CƏMİYYƏT ARASINDA XURAFAT - 3

:

QEYBƏT ƏSRİNDƏ İSLAMIN BAŞQALAŞMASI
Təəccüblüsü budur ki, İmam Zaman (ə.c.) zühur edib İslamın saf həqiqətini, həzrət Xatəmin (s) ayinini aşkar və bəyan etdiyi zaman bir qrup adamlar deyəcəklər: «İmam Zamanın (ə.c.) bizi dəvət etdiyi din yeni və İslamdan fərqlidir!»

Qeybət əsrində təhrif, yozma, artırıb-azaltma, azdırıcı xurafatın diniləşdirlib ona əlavə olunması nəticəsində bu fərqlilik yaranaraq, zaman keçdikcə müsəlmanların inancının bir hissəsinə çevrilmiş, nəticədə islami mətnlərə daxil olmuşdur. Məhəmməd ibn Əclan imam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:

 اذا قام القائم (علیه السلام) دَعَا الناس الی ا لسلام جدید، و هداهم الی امرقد دثر، فضل عنه الجمهور، و انما سمی القائم مهدیا لانه یهدی الی امر قد ضلوا عنه

«Həzrət Qaim (ə) qiyam etdiyi zaman yenidən insanları İslama dəvət edəcək və onları köhnəlmiş, əksəriyyətinin uzaqlaşdığı itmişlərə yönəldəcək. Buna görə həzrət Qaimi (ə) «Məhdi» adlandırırlar ki, itmişlərə (xatırladıb ona) yönəldəcək.» («Əl-İrşad fi mərifəti hucəcillah ələl-ibad», Şeyx Müfid, c: 2, səh: 524, rəvayət: 2)
Sanki Peyğəmbəri-əkrəm (s) «axirəz-zaman» adlandırılan bu qeybət əsrinin dəyişikliyinə işarə etmişdir: «Ümmətim üçün bir zaman gələcək ki, Quranın yazısından və İslamın adından başqa bir şey qalmayacaq, Quran və İslama ondan ən uzaq olanlar yiyələnəcəklər...» («Nəqşe-əimmə dər ihyaye-din», Əllamə Əskəri, c: 1, səh: 60)

Müsəlmanlar, müsəlmanlar! Müsəlmanlıq, müsəlmanlıq!
Bu dinsizlərin əlindən peşmanlıq, peşmanlıq!
«Müsəlmanlıq» olub indi yalan adətlərin ismi,
Hanı, bəs hardadır; əfsus, müsəlmanlıq, müsəlmanlıq?!
Bu dinin Günəşi batdı, yetişdi dinsiz əyyamı,
Yox oldu dini-Səlmanı, necə oldu müsəlmanlıq?!
Sənai Qəznəvi

Xurafi və qondarma məsələlərin təsiriləri bu gün-sabahla tamamlanmayıb, Vəliyyi-əsrin (ə.c.) zühurunadək davam edəcək, o Həzrət və İslam ümməti üçün problemlər yardacaq.

DİNDƏN KƏNARLAŞMAQ – XURAFATÇILIĞIN BAŞQA BİR ZƏRƏRİ
Xurafatın, məntiqsiz və ağlın əleyhinə olan ayinlərin vüsət almasının başqa təsirlərindən biri də, camaatın dindən və onun maarifindən qaçmasıdır ki, bu da heç nə ilə bərpa olmayan böyük xəsarət və zərərdir. İnsanları dəstə-dəstə özünə çəkməli olan din, bəzən dindarları da təşvişə salıb özündən qaçırmışdır!
Dini maarif və əqidələr xəyallara, xurafi və su kimi axıcı, səthi dəlillərə söykənirsə, məlumdur ki, ondan qaçmaq lazımdır. Bunlara etiqad bəsləmək dinin zərəri ilə nəticələnəcək! Qurani-kərim mövhumatdan doğan dəlilsiz etiqadların müqabilndə qüdrətlə dayanır:

وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُوداً أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنتُمْ صَادِقِينَ

