10-CU MÜNAZİRƏ - I hissə

:

ALİ-MÜHƏMMƏD HAQQIN FEYZ VASİTƏLƏRİDİR. (25 rəcəb, bazar axşamı 1345-ci il)

Dəvətçi: Biz şiələr, «Ali-Mühəmmədə (ə) işlərimizi tək başına özləri həll edirlər demirik. Əksinə, onları, Allahın saleh qulları bilir və Allahın feyzinə yetişmək üçün bir vasitə olaraq qəbul edirik.

Bizim onları vəsilə olaraq qəbul etməmiz, Rəsulullahın (s) əmr etdiyinə görədir».

Hafiz: «Rəsulullah (s) harada Onları vəsilə etməyi əmr etmişdir? Bu ayənin Ali- Mühəmmədə aid olduğunu haradan söyləyirsiniz?

Dəvətçi: «Bir çox hədisdə Rəsulullah (s), təhlükələrdən xilas olmaq üçün Əhli-beytinə təvəssül etməmizi əmr etmişdir».

Hafiz: «O hədislərdən yadınızda olanlardan bəzilərini söyləyə bilərsinizmi?»

Dəvətçi: «Vəsilədən məqsəd, həzrət Peyğəmbərin Əhli-beytidir; buna dəlilimiz, Hafiz Əbu Nəim İsfahaninin «Nüzulul-Quran fi Əliyyin» (Əlinin haqqında nazil olan ayələr) adlı əsərində, Hafiz Əbubəkr Şirazi «Ma nəzələ min əl-Qurani fi Əliyyin» (Quranda Əli haqqında nazil olan) imam Əhməd Sələbi öz yazdığı təfsirdə nəql edərək deyir:

Bu ayədki vəsilədən məqsəd, həzrət Peyğəmbərin Əhli-beytidir. Bu mövzuda Rəsulullahdan (s) bir çox hədislər nəql olunmuşdur.

Sizin böyük alimlərinizdən İbn Əbil-Hədid Mötəzili «Şərhi Nəhcül-bəlağə» adlı əsərinin ΙV cildinin, 39-cu səhifəsində, həzrət Fatimənin (ə) xütbəsindən, bu ayəyə dəlil olaraq bir cümləni göstərir. Həzrət Fatimə (ə) «Fədək» hadisəsində mühacir və ənsara istiqamətlənmiş bir xütbə oxumuşdu. Bu xütbənin əvvəlində həzrət Fatimə (ə) belə buyurur: «Göylərdə və yerdə nə varsa, əzəməti və nuru üçün ibadət edilən Allaha həmd edirəm. Bütün vəsilələrin hədəfi Odur və Onun insanlar arasındakı vəsiləsi bizik».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!