13-CÜ MÜNAZİRƏ - I hissə

:

İMAMƏT BARƏDƏ - HƏQİQƏTİN KƏŞF EDİLDİYİNƏ GÖRƏ MİNNƏTDARLIQ (26 Rəcəb, bazar ertəsi, 1345-ci il)
Hələ məclis rəsmi olaraq başlamamışdı. Bu vaxt üç nəfər içəri daxil olub oturdular. Onlardan bir nəfər danışmaq üçün izin istədi...

O, izin aldıqdan sonra üzünü mənə tutub dedi: «Mən, sizdən üzr istəyirəm vaxtınızı çox almayacağam, sizin bu elmi bəhs gecələrinən əlaqədar olaraq bu gün axşama qədər hər tərəfdə; evlərdə, məscidlərdə, idarələrdə və bazarda hamısı sizin haqqınızda danışırdı. Kimin əlində bir qəzet gördükdə camaat onun ətrafına toplaşaraq sizin bəyanlarınız haqqında mübahisə edirdilər.
Biz, xalqda sizə qarşı böyük bir rəğbətin oyandığının şahidi olduq; hər kəsin qəlbinə nüfuz etmisiniz. Bizim üzərimizdə çox böyük haqqınız var. Çünki belə şübhələri həll edirsiniz ki, ömrümüzün əvvəlindən bəri böyüklərimizin hamsı bizə onların əksini öyrətmişdilər. Biz, bir camaat olaraq şiəni müşrik bildiyimizə görə sizdən üzür istəyirik. Amma nə edək ki, uşaqlıqdan bu şəkildə öyrədiblər. İndi bağışlayan Allahdan ümidimiz bizim tövbəmizi qəbul etməsidir.
Bu bir neçə gündə, bu söhbətlərin jurnal və qəzetlərdə nəşr edilməsi, oxucularının bir neçə dəfə sayını artırıb və bu söhbətlər xalqın böyük bir hissəsinə aydınlıq gətirdi. Xüsusilə məclislərdə bilavasitə iştirak edən bizlər, sizin sözlərinizdəki lətafətdən daha çox istifadə etdiyimizdən sizə olan rəğbətimiz daha da artdı. Xüsusilə dünən axşam çox gözəl bir şəkildə pərdələri aradan qaldırıb pərdə arxasındakı həqiqətləri aydınlığa qovuşmasını təmin etdiniz. Ümüd edirik ki, pərdələr qaldırılaraq daha çox həqiqətlər kəşf ediləcəkdir.
Sizə xatırlatmaq istədiyimiz digər bir mövzu da budur ki, bizi ən çox təsirləndirən söhbətlərinizdəki sadəlikdir. Siz mövzunu bizim öz dilimizlə o qədər sadə və anlaşılan bir şəkildə bəyan edirsiniz ki, oxumaq yazmaq bilməyən xalq belə sizi anlayır. Buna görə də hər kəs sizin cazibənizə qapılmış vəziyyətdədir. Bunu da nəzərə alın ki, bu cəmiyyətdə hər yüz nəfərdən beş nəfər belə elmi məsələlərdən xəbərdar deyildir. Onlar uşaqlıqdan bəri eşidikləri hər şeyə kor-koranə inanıb qəlbən bağlanmışlar. İndi bu insanlara gizli qalan həqiqətlər incəliklə öyrədilməlidir; siz də bu işi gözəl bir şəkildə bacarırsız. Ümüdvarıq ki, daha mükəmməl nəticələr əldə edək».
Həmin qardaş sözünü qurtarmışdı ki, ağalardan bir neçə nəfərdə məclisə daxil olub əyləşdilər. Hamımız bir yerdə çay içdikdən sonra söhbət başladı.
