ALLAHIN BİRLİYİNƏ İNANMAĞIN ŞƏRTLƏRİ

:

Sual: Görəsən, üsuli-din və tövhidin mərtəbələrinə çatmaqla bağlı insan özü təhqiqat aparmalıdır, yoxsa, tövhid dünyagörüşünü ümumi şəkildə və Quran ayələrindən öyrənməlidir?

İNSANIN YEGANƏ ALLAHA PƏRƏSTİŞİ
Qurani-Kərim nöqteyi-nəzərindən insanın tək olan Allaha etiqadı aydın olsun deyə, tövhidi müəyyən həddə qəbul etmək lazımdır. Lakin ondan sonra heç bir şərtə ehtiyac yoxdur; baxmayaraq ki, onlara da nail olmaq çox yaxşı və bəyəniləndir.
Yeganə Allaha pərəstiş (müvəhhid olmaq) üçün dərk olunması zəruri hədlər aşağıdakılardan ibarətdir:
1. Yalnız Allahın zəruri varlıq (vacibül-vücud) olmasına inanmaq;
2. Yalnız Onu xaliq bilmək;
3. Dünyanın yaradılışda Allahdan qeyrisinə möhtac olmadığına və onun idarəsində (təkvini rübubiyyətin) Allaha məxsus olmasına inanmaq;
4. Allahdan başqa, kimsənin fərman vermək və qanun qoymaq haqqı olmadığına əminlik;
5. Allahdan başqa, heç bir kəsin ibadət və pərəstişə layiq olmadığına etiqad bəsləmək.
Əgər insanın vücudunda tövhidin bu beş dərəcəsi (başqa sözlə, vacibül-vücudda tövhid, xəlq etməkdə (xaliqiyyətdə) tövhid, təkvini rübubiyyətdə tövhid, təşrii rübubiyyətdə tövhid və ibadətdə tövhid dərəcələri) yəqin, etiqad və təsdiq həddində aşkar olunsa, o tövhidin əsasını və Allahın birliyini qəbul etmişdir. Lakin tövhidin kömək istəmək, qorxmaq, ümid və məhəbbət bəsləmək kimi digər dərəcələrini Quran ayələrindən və rəvayətlərdən başa düşüb tövhidə olan imanını artıra bilər. Allahın birliyinə inanmağın (müvəhhid olmağın) əsası isə yuxarıda qeyd etdiyimiz beş şərtdən ibarətdir.1

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. Bax: “Məarifi-Quran”, 1-ci cild, səh.47-54; “Məarifi-İslami”, Məhəmməd Cavad Bahunər, səh. 8-10 və 27-31.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!