MƏSİHİYYƏT - 2

:

MƏSİHİ FİRQƏLƏRİ
PROTESTANT FİRQƏLƏRİ
Renosans dövrünü əhatə edən müxtəlif zaman fasilələrində bir çox islahatçı cərəyanlar da formalaşdı ki, onlar məsihi təfəkkür və rəftarlarında əsaslı dəyişiklik aparmaq barədə müxtəlif təfsir və təkliflər irəli sürdülər.

Bu kimi təfsirlərin müxtəlifliyi protestanizm məzhəbində ayrı-ayrı firqələrin formalaşmasına səbəb oldu. Əlbəttə, bəzi firqələr də sonradan əsl protestanizm cərəyanından yəni, Luterə məxsus olan məzhəbdən ayrılmışdı. Protestant firqələrindən yaranan ən mühüm firqələr aşağıdakılardan ibarətdir:

1. KALUNİSTLƏR
Kalunistlər fransalı Jan Kalunun tərəfdarlarıdır (1509-1564). Luterin islahatçı hərəkat dövrü ilə azacıq zaman fasilə olan bu cərəyan İsveçrədə Kalunun islahatçı təfəkkürünü əks etdirən «Məsihi dininin əsasları» kitabını yazmaqla başlamışdır; O, Luterin bəzi fikirləri ilə müvafiq və bəzilər ilə də müxalif idi.
Luter kimi Kalun da inanırdı ki, insan günaha aludə olur; amma onun əqidəsi bu idi ki, hər bir şəxs öz dini vəzifələrinə əməl etməli, nəfsani inzibatçılığın riayət olunmasına əhəmiyyət verməlidir; insan həmişə özünü Allahın hüzurunda görəcəyi bir şəkildə yaşamalıdır. Onun nəzərinə görə, öz ömrünü eyş-işrətdə keçirən əyyaş, rəqs etməyi, qumar oynamağı və bu kimi digər işləri təfəkkürdən, müqəddəs kitabı oxumaqdan üstün sayanlar şeytanın əlində oyuncağa çevrilən şəxslərdir; onlar cəhənnəm əzabına məhkum olanlardır. İffət və təqva kimi şərafətli sifətlərin əsaslı məntiqi vardır və onları nəzərə almamaq olmaz. Buna görə də Luterin icazəli hesab etdiyi rahatlıq və sərxoşluğu Kalun düzgün saymır, zahidliyi, günah və çirkin işlərdən uzaq olmağı qurtuluşun əsası hesab edirdi.

2. ANABA PETİSTLƏR
Anaba petistlər mərkəzi Avropada yaşayan yüksək saylı quruplar idi ki, onlar katoliklərin, Luter və Kalunist dəstələrin müqabilində qərar tutmuşdu. Onlar qeyd olunan bütün bu quruplar tərəfindən təqib edilib əzab-əziyyətə məruz qalırdılar. Bu firqənin adı “ikinci dəfə təmid qüslü” edənlər mənasını daşıyır. Çünki bu qurup inanırdı ki, təmid qüslü uşaqlar və kiçik yaşlılar üçün deyil, həddi-büluğa çatanlar üçündür və təmid qüslünü onlar yerinə yetirməlidirlər; uşaqlıq çağlarında təmid qüslü verilmiş şəxslər həddi-büluğa çatan zaman yenidən bu qüslü verməlidirlər. Bu firqənin nəzərində təmid qüslü mərasimi mehr-məhəbbətin göstəricisi, məsihiliyə keçməyin nişanəsi və həzrət İsaya vəfalı olmaqdan ibarətdir. Bu qurupların bəziləri kəramət və ilham əhli idi; həzrət İsa (ə)-ın yenidən zühurunun min illiyinə inanırdılar. Bəziləri də ictimai şəkildə yaşayan kommunaçılar əqidəsində idilər; var-dövlətlərindən şərikli şəkildə istifadə edirdilər. Anaba petistləri inanırdılar ki, yalnız təmid qüslünü yerinə yetirən, yaxud həddi-büluğa çatdığı zaman onu yenidən əncam verən təqvalı və dindar şəxslər kilsə üzvləri sayıla bilər.

3. NANKONFURMİSTLƏR
Kilsənin islahatçılıq cərgəsində dayanan firqələrdən biri də nankonfurmistlər, yaxud müvafiq olmayanlar idilər. Bu qurupun inancına görə, dövlətlər əqidə və vicdan azadlığını pozmayınca, onlara qarşı üsyankarlıq etmək olmaz. Bu firqə məsihi təfəkküründən xaricdə olan əqidələrə qarşı çıxmadıqlarına görə, sair məzhəblər tərəfindən kafirlikdə müttəhim olunmurdular. Onlar “üçlük” əqidəsi ilə də müxalif deyildilər, lakin ictimai-dini işlərdəki təşkilatları rəsmi kilsələrdə mövcud olan adi təşkilatlarla tamamilə fərqli idi və onlar öz kilsələrini tam müstəqil hesab edirdilər.