Nəvvab: «Dünən axşam qərar oldu ki, bu günki məclisdə «İmamət» mövzusu ətrafında danışılsın. Çoxumuz bu mühüm məsələni bilmək üçün böyük bir ehtiyac duyuruq. Çünki bu mövzu bizim üçün anlaşılmaz olan məsələlərin əslini təşkil edir. İmamət haqqında sizin və bizim aramızdakı ixtilafın aydınlığa qovuşması üçün ricamız, sadəcə bu mövzu ətrafında danışmağınızdır.
Dəvətçi: «Əgər siz tərəfdən bir çətinlik yoxsa mən hazıram».
Hafiz: «(Rəngi saralmış və sıxıntılı bir halda) Biz tərəfdən də bir çətinlik yoxdur; nəcə məsləhət bilirsiz buyurun.

İMAMƏT MÖVZUSUNDA SÖHBƏT
Dəvətçi: «Sizin də bildiyiniz kimi «İmam» kəliməsinin bir neçə mənası var. Lüğətdə «imam» rəhbər, lider mənasındadır. Məsələn camaat imamı dedikdə, camaat namazında qabaqda durub namaza rəhbərlik edən mənasınadır; xalqın imamı dediyimizdə yəni xalqın siyasi ya da başqa işlərdə başçısı mənasınadır; Cümə imamı dedikdə də həmçinin xalqın Cümə namazına rəhbərlik edən mənasınadır.

ƏHLİ-SÜNNƏNİN DÖRD MƏZHƏBİ HAQQINDA BƏHS VƏ HƏQİQƏTİN BƏYANI
Əhli-sünnədən olanlar öz rəhbərlərinə imam deyirlər. Məsələn: İmam Əbu Hənifə, İmam Malik, İmam Şafei, İmam Əhməd. Yəni dini məsələlərdə onların rəhbərləri olan fəqih və müçtehidlər ki, halal və haramı, ictihad və qiyasla bir-birindən ayırmışlar. Buna görə də bu şəxslərin fiqhi kitablarını oxuduğumuzda bir çox ixtilafın mövcud olduğunun şahidi oluruq.
Bu cür rəhbərlər bütün məzhəb və dinlərdə vardır. Sizin imam olaraq qəbul etdiyiniz şəxslər şiədə də fəqih ünvanı ilə vardır. Bu şəxslər 12-ci İmam həzrət Məhdinin (ə) qeybdə olduğu dövürdəki müddətdə kitab sünnə, əql və icmanı əsas tutaraq fitvalar verirlər. Amma biz bu şəxsləri imam olaraq adlandırmırıq. Çünki «İmamət» sadəcə həzrət Peyğəmbərin (s) Əhli-beytindən olan 12 vəsiyə məxsusdur. İctihadda sizinlə bizim aramızda bir fərq vardır; sizin böyükləriniz ictihad qapısını bağlamışlar. Hicri V əsrdə padşahların əmri və o günkü mövcud üləma və fəqihlərin qərarı ilə ictihad dörd nəfərə məxsus edilmiş və dörd məzhəb yəni hənəfi, maliki, şafei və hənbəli məzhəbləri rəsmi məzhəblər olaraq qəbul edilmiş; xalq da onlardan birinə təqlid etməyə məcbur edilmişdir. Bax bu vəziyyət günümüzə qədər davam etməkdədir.
Təqlid məqamında da bu dörd şəxsdən birinin digərlərinə üstünlüyünə dair hər hansı bir dəlil də yoxdur. Yəni Hənəfinin Malikiyə və ya Şafeinin Hənbəliyə hansı xüsusiyyətiylə üstün olduğu bəlli deyildir. Əgər İslam ümməti bu dörd şəxsin fitvalarının kənarına çıxmamağa məcbur edilirsə, böyük bir durğunluğ meydana gəlir, inkişaf və irələyiş heç bir şəkildə bu ümmət üçün mümkün olmaz. Buna əlavə olaraq İslam dininin bir xüsusiyyətidə bütün zamanlarda mədəniyyət istiqamətində inkişaf etməsidir. Bu inkişaf və tərəqqi hər dövürdə İslamın ümumi əhatəsini qorumaq şərti ilə bir qrup ictihad əhlinin varlığını çətinləşdirir.
