6-Cİ MÜNAZİRƏ - I hissə

:

HƏZRƏT MÜHƏMMƏDİN (S) ƏHLİ-BEYTİNƏ SALAVAT DEMƏK BARƏDƏ 

24 rəcəb, şənbə, 1345-ci il.

Hafiz: «Bu iki gecədə dəfələrlə imamlarınızın adını dedikdə, «Rədiyallahu ənhum» yerinə «Salamullahi əleyhim» və ya «Salavatullahi əleyhim» buyurdunuz.

Bu isə, özünüz də bildiyiniz kimi, Əhzab surəsindəki bu ayənin hökmü ilə «Heç şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salat edirlər. Ey iman edənlər, siz də ona salat edin və tam bir təslimiyyətlə ona salam verin» (Əzhab surəsi, ayə 56) salat və salam sadəcə Rəsulallaha (s) məxsusdur. Amma siz danışığınızda imamlar haqqında salat və salam söyləyirsiniz. Etdiyiniz bu əməlin Quranın təbirinə zidd olması, çox aşkar görünür. Sizə qarşı irəli sürülən iradlardan biri, bax elə bu məsələdir. Belə bir şey bidətdir, «bidət əhli də, zəlalət əhlidir» deyirlər».

MÜHƏMMƏD (S) ƏHLİ-BEYTİNƏ SALAVAT DEMƏK XÜSUSUNDA İRAD VƏ ONUN CAVABI

Dəvətçi: «Şiə camaatı qətiyyən nəssə zidd bir iş etməmişlər və etmirlər də. Keçmiş əsrlərdə onların düşmənləri məsələn, xəvaric, nasibi, Əməvi və onlara bağlı olanlar bəhanələr axtararaq, şiələri bidət əhli olaraq tanıtmaları üçün əsasız dəlillər gətirmişlər. Şiənin böyük alimləri onların bütün cavablarını vermiş və bidət əhli olmadıqlarını isbatlamışlar. Qələm düşmənin əlində olarsa, istədiyini yazar. Bu mövzunun da cavabı təfərrüatı ilə verilmişdir. Amma vaxt keçdiyinə görə, geniş bir şəkildə cavab verə bilməyəcəyəm. Buyurduqlarınızın cavabsız qalmaması və məsələnin də məclisdə iştirak edən əziz qardaşlarımız tərəfindən səhv başa düşülməməsi üçün mövzu ilə bağlı bəzi nöqtələrə qısaca toxunmaq istəyirəm:

Birincisi, zikr edilən ayə, salavat və salamın başqalarına söylənməsini qadağan etməmişdir; Müsəlmanlara həzrət Peyğəmbərə (s) salavat deməyin vacib olduğunu əmr edir. 

İkincisi, həmən bu ayəni nazil edən Allah-taala Saffat surəsinin 130-cu ayəsində belə buyurur: «Ali Yasinə salam olsun».

Risalət ailəsinin böyük xüsusiyyətlərindən biri də, Quranın hər yerində böyük Peyğəmbərlərə xüsusi salam buyurur: «Aləmlər arasında Nuha salam olsun», «İbrahimə salam olsun», «Musa və Haruna salam olsun» (Saffat surəsi, ayə 79, 109, 120). 

Quranın heç bir yerində peyğəmbərlərin övladlarına salam söylənməmişdir. Sadəcə Xatəmul-Ənbiyanın (s) övladlarına salam söylənmişdir. Allah-taala «Yasin övladlarına salam olsun» buyurur. «Yasin» Rəsulullahın (s) adlarından biridir».

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!