4. PİVERİTENLƏR
Piveritenlər, yaxud “təmizlik sevənlər” ingilis protestantlarından bir qurupudur ki, sair Avropa ölkələrində kalunistlərə qoşulmuşlar. Bu qurup ardıcılları Yelizavetanın dövründə (1558) İngiltərəyə qayıdaraq, Kalun təlimlərində mövcud olan zahidlik, təqva və sadə yaşamaq kimi ingilis kilsələrinin Roma təsirlərindən təmizlənməsinə, zahiri mərasim və adət-ənənələrdən uzaq olmağa və eləcə də ilahi kəlmənin moizə və mənalarına üz gətirirdilər.
Onlarla kalunistlər arasında olan fərq bu idi ki, piveritenlər rəsmi kilsədən ayrılmağa inanmırdılar və onların əksəriyyəti keşişlərin silsilə rütbələrini, yepiskoplar şurasını və kilsə mənsəblərini qəbul edir, bu dəyərlərin qorunması şərtilə islahatı qəbul edirdilər. Əlbəttə, onlardan bir qurupu da həmin rütbə silsilələri ilə müvafiq deyildi və keşişlərin bərabərlik prinsipinə inanırdılar. Bu müxalif qurup İngiltərə dövlətinin təzyiqləri nəticəsində Hollandiyaya köçdülər və orada Babtistlər, yaxud “müstəqillik istəyənlər” adı ilə hələ də davam etməkdə olan bir firqəni yaratdılar.

5. KƏVİKİRLƏR
Bu firqə islahatçılıq ideyalarını irəli sürən dəstələrin ən ifratçısı hesab olunur. Bu, İngiltərədə formalaşmış Corc Paks (1624-1691) ardıcıllarının ayini idi. Corc Paks iddia edirdi ki, o ilham olunmaq yolu ilə yəqinə çatmışdır. Onun əqidəsinə görə, İsanın dini bir sıra kəlami üsullar və quru etiqadlarla İncili qəbul etməkdən ibarət deyil, qəlbə və ruha hopmuş etiqaddan ibarətdir; kilsəyə getmək, rəsmi keşişin sözlərinə qulaq asmaq, adi duaları təkrar etmək yolu ilə həqiqi iman hasil olmur. İman insanın qəlbini və batinini nurlandırmalıdır. Həyat mənbəyi və feyz mənşəyi olan ilahi kəlmə müqəddəs kitabın səhifələri ilə hüdudlanmır; onun mənşəyi Allahdır və birbaşa mömin şəxsin batininə daxil olur; Allah, istədiyi şəxslərin qəlbini Öz kəlməsinin məhəlli qərar verir. Paksın əqidəsinə görə, ruhaninin, yaxud keşişin olmasına heç bir vəchlə ehtiyac yoxdur. Çünki, Allah hər kəsi iradə etsə, heç bir vasitə olmadan onunla danışacaq, qadın və kişi olmasından asılı olmayaraq, hər bir şəxs ilahi kəlamı eşidə bilər. Paks inanırdı ki, Allah qarşısında müti olan etiqadlı və mömin şəxslərin hamısı bir-birilə dost və bərabərdirlər. Onun əqidəsinə görə, məsihi dostlar hansı məclisdə olsalar, yeddi ayinin heç birinə riayət etməyə məcbur deyildirlər; müqəddəsləri və peyğəmbərləri təqdis edib onlara hörmət göstərmək bir növ bütpərəstlik hesab olunur. O, xitabə və moizə etmək əvəzinə, sakit oturub təfəkkür etmək və öz nəfsindən hesab-kitab çəkməyi tövsiyə edirdi.

6. PİTİSTLƏR
Pitizm, yaxud “zöhd və pəhrizkarlıq” firqəsi 17-ci əsrdə Almaniyanın islahatçı dindarları arasında meydana gəlmişdir. Bu firqənin ardıcılları inanırdılar ki, hər bir insan həqiqi mənada məsihi olmaq üçün yenidən doğulmalıdır. Buna görə də həzrət İsadan yeni həyat və təzə ömür hasil olmalıdır ki, günah vadisində ölən və Allahın nəzərində yollarını azaraq əbədi əzaba məhkum olan insanların hamısı yenidən dirilib yeni həyata qayıtsınlar. İnsanlar bu həyatı əldə etmək üçün ilahi əhdə nail olmalı, günah zəncirlərindən qurtarmalı və qəlbləri Allaha qovuşmalıdır. Bu iş o vaxt müyəssər ola bilər ki, insanlar zöhd və pərhizkarlıq yoluna qədəm qoysunlar.
Bu firqənin ardıcılları qeyd olunan hədəfə çatmaq üçün çox ciddi əxlaqi üsullara əl atıb riyazət, təharət, təqva və kamil müqəddəsliklə məşğul oldular; bu yolla da kilsənin adi qayda-qanunlarından, dini mərasimlərindən və eləcə də kəlam və əqidə qanunlarından uzaqlaşdılar.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!