Bir çox yeni məsələlər var ki, o mövzularda ölmüş bir müctehidə təqlid etmək mümkün deyildir. Bu cür vəziyyətlərdə diri bir müçtehidə müraciət edib onun fitvasına görə əməl etmək məcburiyətindəyik. Siz əhli-sünnə alimləri arasında sonradan elmi dərəcəsi çox yüksək olan müctehidlər yetişdi. Bu şəxslər elmi olaraq o dörd nəfərdən daha yüksək məqamlara sahibdirlər. Mən ictihad məqamının hansı dəlilə əsaslanaraq istisnasız bir şəkildə bu dörd nəfərə xas edildiyi və digər insanların elmi haqlarının əllərindən alındığını bilmirəm. Amma şiə toplumunda bütün müctehidlər İmam Zamanın (ə.f) zuhuruna qədər ictihad haqqına sahibdirlər. Biz təqlidə ilk başlayan birinin ölüyə təqlid etməsini əsla caiz bilmirik.

DÖRD MƏZHƏBƏ İTAƏT ETMƏNİN HEÇ BİR SÜBUTU YOXDUR
Şox təəccüblüdür, sizlər, həzrət Peyğəmbərin (s) əmri İlə (bunun dəlilLəri sizin öz kitablarınız da açıq bir şəkildə nəql edilmişdir) o həzrətin soyundan gələn 12 imamın ardıcılı olan şiəni bidətçi və ölüpərəst olaraq bilirsiniz. Sizlərin hansı dəlillərə əsaslanaraq bütün müslimanları üsulid-dində Əşəri və ya Mötəziliyə, füruid-dində isə dörd məzhəbdən birini təqib etməyə məcbur etdiyiniz məlum deyildir.
Əgər bir nəfər sizin o dəlilsiz iddialarınızı qəbul etməyərək; Əşəri ya da Mötəziləni əqaiddə və dörd məzhəbdən birini də füruid-dində təqib etməzsə, siz onu “rafizi”, müşrik və qanını halal bilirsiniz. Əgər bu gün bir nəfər; «Həzrət Peyğəmbərdən Əbul-Həsən Əşərinin və ya Əbu Hənifənin, Malik ibn Ənəsin, Məhəmməd ibn İdris Şafeinin və Əhməd ibn Hənbəlin itaət edilməsinin vacibliyinə dair hər hansı bir xəbər bizə yetişməmişdir, onlar sadəcə müctehid və fəqihdilər və ictihadı da onlara xas etmək bidətdir!»` – deyərsə nə cavab verərsiniz?
Hafiz: «Dörd məzhəb imamı fəqihlik məqamına, elm və ictihada yetişdiklərinə görə, əmanət və ədalət əhli, təqva, vərə və zöhd sahibi olduqlarından onlara itaət etmək bizim üçün vacibdir.
Dəvətçi: «Xüsusən sizin söylədikləriniz, qiyamət gününə qədər ictihadın bu şəxslərə xas edilməsinə və xalqın da onların ardıcılı olmağa məcbur edilməsinə dəlil olamaz. Sizlər yuxarıda sadalanan xüsusiyyətlərin bütün alimlərinizdə olmasının vacibliyinə inanırsınız. Zatən belə olmasaydı bu sonradan gələn alimlərə həqarət olardı. Bir və ya bir neçə şəxsə təqlid etməyə müsəlmanların məcbur edilməsi, həzrət Peyğəmbərdən (s) qəti bir əmr gəldiyi təqdirdə qəbul edilə bilərdi. Həzrət Peyğəmbərdən sizin dörd imamınız haqqında belə bir əmr olmamışdır. Vəziyyət belə olduğu halda siz məzhəblərin sayını nə üçün “dörd” ilə məhdudlaşdırıb və sadəcə onlardan birinin ardıcılı olmağı haqqın ölçüsü sayırsınız?

