NƏ ÜÇÜN KİŞİ QADINDAN İKİ DƏFƏ ÇOX İRS APARIR?

:

İslamı dininin ən çox önəm verdiyi məsələlərdən biri də qadın kişi məsələləridir. Təəssüflər olsun ki, bəzən məsələlərin mahiyyətini bilməməzlik üzündən qadın haqqında elə məsələlərə rast gəlirik ki, İslamın zahirdə qadını alçaltdığını sanırıq. Amma məsələnin mahiyyətindən xəbərdar olandan sonra başa düşürük ki, İslam dini nəinki qadını alçaltmır əslində bu məsələ ilə daha da ona dəyər verir. Belə bir məsələlərdən biri də qadın və kişi arasında bölünən irs məsələsidir. Sual budur ki, nə üçün atanın irsi bölünəndə kişi çatan irs qadına çatan irsdən daha çox olur?

CAVAB:
Hamımız bilirik ki, qadın və kişi arasında istər cismi, istər ruhi, istər emosionallıq baxımından çoxlu fərq vardır. İslam baxımından kişi və qadın bir-birini tamamlayan iki insandır ki, biri digərinə ehtiyaclı və bir-birindən ayrıldığı təqdirdə naqis olurlar. Məhz buna görə də kişi və qadın hər bir cəhətdən eyni ola bilməz, cismi və ruhi cəhətdən də fərqləri inkarolunmazdır ki, bu da öz növbəsində yaradılış aləmində hər birinin özünəməxsus rolu vardır. Çünki əgər hər ikisi hər bir cəhətdən eyni olsaydı bir-birinin ehtiyaclarını ödəyə bilməzdi.
Bütün bu fərqliliklə yanaşı İslam buyurur ki, onlar arasında ədalət bərpa olunmalıdır. Bu ədalətin qorunmasının zərurəti iki tərəfin hüquqlarına, bacarıqlarına, vəzifə və təkliflərinə əsasən olmalıdır. Çünki, kişi və qadının bacarıq, vəzifə və təklifləri bir-birindən fərqlidir.
Kişi və qadının haqqlarından biri də bir-birindən irs aparmasıdır. İslam baxımından oğlana bacısının irsinin iki bərabəri çatır, həmçinin kişiyə də qadının irsinin iki bərabəri çatır. Yalnız bir halda qadın və kişi bərabər irs aparır ki, o da övladı ölən ata və anadır. Yəni bir nəfər ölərsə ata anası diri olan halda ölənin irsindən ata və anasının hər ikisinə irsin altıda bir hissəsi çatır.
Kişi və qadın arasında zahirdə görünən bu bərabərsiz bölgünün səbəbini hədislərdə onların özünəməxsus təklif və vəzifələri olduğu bildirilir. Yəni qadına çatan irs yalnız qadının öz ixtiyazrındadır və özü hara istəsə ora xərcləyə bilər lakin kişiyə çatan irs bir neçə yerə bölünür, o cümlədən:
1. "Mehriyyə": İslam hökmlərindən biri də kişinin qadına verməli olduğu mehriyyədir. Başqa bir hədisdə də qadının az irs aparmasına ərindən mehriyyə alması kimi görsədilir.
2. "Nəfəqə": İslam hökmlərində kişinin qadına ödəməsi vacib olan maliyyə hüquqlarından biri də qadının və övladların gündəlik ehtiyacları o cümlədən yemək, geyim, mənzil və s. kimi ehtiyacları ödəməsidir. Buna dini termində nəfəqə deyilir.
Bunların hamısını ödəmək üçün kişinin var-dövlətə çox ehtiyacı olur. Əgər bu eghtiyacları ödəsə ona qalan irs qadına qalan irsdən dəfələrlə az olacaq. Bu xərclər yalnız kişinin öhdəsindədir və bu xərcləri ödəmədiyi yaxud ödəyə bilmədiyi təqdirdə qadına vacib deyil kişinin əvəzinə onun xərclərini ödəsin.
3. "Səhv üzündən baş verən qətlin qan bahasının ödənməsi": əgər bir kəs səhvən kimisə öldürərsə onun qan bahası qohumlarının öhdəsinə düşəcək. Bu da yalnız kişi qohumlaırn öhdəsinə düşür və qadına vacib olmur.
4. "Cihad": kişinin irs payı qadının irs payından çox olma səbəblərindən biri də rəvayətlərdə kişiyə cihad vacib olması kimi görsədilir. Kişi cihad vaxtı ya cihada getməli ya da o cihadın tamam xərcini ödəəlidir.
Yuxarıda qeyd etdiyimiz hallar kişinin irsinin qadının irsindən iki dəfə çox olmasına səbəb olub.
Nəticə alırıq ki, əslində İslam kişinin irsini çox etməklə qadını aşağı məxluq kimi qələmə vermir əksinə qadının dəyərini daha da açıq-aydın bildirir ki, qadına çatan irs yalnız özünə qalır amma kişiyə çatan irs isə yuxarıda qeyd etdiyimiz yerlərə bölünür.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!