İNTİZAR NƏ DEMƏKDİR VƏ ONUN HANSI XÜSUSİYYƏTLƏRİ VAR?

:

CAVAB:
 İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsə eşq çox olduqca görüşə hazırlıq səviyyəsi də yüksəlir. İntizarı çəkilən şəxsin (müntəzirin) yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.

 İntizar ilkin olaraq həyat xüsusiyyətidir. İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidlə çox bağlıdır. Belə ki, intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. Hazırkı həyat sabah və sabahlara doğru təlaşdan ibarətdir. Hərəkət isə intizarsız mümkünsüzdür. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır. Həyatın davamı üçün enerji verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz şəkildə bağlıdır.
 Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.
İslami rəvayətlərdə oxuyuruq ki, peyğəmbər ümməti üçün ən fəzilətli əməl (həzrət Mehdinin (ə) zühuru) intizarıdır. Yəni intizarın əməli xüsusiyyəti həyata yol tapmaqdır. Uyğun səbəblərindən biri bu ola bilər ki, həzrət Mehdinin (ə) davamçıları özlərini imama çatdırmağa səy göstərsinlər. İmam öz zühuru intizarında olduğu kimi, ümmət də öz imamının intizarını çəksin.
 İntizar halında ən yaxşı yol qeybdə olan imamla bağlılıq, həmdərdlikdir. İntizar və onun həqiqi mənasından xəbərsizlik düşüncəsizliyə və imamın qəm-kədərinə biganəliyə səbəb olur. Olsun ki, qeyb dövründə həqiqətən intizarda olmaq, yəni imamın cəmiyyətdə hüzurunu gözləmək ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş imamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır.
İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən yayınmır. O elə bir imamdır ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarsılmamış, öz yolundan dönməmişdir.
 Həzrət Mehdi (ə) buyurmuşdur: “Allah bizimlə olduğundan bir başqasına ehtiyac yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq.”
Bəli! İmam Mehdi (ə) belə bir intizardadır. O, sarsılmaz imanla həyatın bir çirkin qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola tikərək imamın uyğun xüsusiyyətini yaxşı tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir.
Xilaskarın zühuru intizarı üç xüsusiyyətə malik olmasa, zühur gerçəkləşməz:
1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.
2. Nəfs səciyyəsi: İntizarda olan şəxs daim hazırlıq halında olmalıdır.
3. Əməli səciyyə: İntizarda olan şəxs daim əməl və rəftarı ilə xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır.
Bu üç səciyyədən biri yoxdursa, intizar məna kəsb etmir.

Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq
Müәllif: Ustad Əli Əsğər Rizvani
Tәrcümә еdәn: M. Əhməd
Hazırladı: Rəsul Mahmudzadə

 

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!