38-Cİ MÜNAZİRƏ - II hissə

:

SƏHABƏNİN BÖYÜKLƏRİ VƏ TABEİN, HƏTTA MALİK MÜTƏ AYƏSİNİN NƏSX EDİLMƏDİYİNİ HÖKM EDİR
Bundan əlavə, səhabə və tabein böyükləri də mütə ayəsinin nəsx edilmədiyini hökm etmişlər. Məsələn: Abdullah ibn Abbas, Abdullah ibn Məsud (vəhy katibi), Cabir ibn Abdullah Ənsari, Əkvə ibn Abdullah Əsləmi və İmran ibn Həsin kimiləri bu ayənin nəsx edilmədiyini bəyan etmişlər.

Böyük alimləriniz də əshaba tabe olaraq nəsx edilmədiyini qeyd etmişlər. Məsələn: Zəməxşəri “Kəşşaf” kitabında İbn Abbasın “Mütə ayəsi Qurani-kərimin möhkəm ayələrindəndir” sözünü rəvayət edərkən, “Bu ayə nəsx edilməmişdir” deyir.
Malik ibn Ənəs də (Malikilərin imamı) mütənin qanuni və caiz olduğuna hökm verib nəsx edilmədiyini bəyan etmişdr.
Molla Səd Təftazani “Şərhi-məqasid”, Bürhanəddin Hənəfi “Hidayət”, İbn Həcər Əsqəlani “Fəthul-bari” və digərləri də öz kitablarında Malikin bu fitvasını rəvayət etmişlər: “Mütə caizdir. Çünki mübah və qanunidir. İbn Abbasdan halal olduğu rəvayət edilir. Məkkə və Yəmən, Malikin əshabının çoxu da bu mövzuda ona tabe olmuşdur”.
Bir başqa yerdə isə belə deyilir: “Mütə caizdir. Çünki mübahdır, nəsx edəni zahir olana qədər baqidir, yerindədir”.
(Anlaşıldığı kimi, Malik vəfat etdiyi hicri 179-cu ilinə qədər də hələ mütə nigahının nəsx edildiyinə dair hər hansı hökm eşitməmişdi. Beləliklə xəlifə Ömərin sözü qüvvə tapsın deyə, bunun sonradan uydurulduğu başa düşülür.)
Zəməxşəri, Bəğəvi və imam Sələbi kimi böyük təfsirçiləriniz İbn Abbasın və əshabın böyüklərinin əqidəsini qəbul etmiş və mütənin halal olduğunu açıq-aydın söyləmişlər”.
Şeyx: “Mütə, irs, talaq, iddə və nəfəqə kimi zövciyyət hökümlərinə sahib olmadığına görə, həqiqi zövcə ola bilməz”.

ZÖVCİYYƏTİN BÜTÜN HÖKMLƏRİ MÜTƏ NİKAHINDA OLAN QADINA DA ŞAMİLDİR
Dəvətçi: “Anlaşıldığı kimi, bizlərə pis gözlə baxdığınız üçün əsla, şiə kitablarını oxumamısınız. Yoxsa etiraz etməz və dəlillə istisna edilənlərdən başqa zövciyyətin bütün hökmlərinin mütə haqqında da keçərli olduğunu bilərdiniz. Mütə də, şübhəsiz, nigahın bir növüdür. Daimi əqdin hökmləri ona da şamil olur. Ümmətə asanlıq olsun və zinanın qarşısı alınsın deyə, bəzi şərtləri aradan qaldırılmışdır.
Şərtlərinə gəldikdə, əvvəlcə bilməlisiniz ki, mirasın daimi əqdin hökmlərinin ayrılmaz bir hissəsi olduğu qəti deyildir. Qadın bir çox hallarda, daimi əqd hökmündə olmasına baxmayaraq, mirasdan məhrum ola bilər. Məsələn; kitab əhlindən olan, həyat yoldaşına qarşı üsyan edən və ərini öldürən qadın daimi əqddə olduğu halda mirasdan məhrum olur.
İkinci; Mütə əqdində olan qadının mirasdan məhrum olması da qəti deyildir. Müctehidlərin və alimlərin bu haqda fikirləri müxtəlifdir. Necə ki, sizin alimlərinizin də əhkamda fərqli baxışları vardır.
Üçüncü; Şiə alimlərinin icmasına görə, mütə əqdində olan qadın iddəsini gözləməlidir. Ən az iddə isə 45 gündür. Əgər əri ölərsə 4 ay 10 gün olan vəfat iddəsini gözləməlidir. Bu qadın (əri ölmüş) istər əlaqədə olmuş olsun, istərsədə olmasın. İstər yaisə (Heyz qanının görülməməsi haləti (qadınların 50 yaşdan sonra heyz olmadığı dövr)) olsun, istər olmasın fərqi yoxdur.
Dördüncü; Nəfəqə haqqı da daimi əqdin qəti şərtlərindən biri deyildir. Bir çox qadın, daimi əqddə olduğu halda, nəfəqə haqqından da məhrumdur. Əhli-kitab, ərinə qarşı üsyan edən və ya öldürən qadın kimi.
Beşinci; Müddəti bitməsi onun talaqı sayılır. Həmçinin, kişinin qalan müddəti bağışlaması da onun talaqı yerinə keçir.
Bu halda söylədiyiniz şərtlər evliliyin zəruri, sabit şərtlərindən deyildir. Bu səbəbdən şiələrin böyük alimi Əllamə Hilli (r.ə) də böyük alimlərinizlə mübahisə edərkən bu dəlilləri daha ətraflı və daha kamil bir şəkildə bəyan etmişdir. Vaxt az olduğuna görə, mən qısa ərz etməyə çalışdım.
Şeyx: “Bu ayədən başqa bir çox hədis mütənin bilavasitə Peyğəmbər (ə) tərəfindən nəsx edildiyini bəyan edir”.
Dəvətçi: “Zəhmət olmasa, söyləyin, nəsx hökmü harada qeyd olmuşdur?”.
Şeyx: “Bu mövzuda fərqli rəvayətlər vardır; bəzisinə görə Xeybərdə, bəzisinə görə Məkkə fəthində, bəzisinə görə Vida həccində, bəzisinə görə Təbukda, bəzisinə görə isə Umrətul-Qəzada”.