BU MARAQLI HADİSƏ İNSAFLI ELM ƏHLİNİN DİQQƏTİNİ CƏLB EDƏR
Çox gülüncdür ki, siz bir neçə gecə əvvəl şiənin Rəsulullahın dövründə olmayan və Osmanın dövründə meydana gələn siyasi bir firqə olduğunu və təqlid edilməsinin caiz olmadığını söylədiniz. Bunun belə olmadığını, şiə məzhəbinin Rəsulullahın mübarək əmri ilə öz dövründə qurulduğunu iki gün əvvəlki məclisdə əqli və nəqli dəlillərlə sübut etdik. Bu məzhəbin birinci imamı və rəisi olan həzrət Əli ibn Əbu Talibi (ə) həzrət Peyğəmbərimizin (s) bilavasitə özü böyütmüş və elmləri də bilavasitə özü ona öyrətmişdir.
Yenə sizin mötəbər kitablarınızda həzrət Peyğəmbərin həzrət Əlini elmin qapısı olaraq vəsf etdiyi, ona edilən itaətin özünə edilən itaət və ona edilən müxalifətin özünə edilən müxalifət olduğunu yetmiş min nəfərlik bir cəmiyyətin huzurunda açıqladığı və sonra da onu özündən sonrakı xəlifə və imam olaraq tanıtdığı və bütün müsəlmanlara, hətta Ömər və Əbu Bəkrə belə ona beyət etmələrini əmr etdiyi nəql olunmuşdur.
Sizin dörd məzhəbiniz – Hənəfi, Maliki, Şafei və Hənbəli ‒ hansı əməllər üzərində qurulmuş və dörd imamınızdan hansı biri Rəsulullahla görüşmüşdür. Həzrət Peyğəmbər (s), onlardan hansı birisinin haqqında bir göstəriş vermiş və ya tövsiyə etmişdir ki, xalq kor-koranə onlara təqlid etməyə məcbur olsun. Sizin özünüz də dəlilsiz bir şəkildə onlara təqlid edirsiniz. Onların mütləq imamətlərinə dair heç bir dəlil yoxdur.
Onlar haqqında söylənəbiləcək tək şey, sizin buyurduğunuz kimi, alim, fəqih, zahid və təqva əhli idilər və onların dövründə yaşayan xalqın da onlara təqlid etmələri lazım idi. Bu, əsla, bütün müsəlmanların, qiyamət gününə qədər onlara təqlid etmək məcburiyyətində olmaları mənasına gəlməz.
Bunlara əlavə olaraq, yuxarıda zikr edilən sifətlər, həzrət Peyğəmbərdən gələn qəti rəvayət və kəlamlarla birlikdə onun pak Əhli-beytində cəm olduğu halda onlara itaət edib  ardıcılı olmaq daha doğrudur, yoxsa onlar haqqında bizə, həzrət Peyğəmbərdən heç bir xəbərin yetişmədiyi şəxslərəmi?
Görəsən, həzrət Peyğəmbərin (s) dövründən onda heç bir əlamətin olmadığı, heç bir məzhəb imamı haqqında həzrət Peyğəmbərdən hər hansı bir xəbərin bizə yetişmədiyi və Peyğəmbəri-Əkrəmdən bir əsr sonra meydana gələn məzhəblər, siyasi məqsədlərə görədir, yoxsa təməlləri Rəsulullah (s) tərəfindən qoyulan, ilk imamı bilavasitə Rəsulullah tərəfindən yetişdirilən, digər on bir imamı haqqında bir-bir adları ilə birlikdə Rəsulullahdan göstərişlərin yetişdiyi və Peyğəmbərin (s), hədislərdə onları Qurana bərabər edərək və «Səqəleyn» hədisində: «Quran və Əhli-beytə bağlanan, xilas olmuşdur; Onlardan ayrılan isə həlak olmuşdur» – deyə buyurduğu, «Səfinə» hədisində də: «Onlardan (Əhli-beytdən) uzaqlaşan həlak olmuşdur» – deyə bildirdiyi məzhəbimi siyasi və qondarma bilməliyik?