«Dedilər: «Yəhudi, ya xristiandan başqa heç kəs Cənnətə getməyəcək!» dedikləri zaman Quran buyurur: «Bu, sizin arzularınızdır. Əgər (bu dediklərinizdə) haqlısınızsa, dəlillərinizi gətirin!» («Bəqərə» surəsi, ayə: 111)
Yəni insanları özünə cəzb etmək üçün dinin hökmləri, əqidələri sübut və dəlillərə söykənərək, doğru mənbələr əsasında təbliğ olunub yayılmalıdır. İxtisasçılar deyirlər: «Dindən uzaqlaşmanın səbəblərindən biri də budur ki, bəzi dindarlar onu ağlasığmaz şəkildə göstərirlər. Yaxud da dini və onun hədəflərini əqli və məntiqli şəkildə müdafiə edə bilmirlər. Bunun nəticəsində, bəzi adamlar dinə cəzb olmayıb bir sıra ağılsız məsələlər üzündən dindən qaçırlar.» («Əvamel və rişehaye-din qorizi», səh: 166)

QURANDA AĞILA ZİDD MƏTLƏB YOXDUR
İslam əql və məntiq dinidir! Quran da bir kitabdır ki, onda ağıl ilə uyğunlaşmayan və zidd heç bir yazı yoxdur. Quranda olanlar, ya ağıla uyğundur, ya da ağılın fövqündədir. Əlbəttə, bu, təkcə İslam və Qurana aid deyil. Əgər başqa dinləri də uydurma və təhriflərdən təmizləyərək nəzərdən keçirsək, peyğəmbərlərin qeyri-əqli məlumat və ağıla zidd olan bir din gətirmədikləri nəticəsinə gələcəyik. Ustad Şəhid Mütəhhəri deyir: «Peyğəmbərlər öz sözlərini ilk növbədə ağıllara təbliğ etmək istəyirlər. Əgər xristianlığın «İmanın ağıl ilə əlaqəsi yoxdur!»-deyərək bunun əleyhinə qiyam etdiklərini görsək, bu hal, xristianlığın təhrif olması ilə bağlıdır. Həqiqətdə, həzrət İsa ibn Məryəm (ə) heç bir vaxt belə söz deməmişdir! O, nə təslisdən danışa, nə də təslisin heç bir ağılla uyğunlaşmadığını gördükdə, heç bir vəchlə, «İman məsələsi ağıldan ayrıdır!» deyilməsinə yol verə bilməzdi! Bu, xristianlığın təhrif olmasıdır. Heç bir peyğəmbər belə söz deməmişdir!» («Seyri dər sireye-nəbəvi», səh: 189)

İNSANLARİN DİNDARLIĞINDA TƏBLİĞATÇILARIN ROLU
İslam maarifi, dini göstəriş və ilahi əmrlərin bəyanı dinin ağıla zidd olmadığı şəkildə, elm və biliyin önündən qaçmadan, ağılsızcasına süst və düzgün olmayan dəlillərlə təqdim olunmamalıdır. Əks halda inciklik, dinə nifrət, din və dindarlığa ciddi zərərlərin dəyməsi ilə nəticələ bilər. Ustad Şəhid Mütəhhəri bəzi təhsil almış şəxslərin dini inkar etmələrinin, onların dindən incikliyinin bu nöqtə ilə əlaqəli oldugunu deyir: «Bu söz, çox düzgün bir sözdür; bəzi təhsilli şəxslərin dini inkar etmələri və ondan uzaqlaşmalarının səbəbi, məzhəbi və dini təlimlərin onlara düzgün olmayan tərzdə çatdırılmasıdır. Əslində, onların inkar etdikləri Allah və dinin həqiqəti deyil, başqa şeydir...»
Burada dinin təbliğinin əhəmiyyəti və İslam maarifinin necəliyi aydın olur, natiqlərin vəzifəsinin çox həssas olması, yazıçıların və din təbliğçilərinin təhlükəli rolu aşkarlanır. Rahatlıqla, axtarış aparmadan və şəxsi sinfi zövq və anlayışla İslamın adından danışıb, onun saf həqiqətini göstərmək olmaz! İslamın təbliğini Xomeyni, Şəhid Mütəhhəri, Şəhid Behişti və Əllamə Təbatəbai kimi böyük alimlərdən, yaxud da imam Musa Sədr kimi alimlərdən öyrənilməlidir. Böyük bilik adamı, yazıçı Corc Cordaq onun haqqında yazır: «Əgər ruhanilər, İslamı Musa Sədr kimi anlatsaydılar, xristianlıq və başqa dinlərdən əsər qalmazdı.» («Neqahi be zendegiye-mubarezate-imam Musa Sədr», səh: 3)

Kitabın adı: Camaat arasında olan xurafat və insanların xurafat saydıqları həqiqətlər
Müəllif: Seyyid İsmail Şakir Ərdəkani

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!