NƏSX HÖKMÜNÜN RƏSULULLAHIN (S) DÖVRÜNDƏ OLMADIĞINA DAİR DƏLİLLƏR
Dəvətçi: “Hədislərdəki bu ziddiyyətlər bilavasitə belə bir hökmün olmadığını göstərir. Belə hədislərə necə etimad edilə bilər?! Bundan əlavə, “Kutubi-sittə”, “Cəmun-beynəs-səhiheyn”, “Cəmun-beynəs-sihahis-sittə”, “Müsnəd” və digər mötəbər kitablarınızda da səhabədən mütənin Ömərin xilafəti dövrünə qədər nəsx edilmədiyi rəvayət edilir.
Ən əhəmiyyətlisi də böyük alimlərinizin rəvayət etdiyi Ömərin bu sözüdür: “Peyğəmbər zamanında mövcud olan iki mütəni mən haram edirəm”. Əgər bu mövzu bir hədis və ya ayə ilə nəsx edilmiş olsaydı, xəlifə bunun bilavasitə hədis və ya Quranla qadağan edildiyini və daha doğrusu, əməl edənlərin Qurani-kərim və hədis əsasında cəzalandırılacağını bəyan edərdi! Üstəlik, onun belə söyləməsi, özünün haram etməsindən daha təsirli olardı!
Əgər sözünüz doğrudursa və Quranda bir nəsx varsa, bu halda Abdullah ibn Abbas, İmran ibn Həsin, Əbuzər Qəffari, Abdullah ibn Məsud, Cabir ibn Abdullah, Əbu Səid Xudri, Sələmə ibn Əkvə və digər əshab və tabeinlər mütəyə necə əməl etmişlər? Buxari və Müslim kimi bir çox alim, mühəddis və tarixçiləriniz də bunu açıq şəkildə qeyd etmişlər. Bütün bunlar, onların Ömərin xilafətinə qədər mütəyə əməl etdiklərinə dəlalət edir.
Ayrıca, “Peyğəmbər (s) vəfat edənə qədər də nəsx edildiyini eşitmədiyimiz üçün əməl etdik” deyidilər. İmam Əhməd ibn Hənbəl “Müsnəd”ində Əbu Rəcadan, o da İmran ibn Həsindən bu mənaya işarə edən bu sözü rəvayət edir: “Mütə ayəsi Allahın kitabında nazil oldu və biz də Peyğəmbər (s) zamanında buna əməl etdik. Heç bir nasix (nəsx edən) nazil olmadı və Peyğəmbər (s) də vəfat edənə qədər buna mane olunmadı”.
İmran ibn Həsinin daha əvvəl rəvayət etdiyim hədisində də nə Qurani-kərimin, nə də Peyğəmbərin (s) mütəni qadağan etmədiyi ifadə edilmişdir. Bu halda, kitab və sünnədə bir nasix və nəhy olmadığı üçün Qiyamətə qədər bu hökm qüvvədədir!
Necə ki, Əbu İsa Məhəmməd ibn İsa ibn Surə Tirmizi öz “Sünən”ində, – bu kitab sizin altı mötəbət kitablarınızdan biridir – imam Əhməd ibn Hənbəl “Müsnəd”in 2-ci cildinin 95-ci səhifəsində və ibn Əsir “Camiul-üsul” kitabında müxtəlif sənədlərlə belə rəvayət etmişlər: “Şamdan olan bir nəfər Abdullah ibn Ömər ibn Xəttabdan: “Qadın mütəsi həqqında nə deyirsiniz?” – deyə soruşduqda, o, “Halaldır” – deyə cavab verdi. Şamlı: “Amma atan qadağan etdi” – dedikdə, o belə dedi: “Atam qadağan etsə də, Peyğəmbərin (s) əmri atamın qadağasından üstündür və mən Rəsulullahın (s) əmrinə tabeyəm”.
Amma söylədiyiniz hədislər Ömərin sözünü doğrultmaq üşün sonradan uydurulan hədislərdir. Bilin ki, mövzu, açıqlanmağa ehitiyac olmayacaq qədər açıq-aydındır. Ömərin sözündən başqa mütəni haram edəcək heç bir doğru dəliliniz yoxdur”.
Şeyx: “Bilavasitə Ömərin sözü də müsəlmanlar üçün böyük bir sənəddir.
