HƏZRƏT ZEYNƏB (Ə) MÜƏLLİMSİZ ALİMƏ

:

Hicrətin 6-cı ilində Əmirəl-mömininin İmam Əlinin (ə) evi bir körpənin dünyaya gəlişi ilə nurlandı. Bu həmin körpə idi ki, sonradan Fatimə (s.ə) və Əli (ə) tərbiyəsini tamamilə özündə əks etdirəcəkdi.

O xanım (ə) gözlərini dünyaya açdığı ilk gündən babası Peyğəmbər (s) onu əzizləyərək barəsində belə buyurmuşdu:
“Hamının bu qıza hörmətlə yanaşmasını tövsiyə edirəm, çünki onun Allah yanında məqamı, həzrət Xədicənin (s) məqamı kimidir”.
Ömrünün ilk 5-6 ilini babasıyla birgə keçirməsinə baxmayaraq, həzrət Zeynəb (ə) həzrət Yəhya (ə) kimi uşaqlıqdan qeyri-adi zəkaya sahib olduğundan, alimlər bu kiçik müddəti onun Peyğəmbər səhabəsi sayılması üçün kifayət hesab etmişlər. Belə ki, həzrət Peyğəmbərdən (s) olan bəzi hədislər həzrət Zeynəbə (ə) istinadən nəql edilib.
Həzrət Zeynəbin (ə) çoxlu ləqəbləri olmuşdur. O həzrətin (ə) ləqəblərindən biri rəvayətlərdə “Əqilə” və ya “Əqileyi Bəni-Haşim” olaraq gəlmişdir. “Əqilə” dəyərli və müdrik, hörmətli qadın deməkdir.
Bu böyük xanım hələ altı yaşında olanda anası Zəhranın (ə) Fədək haqqındakı xütbəsini əzbərləmişdi. Küfənin mühüm şəxsiyyətlərindən olan Bəşir ibn Xuzeym deyir: “Allaha and olsun ki, Zeynəbdən başqa başdan ayağa həya nümunəsi olan və nitq söyləyə bilənini görmədim. Sanki Əlinin (ə) dilindən nitq söyləyirdi. Danışmağı o İmamdan (ə) öyrənmişdi”
Bu dəyərli xanım böyük ictimai və elmi məqama malik idi. Həyat yoldaşı Abdullah da onu “Ey Mürtəzanın qızı, ey Bəni-Haşimin müdrik qadını” deyə çağırardı.
Rəvayətlərə əsasən, bu parlaq zəkalı qız, atasına Quran oxuyar və ondan ayələrin təfsirini soruşardı. “Həl-Əta” ailəsində böyüyən bu xanım qanıyla, canıyla Qurana bağlanmaqdan əlavə, onu öyrənər yeri gəldikdə Quran ayələrini həyatında yaşadardı. Belə rəftar “İmamət evinin zinəti”nin körpəlik illərindən son günlərinədək müşahidə edilir.
Həzrət Zeynəb (ə) atası İmam Əli (ə) Mədinədə olduğu müddətdə həyat yoldaşı Abdullah ibn Cəfərlə birgə Mədinədə yaşayırdı. İmam Əli (ə) İslam hökümətinin paytaxtını Kufəyə keçirdikdən sonra onlar da Kufəyə köçdülər. Kufə qadınları həzrət Zeynəbdən (ə) onlara təfsir dərsləri deməsini xahiş etmiş, o da ilahi “Lədunni” elmdən onlara pay ayırıb, onları İslam mərifəti ilə nurlandırdı. Həzrət Zeynəb (ə) Kufədə qadınların təlim tərbiyəsi ilə məşğul olurdu.
Həzrət Zeynəb (ə) Kufə bazarında alovlu və geniş məzmunlu nitq söylədikdə imam Səccad (ə) həzrət Zeynəbin (ə) elmi səviyyəsini təsdiq edərək buyurdu: “Şükürlər olsun ki, sən müəllimsiz aliməsən”. (“Rəyahinuş-şəriə”, c.3, səh. 61.)
İmam Səccadın (ə) bu mübarək kəlamı o həzrətin ilahi biliyindən xəbər verir.
Həzrət Zeynəbın (ə) Kufə və Şamda Yezid və tərəfdarlarını rüsvay edən qızğın və gözəl nitqi ən yüksək fəsahət və bəlağət nümunəsi idi. İslamın böyük alimlərindən biri şəhid Mürtəza Mütəhhəri bu haqda yazır: “Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki çıxışı dünyanın misilsiz çıxışlarındandır”. (“Fəlsəfeyi əxlaq”, səh. 59.)
İbn Əsir isə yazır: “Həzrət Zeynəb xalq arasında fəsahət, bəlağət, zöhd, ibadət, fəzilət, şücaət və səxavətdə atası Əli və anası Fatiməyə ən çox oxşayan idi”.
Bəli, “mükəmməllik”-səlistlik və bəlağət, tutarlı əsaslarla danışmaq, zəka, siyasət, fərasət, mücahid və mübarizlik, şücaət və yəqin, izzət və şərəf, isar və fədakarlıq, səxavət, təslimlik, razılıq, ibadət, əxlaq, təqva, həya, iffət, tərbiyə, şəfqət və mərhəmət, vilayətə sevgi, İmamətdə müdafiə və onun böyük elmi məqamı, İmam Sadiq (ə) buyurduğu kimi; “Bütün bu dəyərlərin başında elm dayanır.” hədisinin mənası həzrət Zeynəbin (ə) ən bariz sifətlərindən biridir ki, ağılı heyran qoyur.

Bəli, əziz izləyicilərimiz. Cəmadiul əvvəl ayının beşi biz şiələrə bütün əməlləri ilə ülgü olmuş Xanım Zeynəbin (s) mübarək təvəllüdü münasibətilə öndə İmam Zaman (əc) və rəhbərimiz Ayətullah Xameneiyə gözaydınlığı verərək Allahdan siz əzizlər üçün xanım Zeynəb (s) hörmətinə dünya və axirət səadəti arzu edirik. Allah bizləri Xanım Zeynəbdən (s) dünya və axirətdə ayrı salmasın. Amin!

Həzrət Zerynəb (əs) haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linklərə müraciət edin!

ATASININ ZİNƏTİ - HƏZRƏT ZEYNƏB (ƏS)

XANIMLAR ÜLGÜSÜ HƏZRƏT ZEYNƏB (əs)

XANIM ZEYNƏBİN (S) TƏVƏLLÜDÜ GÜNÜ HANSI HADİSƏ BAŞ VERDİ?

Tags: ƏHLİ-BEYT (ə), TARİX, XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!