11-Cİ MÜNAZİRƏ - II hissə

:

ŞƏHİDİ-ƏVVƏLİN, BÜRHANUDDİN MALİKİ VƏ İBN CƏMAƏTIN FİTVASIYLA ŞƏHİD EDİLMƏSİ
Sünni alimlərin, şiə alimlərinin elm və əməl iftixarlarına qarşı etdikləri pis əməllərdən biri, Şamın iki böyük şəri hakimi olan Bürhanuddin Maliki və İbad ibn əl-Cəmaət əş-Şafeinin fitvalarıdır.

Bu iki qazı, şiənin böyük fəqihlərindən və elm, təqva və zöhddə öz zamanının qabaqcılarından olan Əbu Əbdillah Məhəmməd ibn Cəmaluddin Məkki əl-Amilinin (Şəhidi-əvvəl) qətl edilməsi üçün fitva vermişlər.
Bu böyük fəqihin yeddi günə yazdığı «Lümə» adlı əsəri, (yanında «Müxtəsəri-Nafi» adlı kitabından başqa, heç bir fiqhi kitab olmadan yazmışdır) onun fiqh elmindəki gücünü və geniş elmini göstərir. Hənəfi, Maliki, Şafei və Hənbəli məzhəibnin alimləri onun elmindən çox faydalanmışlar.
Sünnilərin ardıcıl təzyiqləri üzündən təqiyyə edib, şiəliyini bildirməməsinə baxmayaraq,  Şamın böyük qazısı İbad ibn əl-Cəmaət, bu ilahi alimə həsəd apararaq, onu rafizi və şiəlikdə günahlandıraraq, Şam valisinə (Beydəmir) şikayət edib, zindana atdırdı. Zindanda bir il işgəncəyə məruz qaldıqdan sonra hicri 786-cı ilin cəmadiul-əvvəl ayının doqquz və ya on doqquzunda, o iki sünni qazısının (İbnul-Cəmaət və Bürhanuddin) fitvasıyla, əvvəlcə qılıncla öldürüb, sonra bədənini dar ağacına asdılar. Sonra onların təhrikiylə, avam xalq, «müşrik və rafizi»dir deyə, onun darağacından asılmış cəsədini daş-qalaq etdilər. Daha sonra cəsədini darağacından endirib, yandıraraq, külünü havaya sovurmuşlar

ŞƏHİDİ-SANİNİN “SAYDA QAZISI” TƏRƏFİNDƏN ŞƏHADƏTƏ ÇATMASI
Şiənin alimlərindən və iftixarlarından bir digəri, hicri X əsrdə yaşayan Şeyx Zeynuddin ibn Nuruddin Əli ibn Əhməd əl-Amili (r.ə)-dir. O, elm, fəzilət, zöhd, təqva, dost və düşmənin yanında böyük bir şöhrətə sahibdir. Gecəsini gündüzünə qataraq, xalqdan uzaqlaşıb dəyərli kitablar yazmışdır. Öz əl yazısıyla müxtəlif elm sahələrində 200-dən çox əsəri vardır.
Xalqdan uzaqlaşmasına baxmayaraq, o dövrün alimləri, onunla bir sırada dayana bilməmiş və xalq ona tərəf yönəldiyi üçün həsəd etmişlər. Xüsusilə, Saydanın böyük qazısı, Osmanlı padşahlarından olan Sultan Səlimə onun haqqında belə bir məktub yazmışdır: «Şam bölgəsində, dörd məzhəbdən birinə mənsub olmayan bir bidətçi ortaya çıxmışdır».
Sultan Səlim bu fəqih alimi məhkəməyə çəkmək üçün İstanbula göndərilməsini əmr edir. Məscidul-həramda onu tutub, 40 gün Məkkədə həbs etdilər. Sonra dəniz yoluyla İstanbula göndərdilər. Məhkəməyə aparıb mühakimə etmədən sahildə mübarək başını bədənindən ayıraraq, bədənini dənizə atdılar və başını da sultana apardılar.
Möhtərəm ağalar, indi Allah rızasına insafla deyin və ədalətli bir şəkildə hökm verin. Tarix boyu bir nəfər sünni alimin, hətta bir alim olmayan sünninin Cəfəri məzhəibnə mənsub deyil deyə, şiə alimləri tərəfindən bu cür pis və çirkin bir şəkildə öldürüldüyünü oxuyub və ya eşidinizmi? Allah xatirinə söyləyin, «Dörd məzhəbdən birinə mənsub deyil» sözü günah və qəbahətdirmi?
Hansı dəlilə görə, dörd məzhəbdən (Hənəfi, Maliki, Şafei və Hənbəli) birinə mənsub olmayan bir kəs, kafirdir və qətli də vacibdir?
Görəsən, hansı dəlilə görə, sonradan rəsmiyyət qazanmış olan bir qrup məzhəblərə itaət etmək vacib, amma Rəsuli-əkrəmin (s) zamanından etibarən mövcud olan bir məzhəibn arxasınca getmək küfr və ona itaət edənlərin qanının tökülməsi isə lazımlıdır?