Dəvətçi: “İnsaflı və düşüncəli bir alimdən, sadəcə Ömərə olan hədsiz sevgisinə görə belə şeylər söyləməsi gözlənilə bilməz! Çünki fikir və düşüncə lazımdır. Siz Ömər ibn Xəttabın sözünü müsəlmanlar üçün bir sənəd olduğunu bəyan edirsiniz. Halbuki, Peyğəmbərdən (s), Ömərin sözünün sənəd olduğuna və əməl edilməsinin vacibliyinə dair bir hökmün belə olmadığını bir az düşünən hər kəs anlayacaqdır.
Bilavasitə öz mötəbər kitablarınızda yer alan bir çox rəvayət də Əhli-beytə (ə), xüsusilə də Əmirəl-möminin Əliyə (ə) tabe olmağımızı əmr edir ki, bunlardan bəzisinə əvvəlki gecələr işarə etmişdim. Əhli-beytin (ə) bütün üzvləri mütənin nəsx edilmədiyini ifadə etmişlər.
Ömərin Peyğəmbərdən (s) bir şey eşitmədiyi təqdirdə bunu söyləməyəcəyini bəyan etməyiniz, əsla, doğru deyildir! Əvvəla; əgər xəlifə Nəbiyyi-əkrəmdən (s) belə bir nəsxi eşitmiş olsaydı, bunu Rəsulullahın (s) dövründən öz dövrünə qədər əvvəlcədən ifadə etməsi lazım idi. Çünki böyük səhabələrin əməl etdiyini gördükdə, ən azı pislikdən çəkindirmək üçün, bu əməlin nəsx edildiyini və əməl edilməməsini söyləməsi lazım gəlirdi. Bu halda, nə üçün əvvəllər nəhy etmədi?
İkincisi; Peyğəmbər (s) tərəfindən söylənən və yayılan hər hökmün nəsxi də, bilavasitə özü (s) tərəfindən ifadə edilməlidir. Bu səbəbdən üsul elmində də bəyan edildiyi kimi, bəyanın hacət vaxtından sonra açıqlanması caiz deyildir.
Xətamul-ənbiya (s) dövründə qanuni olan bir hökmün nəsxinin Ömərdən başqa kimsəyə söyləməməsi və Ömərin də xilafətinin sonlarında məlum bir şəxsə müxalifət olsun deyə, siyasi baxışla haram olduğunu elan etməsi doğrudurmu?!
Görəsən, ümmət, sizə görə nəsx edilmiş bir hökmlə əməl etdiyi üçün günahkar deyilmi və şəriətə zidd bir nəsx etməmişdirmi?!
Üçüncü; əgər mütə Peyğəmbər (s) zamanında nəsx edilmişdisə və Ömər də bunu Rəsuli-əkrəmdən (s) eşitmişdisə, qadağan edəndə bu hökmü Rəsulullaha istinad etməli idi və bilavasitə O həzrətin bunu nəsx etdiyini, əməl edilməməsini, daha doğrusu, əməl edənlərin cəzalandırılacağını bəyan etməsi lazım gəlirdi. Beləcə, Peyğəmbərin sözünə əsaslanmasının ümmət arasındakı təsiri də daha çox olardı!
Peyğəmbər (s) zamanında halal olduğunu, lakin özünün bunu haram etdiyini söyləməsi və bunu edənləri daşqalaqla qorxutması doğru deyildir! Halal və haramı təyin etmək qeyblə əlaqəsi olan Peyğəmbərin (s) vəzifəsidir, yoxsa xalqın seçdiyi bir xəlifənin?
Hələ də, həqiqətən, başa düşə bilmədim ki, Ömər hansı dəlillə Allahın halalını haram etdi və hansı cəsarətlə haram etdiyini elan etdi? Hətta Peyğəmbər (s) belə hökmləri təbliğ edərkən özünün halal və ya haram etdiyini söyləməz, Allahın əmri olduğunu elan edərdi. Amma Ömər tam bir cəsarətlə belə demişdi: “Peyğəmbər zamanında mövcud olan iki mütəni mən haram edirəm və edəni də cəzalandıracağam!”.

Ey Bəsirət sahibləri, ibrət alın!”

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!