SUİ-ZƏNN VƏ BƏDBİNLİK 4

:

BƏDBİNLİYİN FƏRDİ ZƏRƏRLƏRİ
Bədbinlik ictimai bir problem kimi, fərdi baxımdan da zərərsiz deyil və biz də burada ona aid neçə misalı nümunə gətiririk:

1. Bədbinlik ruhi nasazlıq, cismi narahatlıq, iztirab və həyəcan gətirir. Bədbin kəslər çox vaxt rahatlıq hiss etmir, başqalarını və hadisələri normal qarşılaya bilmir, ruhi aramlığa səbəb olan vasitə və şəxslərdən qaçır, narahatlıqların və ağrı-acıların azalmasında faydalı olan “dərdləşmə” amilindən qorxurlar. Elə fikirləşirlər ki, sirləri açılacaq, yaxud başqa problemlərlə üzləşəcəklər. Bu səbəbdən də çox vaxt qəm-qüssəli olub, ruhdan düşür və nəhayət, faydasız bir üzvə çevrilirlər.
Bu hal insanda gücləndikdə, hər kəs və hər şeydən qorxu duyacaq, hadisələrin öz zərərinə olduğunu güman edəcək, insanların adi münasibətləri onu şübhələndirəcək, hamının onun əleyhinə çalışdığını təsəvvür edəcəkdir. Aydındır ki, bu vəziyyət ruhi-psixi xəstəlik sayılır və əxlaq elmindən kənardır.
Adətən, bütün rəftarlar adi haldan çıxmadığı vaxta qədər əxlaq elminə aid olur və onları yalnız tərbiyəçilər və əxlaq ustadları müalicə etməlidirlər. Amma sıradan çıxdıqları zaman isə bir xəstəlik kimi əxlaq elminin predmeti sayılmırlar. İfrat dərəcədə paxıllıq, təkəbbür, qürur, ədavət, kin-küdurət və s. xəstəliklərin qisminə daxil olur. Məsələn, “Münafiqun” surəsində bədbinlik və bədgümanlıq münafiqlərə xas bir sifət kimi irəli sürülür:  ...يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ   “Onlar (bədgümanlıqdan) hər bir qışqırığın, səs-küyün öz əleyhlərinə olduğunu güman edirlər.” (Münafiqun, ayə: 4)
Həqiqətdə, bu, onlar üçün dünyəvi əzab sayılır! Əlbəttə, belə pisxislətli şəxslərin bədbinliyi təbiidir. Çünki (“müqayisə” qanununa görə) özlərini başqaları ilə müqayisə edərək kimlərinsə onların vəziyyətindən xəbərdar olduqları və onlardan qisas ala biləcəyini ehtimal verdikləri üçün həmişə qorxu içində yaşayırlar. Atalar necə də gözəl demişlər: “Xain adam qorxaq olar!”
2. Məxluqata bədbin olma bəzən insanı Xaliqə bədbin edir, onun dini əqidəsinə təsir göstərir, bəzən o, Allahın ədalətində, bəzən də qüdrətində şəkk edir! Hətta peyğəmbərlərin dəvətinə də şəklə baxıb, bunu xalqa hökmranlıq, avam kütlənin diqqətini cəlb etmək kimi təsəvvür edə bilər. Bu hissin zahirən dinin əsaslarına etiqadlı insanlarda da baş qaldırması qeyri-mümkün deyildir. Fitnəkar ünsürlərin və ya münafiqlərin peyğəmbərlərin dəvətini rədd etmələri, çox güman ki, elə buradan qaynaqlanır.
3. Bədbin insanlar, adətən, ürəkdə başqalarının qeybətilə məşğul olduqlarından səfa-səmimiyyətdən uzaqdırlar. Buna bəzi əxlaq alimləri “qəlbi qeybət” adlandırırlar.

Ardını buradan oxuyun

 

Tags: HƏDİS, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!