İNSANLIĞIN MƏNA TAPDIĞI BAYRAM - MƏBƏS BAYRAMI

:

Bismillahir Rəhmanir Rəhim
Bütün dünya müsəlmanlarına mübarək olsun İslamın bu böyük bayramını.
Məbəs bayramı təkcə müsəlmanların yox bütün insanların bayramıdır, bütün bəşəriyyətin bayramıdır deyə bütün bəşəriyyəti təbrik edirik bu bayram münasibətilə.

Əslində bu gün bəşəriyyət həmişəkindən daha çox məbəs və besəti dərk etməyə ehtiyaclıdır.
Qurani-Kərim - (Ey insanlar!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, - ayənin sonunda isə - mö´minlərlə şəfqətli, mərhəmətlidir! - deyə buyurur1.
Mərhəmət peyğəmbəri olan həzrət Muhəmməd (s), insanların yəni bütün bəşəriyyətin əziyyətə və çətinliyə düşməsinə görə qəmgin olur. Bundan daha önəmlisi isə budur ki, onların iman gətirməsindən ötrü teşnə və hərisdir.
Deməli “Məbəs” bayramı insanların əzab əziyyətlərinin aradan getməsi üçün seçilən bir bayramdır deyə buna görə deyə bilərik “Məbəs” günü həqiqi bir bayramdır.
Tarix boyu insanların çəkdiyi əzab-əziyyətinin əsası Allahdan başqasına qul olmalarına görədir ki, müasir dövrümüzdə də təəssüflər olsun bu quldarlığın müxtəlif aspektlərinin şahidi oluruq. Allahdan başqasına qul olmaq, ardı-arası kəsilməyən zülmlər, cəmiət arasında ayrı seçkilik, ədalətsizliklərin hamsı zəif təbəqələrin çəkdikləri əzab-əziyyətlər və güclü təbəqənin zorakılığıdır. Bunlar tarix boyu xalqların və insanların çəkdikləri əzab-əziyyətlərdir. İlahi peyğəmbərlər də həmişə bu əzab-əziyyətləri aradan aparmaq üçün Allah tərəfindən göndərilmişlər. Nəticədə deyə bilərik ki, məbəs günü insanların zülmdən, əzabdan qurtuluş günüdür.
Sözümüzə şahid olaraq iki mübarək hədis qeyd edirik:

حضرت امیرالمؤمنین امام علی (صلوات الله علیه) فرمودند: فبعث اللّه محمّدا (صلّی الله علیه و آله) بالحقّ ليخـرج عباده من عبادة الاوثان الى عبادته و من طاعة الشّيطان الى طاعته.2

Həzrət əmirəl-möminin İmam Əli (ə) buyurur: Allah haqq olaraq Muhəmmədi seçdi ki, bəndələri bütpərəstlikdən çıxarıb Onun ibadətinə gətirsin və şeytanın itaətindən çıxarıb Onun itaətinə şövqləndirsin.

امام زمان (عجّل الله فرجه) فرمودند :إنّ اللّه‏ بعث محمّدا رحمة للعالمين و تمّم به نعمته.3

Həzrət İmam Zaman (ə) buyurub: Dünya camaatı üçün rəhmət və həmçinin nemətini tamamlamaqdan ötrü Allah Muhəmmədi (s) (peyğəmbərliyə) seçdi.
Sonda bayram münasibətilə həzrət Peyğəmbərdən (s) gözəl bir hədisi sizlərə ərmağan edərək bizlərə də dua etməyinizi rica edir və fürsətdən istifadə edərək öndə İmam Zaman (ə) və rəhbərimiz Ayətullah Xamenei olmaqla hamınızın bayramını təbrik edirik.
Həzrət Muhəmməd (s) buyurur: ən aciz insan o şəxsdir ki, dua da edə bilməsin.4

Diqqət! Həzrət Muhəmməd (s) peyğəmbər haqqında geniş məlumat əldə etmək üçün saytımızın hazırladığı məqalələrə aşağıdakı linklərdən daxil ola bilərsiniz.

ƏŞRƏF-ül-ƏNBİYA (1)

ƏŞRƏF-ül-ƏNBİYA (2)

ƏŞRƏF-ül-ƏNBİYA (3)

ƏŞRƏF-ül-ƏNBİYA (4)

Bayramınız mübarək...
Rizvan.net İslam Maarifi Jurnalı


1. Tövbə surəsi 128-ci ayə
2. Nəhcül Bəlağə, 147-ci xütbə
3. Biharul Ənvar, c.53, s.194
4. Əmali Tusi, 4/1646

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!