İbn Həcər «Səvaiq» adlı kitabının 135-ci səhifəsindəki «Vəsiyyətun-Nəbi» bölməsində həzrət Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: «Quran və Əhli-beytim sizin aranızda mənim əmanətimdir. Kim birlikdə ikisinə də sarılırsa heç bir zaman yolunu azmaz».
İbn Həcər burada deyr ki, bu hədisi təsdiq edən başqa bir hədis də vardır; o da Rəsulullahın buyurduğu bu hədisdir: «Quran və Əhli-beytdən nə qabağa keçin və nə də geriyə qalın; yoxsa həlak olarsınız və onlara bir şey öyrətmək fikrinə düşməyin; çünki onlar sizdən daha alimdirlər».
İbn Həcər bu hədisləri nəql etdikdən sonra nəzərini belə bildirir: «Bu hədislər Peyğəmbərin Əhli-beytinin elmi dərəcəsi və dini vəzifəsinin başqalarına nisbətdə öncəlik haqqına sahib olduqlarına dəlildir».
Maraqlısı budur ki, İbn Həcərin özü, Əhli-beytin digərlərinə nisəbətdə dini vəzifə və elmi məsələlərdə öncəlik haqqına sahib olmalarına etiraf etməsinə baxmayaraq, üsulid-dində Əbul-Həsən Əşəriyə və füruid-dində isə dörd məzhəb imamından birinə təqlid edib!
Bunun səbəbi, təəssüb və inadkarlıqdır. Əgər sizin buyurduğunuz kimi imam və fəqihləriniz onlara itaət edilə bilən elm, təqva, vərə və ədalət əhlidirlərsə, o zaman nə səbəbdən onlardan bəziləri digərlərini fasiqlik və küfrlə ittiham etmişlər?
Hafiz: «Çox insafsızlıq edirsiniz və ağzınıza gələni deyirsiz. Hətta bizim alimlərimizə iftira edərək onların bir-birlərini mürtədlik, fasiqlik və küfrlə ittiham etmək dərəcəsinə gəldiklərini iddia etdiniz. Bu söylədikləriniz tam bir yalandır. Əgər əhli-sünnə üləması haqqında bir qrup tənqidlər edilmişsə də, şiə alimləri tərəfindən olmuşdur. Bizim alimlərimiz, bir-birləri haqqında öz məqamlarına layiq olan vəsf və təzimdən başqa bir bəyanda olmamışlar.
Dəvətçi: «Qardaş, siz ya öz alimlərinizin mötəbər kitablarında yazılanlardan xəbərsizsiz və ya bilərəkdən özünüzü belə göstərirsiniz. Yəni bilirsiniz; amma aldatmağa çalışırsınız. Əks təqdirdə sizin böyük alimlərinizdən bir çoxu, bir-birlərinin kitablarına tənqidlər yazmışlar. Hətta dörd məzhəb imamlarınızdan bəziləri da bir-birlərini fasiqlik və küfrdə ittiham etmişlər.
Hafiz: «Bu halda buyurun bu söylədikləriniz, hansı alimlərin hansı kitablarında yazılmışdır. Əgər yadınızda olan varsa bəyan edin.
Dəvətçi: «Əbu Hənifə və İbn Həzmin (Əli ibn Əhməd Əndolosinin) ardıcılları və daha neçəsi, ardıcıl olaraq imam Malik və imam Şafeiyə toxunmuş və eyiblərini söyləmişlər. Eyni şəkildə imam Şafeinin əshabından olan imam Hərəmeyn və imam Qəzali və digərləri, Əbu Hənifə və imam Malikə toxunmuş və eyiblərini zikr etmişlər. İndi sizdən soruşuram; «İmam Şafei, Məhəmməd ibn Qəzali və Carullah Zəməxşəri necə insanlardır?»
