NƏHC-ül-BƏLAĞƏ - 93-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Allah-taalanın bəzi sifətlərinin xatırılandığı, Peyğəmbər və Əhli-beytinin mədh edildiyi və sonda camaata öyüd-nəsihət verildiyi) xütbələrindəndir.
Hər şeydən üstün olan Allahdır, uca himmətlilər belə Onu dərk edə bilməz və zəkalı insanların zirəkliyi ona çatmaz. (Zatının həqiqətinin əslini başa düşməzlər, çünki müəyyən bir hədlə məhdudlaşmır ki, onu dərk etmək mümkün olsun.)

Əvvəldir və Onun üçün son yoxdur ki, axırına çatılsın.1
Bu xütbənin bir hissəsi peyğəmbərlər (həzrət Peyğəmbər və pak İmamlar) haqqındadır.
Allah-taala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü.2 Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur). Nəhayət, Allah-taala tərəfindən peyğəmbərlik və nübüvvət mənsəbi həzrət Mühəmməd səlləllahu əleyhi və alihə yetişdi. O həzrət ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetişdirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (həzrət İbrahim əleyhis-salamın nəslindən meydana gətirdi.) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki imam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-taala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)
(Ey Allah bəndələri,) Allah rəhmətini sizlərə şamil etsin, aşkar nişanələr (İmamlar əleyhimus-salamın fikirləri) əsasında əməl edin. (Çünki onlar azğınlıq zülmətində nicat və qurtuluş nişanəsi, çırağıdır). Bu, (sizi) Darüs-səlama (əbədi cənnətə) dəvət edən işıqlı və aydın yoldur (dindir). Siz elə bir saraydasınız ki, (gözəl əməllərinizlə) Allah-taalanın razılığını rahatlıqla əldə edə bilərsiniz. (Nə qədər ki, bu dünyadasınız və fürsətiniz var, əbədi cənnətə ehtiyat toplayın.) Elə bir yerdəsiniz ki, (əməl) dəftərləriniz açıq (hələ bağlanmayıb və möhürlənməyib) və (əməllərinizi qeydə almaq üçün yazanlardakı) qələmlər işdə, bədənlər sağ-salamat və dillər danışmaqdadır, tövbələr və (yaxşı) əməllər qəbul olunar.3

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
و فيها يصف اللَّه تعالى ثم يبين فضل الرسول الكريم و أهل بيته ثم يعظ الناس

 اللَّه تعالى
فَتَبَارَكَ اللَّهُ الَّذِي لاَ يَبْلُغُهُ بُعْدُ الْهِمَمِ، وَ لاَ يَنَالُهُ حَدْسُ الْفِطَنِ، الْأَوَّلُ الذِي لاَ غَايَةَ لَهُ فَيَنْتَهِي، وَ لا آخِرَ لَهُ فَيَنْقَضِيَ
و منها في وصف الانبياء
فَاسْتَوْدَعَهُمْ في أَفْضَلِ مُسْتَوْدَعٍ، وَ أَقَرَّهُمْ فِي خَيْرِ مُسْتَقَرٍّ، تَنَاسَخَتْهُمْ كَرَائِمُ الْأَصْلابِ إلَى مُطَهَّرَاتِ الْأَرْحَامِ؛ كُلَّمَا مَضَى مِنْهُمْ سَلَفٌ، قَامَ مِنْهُمْ بِدِينِ اللَّهِ خَلَفٌ
 رسول اللَّه و آل بيته
 حَتَّى أَفْضَتْ كَرَامَةُ اللَّهِ سُبْحَانَهُ وَ تَعَالَى إِلَى مُحَمَّدٍصلى الله عليه وآله وسلم؛ فَأَخْرَجَهُ مِنْ أَفْضَلِ الْمَعَادِنِ مَنْبِتاً، وَ أَعَزِّ الْأُرُومَاتِ مَغْرِساً؛ مِنَ الشَّجَرَةِ الَّتي صَدَعَ مِنْهَا أَنْبِيَاءَهُ، وَ انْتَجَبَ مِنْهَا أُمَنَاءَهُ. عِتْرَتُهُ خَيْرُ الْعِتَرِ، وَ أُسْرَتُهُ خَيْرُ الْأُسَرِ، وَ شَجَرَتُهُ خَيْرُ الشَّجَرِ؛ نَبَتَتْ فِي حَرَمٍ؛ وَ بَسَقَتْ فِي كَرَمٍ؛ لَهَا فُرُوعٌ طِوَالٌ؛ وَ ثَمَرٌ لاَ يُنَالُ؛ فَهُوَ إِمَامُ مَنِ اتّقَى، وَ بَصِيرَةُ مَنِ اهْتَدَى، سِرَاجٌ لَمَعَ ضَوءُهُ، وَ شِهَابٌ سَطَعَ نُورُهُ، وَ زَنْدٌ بَرَقَ لَمْعُهُ؛ سِيرَتُهُ الْقَصْدُ، وَ سُنَّتُهُ الرُّشْدُ، وَ كَلامُهُ الْفَصْل وَ حُكْمُهُ الْعَدْلُ؛ أَرْسَلَهُ عَلَى حِينِ فَتْرَةٍ مِنَ الرُّسُلِ؛ وَ هَفْوَةٍ عَنِ الْعَمَلِ، وَ غَبَاوَةٍ مِنَ الْأُمَمِ
 عظة الناس
 اعْمَلُوا، رَحِمَكُمُ اللَّهُ، عَلَى أَعْلاَمٍ بَيِّنَةٍ، فَالطَّرِيقُ نَهْجٌ يَدْعُو إِلَى دَارِ السَّلامِ، وَ أَنْتُمْ فِي دَارِ مُسْتَعْتَبٍ عَلَى مَهَلٍ وَ فَرَاغٍ؛ وَالصُّحُفُ مَنْشُورَةٌ، وَ الْأَقْلاَمُ جَارِيَةٌ، وَ الْأَبْدَانُ صَحِيحَةٌ، وَ الْأَلْسُنُ مُطْلَقَةٌ، وَ التَّوْبَةُ مَسْمُوعَةٌ، وَ الْأَعْمَالُ مَقْبُولَةٌ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

94-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1.Əşyanın mənşəyidir, son deyil ki, Onun əvvəli olsun. Çünki əvvəli və axırı olmaq cismə xas xüsusiyyətlərdəndir və Allah bunlardan uzaqdır.
2. Həzrət Adəm əleyhis-salamdan sonuncu peyğəmbər həzrət Mühəmməd səlləllahu əleyhi və alihə qədər bütün peyğəmbərlərin ataları Allaha inanmış, şirkə, küfrə bulaşmamış və ailə məsələlərində ilahi qanunlara, şəriətə zidd rəftar etməmişlər.
3. Belə isə vaxtı qənimət bilərək fürsəti əldən verməyin ki, Allahın razılığını əldə etmək üçün bir iş görə biləsiniz. Çünki can bədəndən çıxandan sonra Allahın razılığını qazanmaq üçün iş görmək mümkün deyil. Qurani-Kərimin Rum surəsinin 57-ci ayəsində buyurulduğu kimi: فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ «Qiyamət günü zülm edib kafir olanlara, ilahi göstərişə əməl etməyənlərə üzrləri heç bir fayda verməz və onların əzabı aradan qaldırılması üçün heç bir yolu yoxdur. Çünki ora iş görmək məkanı deyil, ora sorğu-sual və hesab yeridir».

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!