BƏLƏD SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 3

:

GÖZDƏKI QEYRI-ADİLİK
İnsanın gözü fotoaparata bənzəyir və o, o qədər dəqiq və zərifliklə ətraf aləmdəki mənzərələri görür və onu insanın beyninə ötürür. Beyin də əsəb sistemi sayəsində görməyimizə yardımçı olur.

Dünyanın ən inkişaf etmiş və dəqiq pikselli çəkmə qabiliyyətinə malik fotoaparatları insan gözü ilə müqayisədə dəyərsiz bir əşyaya bənzəyir. Belə ki, insanın gözü günəş şüası və ya hansısa bir işığın güclü və zəifliyindən asılı olaraq avtomatik şəkildə yumulub açılır. Amma fotoaparatlarda belə qabiliyyət yoxdur və onlar insan tərəfindən tənzimlənir. Uzaq və yaxın məsafədəki əşyaların şəklini çəkmək üçün fotoaparatın piksellərində dəyişiklik edilir. Amma insanın göz bəbəyi yüzlərlə bu cür işi asanlıqla həyata keçirir.
Daim fotoaparatların lentlərinin dəyişdirilməsi gərəkdiyi halda, gözdə belə bir şeyə ehtiyac yoxdur. Gözdə elə bir həssas molekul var ki, o, azacıq günəş şüasından qidalanaraq dalğa əmələ gətirir və daim yeni-yeni mənzərələrin görülə bilməsinə hazırlıq yaradır.
İnsanın iki gözü elə bir şəkildə tənzimlənmişdir ki, gözlə hər hansı bir əşyaya baxdıqda, onu olduğu kimi və bir ədəd olaraq görür. Əgər bu tənzim pozulsa, insan bir əşyanı iki dənə görər.
Bütün kamera və fotoaparatlar müəyyən və məhdud bir fəzanı müşahidə etmək qabiliyyətinə malikdir. Amma insanın gözü 180 dərəcəlik dairədə fəzanı müşahidə edərək görə bilir və heç bir fotoaparat və kamerada belə qabiliyyət mövcud deyil.
Qəribə burasındadır ki, gözə ötürülən bütün şeylər tərsinə formadadır, amma biz ətrafdakıları tərsinə deyil, olduğu kimi görürük. Buna səbəb gözün əşyalar arasındakı nisbəti tənzimləyə bilməsi və buna vərdiş etməsidir.
İnsanın gözü daimi olaraq rütubətli haldadır. Əgər bu rütubət qurusa, insan kirpiklərini tərpədə bilməz və gözə böyük bir zərər dəyə bilər. Həmin rütubət gözdəki çox nazik və zərif damarlar və göz yaşı sayəsində ona verilir. Eyni zamanda, əgər onun fəaliyyəti pozulsa, gözdən həddən artıq yaş gələ bilər və insan çətinliyə düçar olar.
Gözyaşının özü on ünsürdən təşkil edilmişdir və bu maye gözün qorunması üçün ən əla maddədir.
Xülasə, sadəcə piy qatından ibarət olan bu kiçik üzvün barəsində günlərlə danışmaq olar və ondakı qeyri-adi məsələləri saymaqla qurtarmaq olmaz.
Nəzərinizə çatdırırıq ki, göz neməti insana verilən ən əsrarəngiz nemətlərdəndir və o, insanın dünya və aləmlə rabitə yarada bilməsində bir vasitə rolunu oynayır. Əgər aləmdə insan və onun bədən üzvü olan gözdən başqa, heç bir şey olmasaydı, sadəcə bunlar Allahın qüdrət nişanələrini görüb tanımaqda kifayət edərdi.

9. “(Eləcə də,) bir dil və iki dodaq (vermədikmi)?!” وَلِسَانًا وَشَفَتَيْنِ
Allah-taala bu ayədə insana dil və dodaqlar kimi bir nemət verdiyini ona xatırladır.
Dildəki qeyri-adi məsələlər:
İnsanın digər bədən üzvlərindən biri olan dil də əhəmiyyətli nemətlərdən sayılır:
O, yeməyi udmaqdan əlavə, onun ağızda yaxşı çeynənilməsinə kömək edir. Bununla belə, dişlərin kənarında yerləşməsinə baxmayaraq, dil elə bir halda tənzimlənib ki, dişlərin onu əzməsindən özünü qoruya bilir. Bəzən nadir hallarda dilimizi dişlədiyimiz zaman, özümüzdə ağrı hiss edirik və biz dildəki özünüqoruma məharətini bu vaxt daha yaxşı anlayırıq.
Yeməyi yedikdən sonra dilin vasitəsi ilə yemək qalıqları dişlərdən təmizlənir.
Ünsiyyət vasitəsi olmaqla da dil həddən artıq əhəmiyyət daşıyır və sürətli hərəkətə malik olması danışa bilməyimizə yardım edir.
İnsana verilən dil nemətinin rolu inkaredilməzdir, çünki dilin sayəsində insanlar, malik olduqları informasiya və düşüncələri bir-birinə, bir nəsildən digərinə ötürürlər. Əgər dil olmasaydı, elmin bu qədər inkişaf və tərəqqisi intizarında olmaq mümkün deyildi.
Bəli, Allah kiçik bir ət parçası sayəsində bizim rahatlıqla və asan danışa bilməyimizi təmin etmişdir. Bundan başqa, insana verilən danışıq qabiliyyəti və bizim istənilən formada və asanlıqla cümlələr qurub danışa bilməyimizi də nəzərdən qaçırmaq olmaz. Müxtəlif dillərin olması məsələsi də Allahın qüdrət nişanələrindəndir.
Dodaq nemətinə gəldikdə, bildirməliyik ki, bəzi hərflərin tələffüzü dodaqların sayəsində mümkündür, bundan əlavə, əgər dodaqlar olmasaydı, insanın hər hansı bir yeməyi yeməsi və suyu içməsi çətinləşər və ağzını hərəkət etdirdikdə, yeyib-içdiyi şeylər onun ağzından yerə tökülərdi. Həmçinin insanın siması çox acınacaqlı bir şəkil alardı.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!