QƏDİR-XUM BAYRAMI

:

Bağışlayan və mehriban Allahın adı ilə
Bildiyimiz kimi, "Qədir-Xum" hadisəsində "İkmal" ayəsinə ("Maidə"/3) əsasən İslam dini kamilləşmiş və İlahi nemət İslam ümməti üçün tamamlanmışdır. Bu isə İmam Əlinin (ə) İslam Peyğəmbərindən (s) sonra fasiləsiz canişin təyin olmasına xatirdir.

Bir sıra rəvayətlərə əsasən İmam Əli ibn Əbu-Talibın (ə) ilahi rəhbərlik məsələsi, Allahın Rəsuluna (s) nazil olan son ilahi vacib əməl olmuşdur. İmam Baqir (ə) bu barədə buyurur:
عن ابی جعفر علیه السلام قال:" آخر فریضه انزلها الله الولایه "الیوم اکملت لکم دینکم واتممت علیکم نعمتی ورضیت لکم الاسلام دینا" فلم ینزل من الفرایض شىء بعدها حتی قبض الله رسوله صلی الله علیه وآلی."
"Allah-taalanın son vacib əməl "vilayət" (rəhbərlik məsələsi)-dir. (Bu vacib əməl) "Bu gün sizin dininizi kamilləşdirdim və öz nemətimi sizin üçün tamamladım. Və İslam dinini sizin, (əbədi) dininiz olaraq qəbul etdim" (ayəsi ilə nazil olmuşdur). Bundan sonra Allah-Taala Peyğəmbərin (s) ruhunu bədənindən alan günədək, heç bir vacib əməl nazil olmamışdır." "Təfsirul-Əyyaşi", C. 1, Səh. 292-293, Həd. 20.
"Təbliğ" ayəsinin ("Maidə"/67) nazil olması və onun ardınca İmam Əlinin (ə) Allahın Rəsuludan (s) sonra fasiləsiz canişin təyin edilməsi ilə "İkmal" ayəsi ("Maidə"/3)-nə əsasən, İslam dini kamilləşmiş və İlahi nemət tamamlanmışdır.
Bu səbəbdən dolayı İmam Əlinin (ə) canişinliyə təyin olduğu gün, bayram günü sayılır və onu "Qədir-Xum" bayramı adlandırırlar. Hər il bu gündə (yəni Zil-həccə ayının 18-i) möminlər məscidə gedərək, namaz qılır, Quran oxuyur və belə bir böyük gündə, dua oxumaqla məşğul olurlar. Sonra da bir-birinin görüşünə gedir və beləliklə də, ilahi sevinc və şadlıqla günlərini başa vururlar.
Bəziləri isə imkan daxilində İmam Əlinin (ə) Nəcəf şəhərində yerləşən müqəddəs ziyarətgahına gedirlər. Bir sözlə, bu müqəddəs günü Allah-Taala, İslam Peyğəmbəri (s) və O həzrətin (s) Əhli-Beyti (ə) ilə dostluğa xatir bayram keçirirlər.
Həmçinin, bir sıra hədislərə əsasən  "Qədir-Xum" bayramında oruc tutmaq da müstəhəb (bəyənilmiş) əməllərdən biri sayılır.

İmam Sadiq (ə) buyurur:
"افضلها واعظمها واشرفها عندالله منزله وهوالیوم الذی اکمل الله فیه الدین وانزل علی نبیه (الیوم اکملت لکم دینکم و اتممت علیکم نعمتی و رضیت لکم السلام دینا). ان انباء بنی اسراییل کانوا اذا اراد احدهم ان یعقد الوصیه والامامه للوصی من بعده ففعل ذلک جعلوا ذلک الیوم عیدا و انه لایو الذی نصب فیه رسول الله صلی الله علیه وآله علیا للناس علما و انزل فیه ما انزل و کمل فیه الدین و تمت فیه النعمه علی المومنین. ان الایام تتقدم و تتاخر فربما کان یوم السبت و الاحد و الاثنین الی آخر الایام. هو یوم عباده و صلاه و شکرالله و حمد له وسرور لما من الله به علیکم من ولایتنا و انی احب لکم ان تصوموه و صیام ستین شهرا."
"Allah-taalanın dərgahında bu bayramlardan (Fitir, Qurban, Cümə günü və Ərəfə günü) daha üstün və əziz bir bayram vardır. O gün Allah-taala öz dinini kamilləşdirmiş və Öz Peyğəmbərinə (s) bu ayəni nazil etmişdir: "Bu gün sizin dininizi kamilləşdirdim və Öz nemətimi sizin üçün tamamladım və İslam dinini sizin (əbədi) dininiz olaraq qəbul etdim." ("Maidə"/3).
Həmçinin İmam Sadiq (ə) buyurdu:
"Həqiqətən keçmiş Peyğəmbərlər özlərindən sonra, imam və canişin təyin etdikləri günü bayram günü qeyd etdilər. (Dediyim) o gün isə Peyğəmbərin (s) İmam Əlini (ə) İslam ümmətinə rəhbər təyin etdiyi gündür. (Allah-taala o gündə, "İkmal" ayəsi)-ni nazil etmiş, İslam dini kamilləşmiş və İlahi nemət möminlər üçün tamamlanmışdır."
Həzrət (ə) əlavə edərək buyurdu:
"Şübhəsiz ki, günlər bəzən qabağa, bəzən isə təxirə düşür, bu səbəbdən dolayı mümkündür ki, (bu bayram günü) şənbəyə, bazar gününə, bazar ertəsinə, çərşənbə axşamına və bu minvalla həftənin o biri günlərinə düşsün."
İmam Sadiq (ə) əlavə edərək buyurdu:
"Bu gün ibadət, namaz, Allaha şükür, həmd və şadlıq etmək günüdür. (Bu şad gündə) Allah-taala bizim rəhbərliyimizi sizin üzərinizdə təyin etmişdir. Mən çox istərdim ki, siz bu gündə oruc tutasınız və bu gün oruc tutana altmış ayın orucunun savabı yazılar."
"Təfsiri-Furat Kufi", Səh. 118, Həd. 123.
Dinimizin kamil olduğu və vilayət bayramı olan Qədir-Xum bayramınız mübarək olsun!

Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə), QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!