Hafiz: «Tanınmış alim və fəqihdirlər, eyni zamanda camaatın imamlarındandırlar.
Dəvətçi: «İmam Şafei, Əbu Hənifə haqqında belə söyləyib: «Müsəlmanlar arasında Əbu Hənifədən daha uğursuz bir insan dünyaya gəlməmişdir».
Yenə başqa bir yerdə belə deyir: «Əbu Hənifənin əshabından olan bəzi şəxslərin kitablarına baxdım və onların içərisində 130 səhifəsi Allahın kitabına və Peyğəmbərin sünnəsinə ziddiyyət gördüm».
Əbu Hamid Qəzali «Mənxulun fi elmil-üsul» adlı kitabında belə deyir: «Əbu Hənifə şəriətin altını üstünə çevirərək özünü pərişan etdi, şəriətin yolunu dəyişdirdi və şəriətin bütün qanunlarını, icad etdiyi bir qrup əsaslarla (qaydalarla) viran etdi. Hər kəs belə bir işi qəsdən və nə etdiyini bildiyi halda halal bilərək edər və etdiyi işi də halal bilirsə kafidir. Hər kəs belə bir işi halal bilmədən edərsə fasiqdir».
Qəzali bu mövzuda Əbu Hənifəyə aid və onu fisqlə günahlandıran bir neçə sözdə yazmışdır. Amma mən onları nəql etmək istəmirəm.
İbn Cuzi «Müntəzəm» kitabında belə deyir: «Hər kəs Əbu Hənifənin xətaları mövzusunda ittifaq etmişdir. Amma onu xətalarına görə ittihamlandıranlar üç qrupa bölünür. Bir qrup onu “üsul-əqaid”də sabit bir nəzərə sahib olmadığına görə ittihamlandırır. Bir qrup onu hədis elmində güclü bir hafizəyə sahib olmadığına görə ittiham edir. Digər bir qrup isə onu öz rəyi və qiyas ilə əməl etdiyinə görə. Onun bəzi rəyləri səhih hədislərin əksinədir».
Sizin bu imamlarınız haqqında öz alimlərinizin dil və qələmi ilə bu cür ittihamlar çoxdur. Amma bu anda onları söyləməyin vaxtı deyil. Əslində mən bu mövzuya girmək istəməmişdim. Amma siz məim ağzıma gələni söylədiyimi və sünni üləma və imamlarına isnad edilən ittihamların sadəcə şiə alimləri tərəfindən irəli sürüldüyünü söylədiyinizdə, etdiyiniz bu tənqidin yersiz olduğunu anlada bilmək üçün bu mövzuya girdim. Sizin tənqidləriniz məntiqsizdir. Mənim cavabımsa elm, əql və məntiqlə uyğun olmaqla bərabər təəssübdən də uzaqdır.
Şiə alimlərinin sizin məzhəb imamları haqqında etdiyi tənqidlər, sizin öz alimlərinizin etdiyindən fərqli deyil. Amma bizim şiə alimləri, 12 imamızın müqəddəs məqamları haqqında, sizin alimlərin arasında olan ixtilafların əksinə, ən kiçik bir ixtilafaları belə yoxdur. Çünki biz, imamlarımızın hamsını eyni məktəbin yetirmələri olaraq bilirik və onların hamsına yetişən ilahi feyizlər eynidir. Onların hamsı, həzrət Peyğəmbərə nazil olan dinin əmrləri ilə əməl etmişlər. Onlar İslam haqqında özlərinə xas nəzər və fikirlərə sahib deyillər. Çünki onlar İslamı həzrət Peyğəmbərdən öyrənmişlər. Buna görə də onların arasında heç bir ixtilaf mövcud deyildi. Çünki onlar, lüğətdə rəhbər mənasında olan imamlar deyildirlər, (Rəsulullah tərəfindən təyin edilən) həqiqi imamlardır.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!