SUİ-ZƏNN VƏ BƏDBİNLİK 3

:

BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
Bədbinliyin ictimai zərərləri və mənfi təsirləri olduqca çoxdur:
1. Bədgümanlıq ictimai reallıqları dərk etməyə mane olur. Bu xislətə düçar olan və hamıya bədbinliklə baxanlar hadisələrin və ictimai səhnələrdəki fəaliyyətlərin səbəblərini ayırd edə bilməyib, çoxlu səhvlərə yol verir, öz aləmində hər şeyi həqiqətə zidd görürlər.

Elə buna görə də həmişə geridə qalır, ələ düşən fürsət və dəyərli şəxslərdən faydalanmır və hər yerdə düzgün nəticə çıxara bilmirlər.
2. Bədbinlik və bədgümanlıq ictimai həmkarlığa, qəlblərin bir-birinə qovuşmasına böyük manedir. Həmin xislət insanı fərdi həyata, tək yaşamağa, guşənişinliyə, ondan baş qaldıran digər səhv fikirlərə doğru çəkir, başqasına etimadın, inamın qarşısını alır, həmkarlığın əsasını qırır.
3. Başqalarının eyiblərini arayıb-axtarmaq da bədgümanlıqdan baş qaldırır. Buna biz qeybət və onun təsirləri bəhsində də toxunmuşduq və Qurani-Kərimin “Hücurat” surəsinin 12-ci ayəsini də misal çəkmişdik.
4. Bəzən bədbinlik ədavət və kin-küdurətə, hətta qanlı döyüşlərə də səbəb olur. Nəticə etibarilə ailə ocaqları dağılır, böyük və layiqli şəxslər qətlə yetirilir. Qurani-Kərimin “Hücurat” surəsinin  يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ  (Ey iman gətirənlər! Əgər fasiq şəxs sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu araşdırın ki, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!) – ayəsinin nazil olması ilə bağlı deyilir: “Vəlid ibn Əqəbənin bədbinliyi nəticəsində az qalmışdı ki, bir tayfa dağılsın. Verilən ayə xəbərin doğruluğunun araşdırılmasını göstəriş verərək gözlənilən faciənin qarşısını alır.” (Bəziləri Vəlidin bu işi bilə-bilə etməsini də ehtimal vermişlər). (Ayənin nazil olma səbəbi haqda əlavə məlumat əldə etmək istəyənlər “Təfsiri-nümunə”nin “Hücurat” surəsinin 6-cı ayəsinə müraciət etsinlər.)
5. Bədgümanlıq insanlar arasında dostluq və məhəbbəti söndürür, yerinə nifaq və ikiüzlülük toxumlarını səpir. Bu xislətin sahibi zahirdə başqaları ilə normal ünsiyyət saxlasa da, batində bədbinliklə bərabər riyakarlıq ruhiyyəsi güclənməyə başlayır. Bir sözlə, sui-zənn və bədgümanlığın ictimai zərər və təsirləri bizim təsəvvür etdiklərimizdən daha çoxdur və yuxarıda qeyd olunanlar onun bir hissəsini təşkil edir.

 Ardını buradan oxuyun

Tags: HƏDİS, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!