İNSAFLI İNSANLAR ÜÇÜN GÖZƏL SÖZ
Allah rızasına deyin, Əbu Hənifə, Malik ibn Ənəs, imam Şafei və ya imam Əhməd ibn Hənbəldən hansı Rəsulullahın (s) zamanında yaşamış və məzhəblərinin təməl (usul) və cüzi (füru) mövzularını o həzrətdən vasitəsiz olaraq öyrənmişlər?».
Hafiz: «Heç kəs, dörd məzhəb imamlarının Rəsulullahla (s) görüşmə şərəfinə nail olduqlarını iddia etməmişdir».
Dəvətçi: «Görəsən, Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) Rəsulullahın (s) səhabəsindən olan onun elminin qapısı deyildimi?!».
Hafiz: «Aydındır ki, o səhabələrin böyüklərindən, hətta bəzi yönlərdən onlardan daha fəzilətli idi».
Dəvətçi: «Belə isə, bu qayda üzrə əgər həzrət Peyğəmbərin (s), «Əliyə itaət etmək, mənə itaətdir» sözünə əsəslanaraq və o həzrətin əmri olan «Kim mənim elmimdən yararlanmaq istəyirsə, Əlinin qapısına getsin» sözünü əsas götürsək, Əli ibn Əbu Talibin (ə) ardıcılı olmaq vacibdir desək, haqq sözü söyləmiş oluruq. Yenə əgər, Mühəmmədi məzhəbinin özü olan Cəfəri məzhəibndən üz çevirmək, zəlalətə səbəb olar desək, haqlıyıq. Çünki Xatəmül-ənbiya (s) onların (şiələrin) rəhbərlərini (Əhli-beyti) Quranın bərabəri etmiş, və «Səqəleyn» və «Səfinə» hədisləri lazımınca, onları təqib etməməyin (ardınca getməməyin) fəlakətə səbəb olacağını buyurmuşdur.
Bütün bunlara baxmayaraq, şiə alimləri tərəfindən bu növ əməllər, sünnilərin cahillərinə qarşı belə edilməmişdir, o ki, qaldı, onların alimlərinə qarşı edilmiş olsun!
Belə isə, yersiz fitvalar, yersiz söhbətlər avam xalqın əlində bəhanə olmuş, hər fürsət düşdükdə qətlə yetirmək, talamaq və namuslara əl atmaq kimi kafirlərə qarşı belə edilməyən çirkin əməlləri şiələrə qarşı etmişlər».
Hafiz: «Sizin kimi bir şəxsdən, heç bir zaman meydana gələn yalan sözləri əsas tutaraq, hisslərə qapılmağınızı gözləmirdim.
Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!