MİSİR PADŞAHI, YUSİFƏ EŞQ ELAN ETMİŞ ARVADINI NƏ ÜÇÜN CƏZALANDIRMADI?

:

CAVAB

Qurani-Kərimdə buyurulduğu kimi, qardaşları Yusifi səhraya aparıb, orada onu bir quyuya atdılar. Yoldan keçən karvan əhli Yusifi tapıb, Misir padşahının vəzirinə satdı. Nəhayət, padşahın evində yerləşən Yusif, onun arvadının xəyanətkar hərəkətləri ilə üzləşdi. Yusifə meyil salmış qadın, onu yoldan çıxara bilmədiyini görüb, böhtana əl atdı.

Lakin Misir padşahı Yusifin günahsızlığını və arvadının xəyanətkarlığını gözəl anlayırdı. Bununla belə, arvadını cəzalandırmaqdan vaz keçib, Yusifi zindana saldırdı.

Padşahın arvadının xəyanətkarlığı bütün ətrafdakılara məlum olduğu halda, ixtiyar sahibi olan ərinin onu cəzalandırmaması ilk baxışdan təəccüb doğurur. Belə böyük bir xəyanət qarşısında Misir padşahı bir cümlə deməklə kifayətlənir: “Ey arvad, bağışlanmanı dilə, çünki, həqiqətən, günah edənlərdənsən.” (Yusif surəsi, ayə: 29)

Bəzi təfsirçilər padşahın rüsvay olmaq qorxusundan bu xəyanəti açıb-ağartmadığını səbəb göstərsələr də, əksər təfsirçilərin göstərdiyi ikinci səbəb, daha məntiqə uyğundur. Onların fikirincə, axirət dünyasına etiqadsız zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr də, əsl həqiqətdə, onların xarakterində belə xüsusiyyətlər yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu zənn etməyə heç bir əsas yoxdur!

Züleyxa gözəl idi və Misir padşahı onun xəyanətini gözəlliyinə bağışlamışdı. Məhz onun bu rəftarı səbəbindən, Züleyxa hətta xəyanəti açıldıqdan sonra belə, Misirin varlı qadınlarına öz eşqi barədə açıq-aşkar danışırdı.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: QURAN, SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!