10-CU MÜNAZİRƏ - II hissə

:

SƏQƏLEYN HƏDİSİ

Həzrət Peyğəmbərin pak Əhli-beytinə təvəssül edib, onlara bağlanmağın sağlam dəlillərindən biri də, “Səqəleyn” hədisidir. Bu hədisi, həm sünnilər, həm də şiələr səhih sənədlərlə mütəvatir olaraq nəql etmişlər.

Rəsulullah (s) o hədisin bir yerində belə buyurur: «Əgər onlara bağlansanız, məndən sonra əsla azmazsınız».

Hafiz: «Bu hədisə mütəvatir və sənədi səhih dəməklə, bəlkə də xəta edirsiniz. Çünki bu bizim böyük alimlərimizin yanında məlum deyildir. Böyük şeyximiz Məhəmməd ibn İsmail Buxari Qurandan sonra ən səhih olan öz mötəbər səhihində (Səhihi-Buxari) bu hədisi nəql etməmişdir».

Dəvətçi: «Mən xəta etdim deyirsiniz. Əksinə, bu hədisin mötəbər olduğunu alimləriniz qəti şəkildə qəbul edirlər. Hətta İbn Həcər-Məkki kimi çox təəssübkeş birisi belə, bu hədisin səhih olduğunu etiraf etmişdir. Şübhənizin aradan getməsi üçün «Savaiqul-muhriqə»nin ΙΙ fəslinin sonunda, 89 və 90-cı səhifələrində 11-ci babdakı 4-cü ayənin aşağısında Tirmizi, Əhməd ibn Hənbəl, Təbərani və Müslimdən hədislər nəql etdikdən sonra belə deyir: «Bil ki, Səqəleynə (Quran və Əhli-beyt ) bağlanmaq hədisi bir çox yollarla 20-dən çox səhabədən nəql edilmişdir».

Daha sonra belə deyir: «Bəziləri Rəsulullahın (s) bu hədisi vida Həccində, Ərafatda ikən, bəziləri Mədinədə ölüm yatağında otağı səhabələrlə dolu olduğu zaman, bəziləri Qədiri Xumda, bəziləri də Taifdən döndükdən sonra buyurduğu mövzusunda ixtilaf etmişlər». 

Daha sonra öz nəzərini belə açıqlayır: «Bu ixtilafların arasında hər hansı bir ziddiyyət yoxdur. Rəsulullahın (s) adı çəkilən bütün yerlərdə, Quranın və Əhli-beytin (ə) əzəmətini isbat etmək üçün bu hədisi dəfələrlə buyurmasında bir çətinlik yoxdur».

TƏƏSSÜBDƏN UZAQ OLMAQ SƏADƏTƏ SƏBƏB OLUR

«Hədis «Səhihi-Buxari»də yoxdur, buna görə də zəifdir» sözünə gəlincə, bu söz bir çox tərəfdən rədd edilmiş və alimlərin qəbul etmədiyi bir şeydir. Əgər Buxari, hədisi nəql etməmişsə, əvəzində onun tək möhtərəm bildiyiniz böyük alimlərinizin ümumisi nəql etmişdir. Hətta «Səhihi-Buxari» ilə eyni səviyyədə olan «Səhihi-Müslim» və digər səhihlər bunu geniş surətdə nəql etmişlər. Yoxsa səhihləri və mötəbər kitablarınızı bir kənara qoyub, əqidənizi yalnız «Səhihi-Buxari»də yazılanlarla məhdudlaşdıracaqsınız?! Ya da, o biri alimlərinizin də öz zamanlarında əhli-sünnənin ən adil, ən alim və ən savadlı insanlar olduqlarını etiraf edib, onları da qəbul edəcəksiniz. Xüsusilə də, Sihahi-sittə»ni yazanları. Bir hədis «Səhihi-Buxari»də bəzi səbəblərə görə nəql edilməmişsə, başqaları nəql etmişsə, o zaman onu qəbul etmək məcburiyətindəsiz!». 

Hafiz: «Buxarinin üstündə durmamızın hər hansı bir məxsus səbəbi yoxdur. Yalnız, Buxari çox ehtiyatlı və hədis nəql etməkdə diqqətli olduğundan, sənəd və ya mətin baxımından şübhəli və ya əqlə uyğun olmayan hədisləri nəql etməmişdir». 

Dəvətçi: «Siz əhli-sünnənin etdiyi xətalardan biri də, «bir şeyi çox sevmək, insanı kor və kar edər» qaydasının əsasına görə, bax belədir. Buxari haqqında ğuluv edirsiniz (yəni onu sahib olduğu məqamdan yüksəkdə görürsünüz). Onun çox dəqiq olduğunu və Səhihində gətirdiyi hər hədisin çox mötəbər, hətta vəhy kimi olduğunu zənn edirsiniz. Halbuki, zənn etdiyiniz kimi deyildir. Buxarinin hədislərin sənədində gətirdiyi bir çox şəxs (ravi) mərdud (Rədd edilmiş, sözlərinə etibar edilməyən), mənfur, kəzzab (Yalançı) və uydurmaçı insanlardır». 

Hafiz: «Əslində, sizin bu sözləriniz mərdud və mənfurdur. Siz Buxari kimi birisinin elmi məqamını təhqir edirsiniz». (Yəni əhli-sünnət və camaatın hamısın təhqir etdiniz)

Dəvətçi: «Elmi bir tənqid təhqirdirsə, bu halda hədisləri diqqətlə araşdırmış mötəbər Səhihlərdəki, xüsusilə «Səhihi-Buxari» və «Səhihi-Müslim»dəki bir çox hədisin sənədində bir çox şəxsin uydurmaçı, yalançı və mərdud olduğunu söyləyən böyük alimləriniz də, elm məqamına təhqir etmiş və mərdud insanlardır. 

Hədis kitabları mövzusunda dəqiq və diqqətili olmanız yaxşı olardı. Onları oxuduğunuz zaman ğuluv edərək, «Buxari və Müslim onları nəql etmişsə, hamısı səhih və doğrudur» deməyin. 

«Sihahi-sittə», xüsusilə də «Səhihi-Müslim» və Buxariyə ğuluv gözüylə baxan siz və digər alimlər, öncə onlardakı hədisləri araşdırıb, səhihlərlə səhih olmayanları bildirən kitablara bir baxsanız yaxşı olardı. Bununla da, Buxarinin əzamətinin, hədis nəql etməkdəki diqqətinin nə dərəcədə olduğunu görərdiniz. 

Əgər Süyutinin «Əl-Ləalil-Məsnua fi Əhadisil-Məvzua» əsərinə, Zəhəbinin «Mizanul-İtidal» və «Təlxisul-Müstədrək» adlı kitablarına, İbn Cuzinin «Təzkirətul-məvzuat»ına, Əbubəkir Əhməd ibn Əli Xətib əl-Bağdadinin yazdığı «Tarixi-Bağdadi»yə və qısaca «Rical» mövzusunda böyük alimlərinizin yazdıqları kitablara baxsanız, məni günahlandırmaz və «Buxarini təhqir etdin» deməzsiniz.

Ardı var ... 

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!