6-CI MÜNAZİRƏ - II hissə

:

“YASİN” KƏLMƏSİNİN MƏNASI, “SİN” ƏDATININ PEYĞƏMBƏRİN MÜBARƏK ADI OLMASI 

Dəvətçi: «Bildiyiniz kimi, Qurani-məcidə həzrət Peyğəmbərin on iki adından beşi, ümmətin bəsirətinin artması üçün zikr olunmuşdur.

Beş müqəddəs adlar bunlardır: Mühəmməd, Əhməd, Abdullah, Nun və Yasin. 36-cı surənin əvvəlinci 3 ayəsində belə buyurur: «Ya Sin, and olsun hikmətli Qurana, həqiqətən sən göndərilən (Peyğəmbər)lərdənsən».

«Ya» nida ədatıdır, «Sin» də Rəsulullahın (s) mübarək adıdır; o həzrətin həqiqətinə, zahiri ilə batininin bərabərliyinə işarədir».

Nəvvab: «Təhəcci (hecalanan) hərflərinin arasında «Sin» ədatının, o həzrətin mübarək ismi olmasının səbəbi nədir?».

Dəvətçi: «Bir az əvvəl ərz etdiyim kimi, məna aləminə və o həzrətin həqiqəti mötədilinə işarədir. Çünki xatəmiyyət məqamına sahib olacaq kəs, mötədil səviyyəyə yetişən və zahiri ilə batini bərabər olan kəsdir. Bu mərtəbə o həzrətin müqəddəs vücudunda mövcud idi. Bax buna görə, «Sin» ədatı ilə o həzrət üçün məqam isbat edilir.

Hər kəsin anlaya biləcəyi bir üslubla bəyan etməli olsaq, təhəcci hərflərinin arasında zahir və batini bərabər olan sadəcə «Sin» ədatıdır. Belə ki, elmi ədəd (hesab) alimlərinin bildiyi iyirmi səkkiz təhəcci hərflərinin hər birinin zübür və bəyyinəsi (Zübür və Bəyyinənin nə olduğunu müəllif qarşıda özü açıqlayır) vardır; hər hərfin zübür və bəyyinəsi tətbiq edildiyində, kəsinliklə ya zübürü çoxdur və ya bəyyinəsi».

Nəvvab: «Möhtərəm qardaşımız, cəsarət edib soruşduğuma görə üzr istəyirəm, əfv edin; məsələni anlamaqda aciz olduğum üçün bu gecələrdə məsələləri, hər kəsin anlaya biləcəyi sadə və açıq bir şəkildə bəyan etmənizi istəyirəm. Çünki zübür və bəyyinənin nə olduğunu anlaya bilmədik; aydın bir şəkildə izah etməyiniz rica edirik».

Dəvətçi: «Məmnuniyətlə! «Zübür», kağızın üzərində yazılan hərfin şəklidir; «bəyyinə» də oxunarkən artımı ortaya çıxan şeydir. Məsələn, «S» ədatı kağızın üzərində bir hərfdir, amma oxunduğunda üç hərf ‒ «sin» olur və beləcə, iki hərf artır. Çünki 28 ədəd olan təhəcci hərflərinin arasında, tətbiq edildiyində zübür və bəyyinəsi bərabər olan sadəcə «Sin» hərfidir. Sin altmış ədəddir, bəyyinəsi də «in» hərflərindən ibarət olub altmışdır; «i» on, «n» da əllidir, ikisinin cəmi 60 olur (Əbcəd hesabı ‒ ilk olaraq bunu aydınlaşdırım ki, «Əbcəd» ərəb əlifbasını meydana gətirən həriflərin yaddaşda saxlanılmasını asanlaşdırmaq üçün düşünülən səkkiz kəlmədən ilkidir. Digərləri isə, bunlardır: «Həvvəz», «Hutti», «Kələmən», «Səfəs», «Qərəşət», «Səhhaz», «Daziğ». Bu sadalamada birdən ona qədər olan hər hərif bir sayılır; ondan sonrakı həriflərin hər birisi isə, on sayılır (Mütərcim)).

Bax bu səbəbdən, Quranda Xatəmul-ənbiyaya «Ya Sin» olaraq xitab edilir. Bu həzrət Peyğəmbərin zahir və batininə işarədir. «Ya Sin», yəni «Ey zahir və batin baxımından bərabərliyə sahib olan kəs!».

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!