İNSAN "ƏNƏL-HƏQQ" OLA BİLƏRMİ?

:

İNSAN SONDA ALLAH VƏ YA "ƏNƏL-HƏQQ" OLA BİLƏRMİ?

Sual:
Kamil insan sonda Allaha çevrilirmi? Və buna görə də “Əna əl-Həq” iddiasında ola bilərmi?! “Allaha çatmaq” və ya “Allaha getmək (seyri-süluk)” nə deməkdir? Bəzi airflərin dili ilə desək, “Ənəl-həq” nə deməkdir? Kamil insan Allah ilə eyni olurmu?

Cavab:

Bildiyiniz kimi, hər hansı bir elmdə araşdırma və təhqiq aparmaq, o elmin bütün məqamlarına, qaydalarına və hüdudlarına diqqət yetirməyi tələb edir.

Bu baxımdan ariflər hesab edirlər ki, bütün mübahisələrdə hər şeyin hüdudu qorunub saxlanılmalıdır; Yəni, "Allah axtaran" ilə "Həzrət Haqq" eyni təbəqədə tutulmamalı və başa düşmək lazımdır ki, Haqq haqqdır, haqqı axtaran isə haqqı axtarandır.
Başqa sözlə desək, bəllidir ki, insanın Allahla ittihadının - (hansı ki, bu seyri-sülukda ələ gələn ən yüksək pillədir) - mənası budur ki, arif və Allahı axtaran şəxs çox aydın başa düşür ki, onun var olması və onunla yanaşı bütün məxluqatın mövcud olması, yalnız həzrət Haqqın yəni Allah-Təalanın sayəsində mümkündür.
Yəni arif özünü və bütün məxluqları fəqirliyin və yoxsulluğun özü olaraq görür, nəinki özlərini ayrı bir mövcud görüb bu mövcudun Allahdan asılı olduğu kimi görür. Məsələn arif bilir ki, mən bir insan olaraq "Allahdan asılı və Allaha fəqir" yox, əslində mənim vücudumun özü fəqirlik və ehtiyac adlı bir məxluqdur. Bu baxışla o, Uca Allah qarşısında özünü bir varlıq təsəvvür etmir və bütün varlığı yalnız Allah və onun təcəllası hesab edir; Buna görə də o, "Həyy və Qəyyum" olan Allahdan başqa heç bir şey olmadığına inanır.
Nəticə etibarı ilə “Ənəl-həq - mən haqqam” ifadəsinin mənası budur ki, mən ancaq Allahın kölgəsi və təcəllasıyam, kölgə və təcəllanın isə Allahdan müstəqil və ayrı bir mövcud olmadığını başa düşürəm və bundan başqa bir şey görmürəm. Çünki Allahdan başqa elə bir şey yoxdur ki, onu görə bilim. Bəllidir ki, insan cüzi varlıqdır və yoxsulluğun eynidir, necə ola bilər ki, arif və Allahı axtaran şəxs, insanı sonsuz və müstəqil bir varlıq hesab edir.
Arif və kamil insan özünün tamam vücudunu Allaha bağlı və ehtiyaclı görür. Nəinki, bir ayrı vücud var ki, həm də Allaha ehtiyacı var, əksinə vücudun özü yəni ehtiyacdır. Deməli arif başa düşür ki, vücudun öz zatı belə, ehtiyacın özüdür və ehtiyacdan başqa bir şey deyil. Belə olan halda məxluq hər nə olursa olsun, Allahın təcəllası, təzahürüdür və biruzəsidir. Aydın olur ki, bu sözlərin (ənəl-həqq) mənası məxluqun xaliqə çevrilməsi deyil əksinə, həqiqətdə Yaradanın hər yerdə təcəlla etməsi deməkdir.

Necə ki, Quran buyurur: هُوَ الْأَوَّلُ وَ الْآخِرُ وَ الظَّاهِرُ وَ الْباطِن - əvvəl də, axır da, zahir və batin də Odur (Hədid-4).

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!