HALALLIQ ALMADAN QEYBƏTDƏN TÖVBƏ ETMƏK OLARMI?

:

SUAL: Haqqında qeybət olunandan hallallıq almadan edilən qebyətdən tövbə etmək olarmı?

CAVAB: Qeybətin haqunnas olduğunu nəzərə alaraq, ilk mərhələdə halallıq və razılıq lazımdır. Ondan sonra Allah dərgahında tövbə etmək lazımdır. Amma, hər hansı dəlilə görə qeybət olunmuş şəxsdən hallalıq almaq mümükün olmasa, əgər məsələ açıqlansa daha acınacaqlı hadisələrə səbəb olarsa, bu halda, məsum imamların (ə.s) rəvayətlərinə əsasən, istiğfar etməli və bu istiğfar onun qeybətinin kəffarəsi sayılır.

Bu mövzuda iki rəvayətə işarə edirik:
1.İmam Sadiq (ələyhissalam) buyurur: "İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) soruşuldu: Qeybətin kəffarəsi nədir? Həzrət buyurdu: Nə vaxt yadına düşsə, ondan ötrü Allahdan bağışlanmaq dilə!" 1
2. Başqa bir rəvayətdə İmam Sadiq (ələyhissalam) buyurur: "Əgər qeybət etmisənsə və qeybətin qeybət etdiyin şəxsin qulağına çatıbsa, ondan halallıq almaqdan başqa çarəsi yoxdur. Amma, əgər qulağına çatmayıbsa, Allahdan onun üçün bağlışlanmaq istə!"2

Hazırladı: Rəsul Mahmudzadə


1. Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.72; səh.241; Müəssiseyi Əl-Vəfa, Beyrut, 1404 h.qəməri
2. Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.72; səh.241; Müəssiseyi Əl-Vəfa, Beyrut, 1404 h.qəməri

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!