (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə və Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət və məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq və tezilklə yox olacaq.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

في الرسول الاعظم صلى الله عليه وآله وسلم و بلاغ الامام عنه

أرْسَلَهُ عَلَى حِينِ فَتْرَةٍ مِنَ الرُّسُلِ، وَ طُولِ هَجْعَةٍ مِنَ الْأُمَمِ، وَ اعْتِزَامٍ مِنَ الْفِتَنِ، وَ انْتِشَارٍ مِنَ الْأُمُورِ، وَ تَلَظٍّ مِنَ الْحُرُوبِ، وَ الدُّنْيَا كَاسِفَةُ النُّور، ظَاهِرَةُ الْغُرُورِ؛ عَلَى حِينِ اصْفِرَارٍ مِنْ وَرَقِهَا، وَ إِيَاسٍ مِنْ ثَمَرِهَا، وَ اغْوِرَارٍ مِنْ مَائِهَا، قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى، وَ ظَهَرَتْ أَعْلاَمُ الرَّدَى، فَهِيَ مُتَجَهِّمَةٌ لِأَهْلِهَا عَابِسَةٌ فِي وَجْهِ طَالِبِهَا. ثَمَرُهَا الْفِتْنَةُ، وَ طَعَامُهَا الْجِيفَةُ، وَ شِعَارُهَا الْخَوْفُ، وَ دِثَارُهَا السَّيْفُ. فَاعْتَبِرُوا عِبَادَاللَّهِ، وَ اذْكُرُوا تِيكَ الَّتِي آبَاؤُكُمْ وَ إِخْوَانُكُمْ بِهَا مُرْتَهَنُونَ، وَ عَلَيْهَا مُحَاسَبُونَ. وَ لَعَمْرِي مَا تَقَادَمَتْ بِكُمْ وَ لاَبِهِمُ الْعُهُودُ، وَ لاَ خَلَتْ فِيَما بَيْنَكُمْ وَ بَيْنَهُمْ الْأَحْقَابُ وَ الْقُرُونُ، وَ مَا أَنْتُمُ الْيَوْمَ مِنْ يَوْمَ كُنْتُمْ فِي أَصْلاَبِهِمْ بِبَعِيد. وَ اللَّهِ مَا أَسْمَعَكُمُ الرَّسُولُ شَيْئاً إِلاَّ وَهَا أَنَاذَا مُسْمِعُكُمُوهُ، وَ مَا أَسْمَاعُكُمُ الْيَوْمَ بِدُونَ أَسْمَاعِكُمْ بِالْأَمْسِ، وَ لاَ شُقَّتْ لَهُمُ الْأَبْصَارُ، وَ لاَ جُعِلَتْ لَهُمُ الْأَفْئِدَةُ فِي ذلِكَ الزَّمَانِ، إِلاَّ وَقَدْ أُعْطِيْتُمْ مِثْلَهَا فِي هذَا الزَّمَانِ. وَ وَللَّهِ مَا بُصِرْتُمْ بَعْدَهُمْ شَيْئاً جَهِلُوهُ، وَلاَ أُصْفِيْتُمْ بِهِ وَحُرِمُوهُ، وَ لَقَدْ نَزَلَتْ بِكُمُ الْبَلِيَّةُ جَائِلاً خِطَامُهَا، رِخْواً بِطَانُهَا، فَلاَ يَغُرَّنَّكُمْ مَا أَصْبَحَ فِيهِ أَهْلُ الْغُرُورِ، فَإِنَّمَا هُوَ ظِلٌّ مَمْدُودٌ، إِلَى أَجَلٍ مَعْدُودٍ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

89-CU XÜTBƏNİ BURADAN OXUYUN


1   Çünki Adəmin vaxtından həzrət İsaya peyğəmbərlik verilənə qədər camaatı doğru yola yönəltmək üçün Allah-taala bir-birinin ardınca peyğəmbər göndərərdi. Həzrət İsanın vaxtından həzrət Mühəmmədə (s) peyğəmbərlik verilən vaxta qədər beş yüz il müddətində isə heç kəsə peyğəmbərlik verilməmişdi.
2    Çünki bir peyğəmbər yox idi ki, xalq hidayət və qurtuluş işığı olan ilahi elm və maarifi ondan öyrənsin.
3    Elm, hidayət ağacını xəzan bürümüşdü və camaat səadət, nicat yoluna qədəm qoymurdu, xeyir-yaxşılıq qalmamışdı.
4   Haqq və doğru yolu göstərənlər aradan getmiş, azğınlığın önündə gedənlər iş başına keçmişdilər.
5   O dövrün əhalisinin həyatı pozğunluqla dolu idi. Sıxıntının çoxluğuna görə ərəblərin əksəriyyətinin xörəyi murdar ət idi və ya qarətlə, bir-birinin malını oğurlamaqla dolanırdılar ki, bu da murdar ətdən geri qalmır.
6    Həmin dövrün insanları həmişə narahat və nigaran idilər, bir-birini öldürməklə, döyüşməklə məşğul idilər. Xülasə, fitnə-fəsad, nadanlıq, azğınlıq və çarəsizlik bütün dünyanı başına almışdı ki, Haqq-taala  onları doğru yola yönəltmək, dünya və axirət səadətlərini bərqərar etmək üçün həzrət Mühəmmədə peyğəmbərlik verdi.
7   Siz vaxtca onlara yaxınsınız. Dünyadan köçmələri və sizdən uzaqlaşmarından az vaxt keçməsinə baxmayaraq, onların ruzigarlarını unutmağınızın, yada salmamağınızın səbəbi nədir?
8     Buna görə də üzrxahlıq edə bilməzsiniz ki, ata-babalarımız bizdən daha yaxşı eşidən olublar, Peyğəmbərin sözünü eşidiblər və biz sənin sözlərini eşitmirik.
9    Buna görə də deyə bilməzsiniz ki, biz kor idik və onlar Peyğəmbəri gördükləri kimi biz səni görmürdük və ya ürəklərimiz onlar ürəkli olduqlarına görə Peyğəmbərin sözlərini başa düşdükləri kimi ayıq deyildi ki, sənin sözlərini başa düşək.
10   Sizə öyrədilənləri onlara da öyrətdilər, sizə əta etdiklərini onlara da əta etdilər. Siz onlardan üstün olmadığınız halda Allaha, Peyğəmbərə və zamanın imamına itaət etməmənizin səbəbi nədir?

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!