XƏVARİC FİRQƏSİ - 3

:

İLK XƏVARİCLƏRİN AQİBƏTİ
Keçən dərsdə xəvaric cərəyanının necə formalaşmasını şərh etdik və İbn Abbasın İtab ibn Əvərlə münazirəsini açıqlamaqla, bu qrupun əqidəvi əsasları və təfəkkür tərzinin bir qismini aydınlaşdırdıq.

Bu dərsdə xəvaricin işinin davamı, Əmirəlmöminin Əlinin (ə) onlarla necə qarşılaşması və o həzrətin xilafəti dövründə onların aqibəti, bu qrupun nəzər və əqidələrindən bir hissəsi bəyan olunacaq.

NƏHRAVANDA TOPLANTI
İmam Əmirəlmöminin Əlinin (ə) İbn Kəvva ilə münazirəsindən, İbn Kəvvanın onlardan ayrılmasından sonra xəvaric öz əqidələrində israr edərək qərara almışdılar ki, Nəhravanda düşərgə salsınlar. Sonra Əbdüllah ibn Vəhəb Təmili Rasibi və Hərqus ibn Züheyr Bəcəlini özlərinin iki əmiri seçdilər və Şüreyh ibn Ovfa Əbəsinin evində yığıncaq təşkil edib qərara aldılar ki, Bəsrədəki köməkçilərinə məktub yazıb onları Nəhravana dəvət etsinlər. Bəsrə xəvaricləri məktubu aldıqdan sonra Müsər ibn Fədəki Təmiminin başçılığı altında Nəhravana doğru yola düşdülər. Onlar malik olduqları mənfi fikirlə yolda rastlaşdıqları hər kəsdən Əmirəlmöminin Əliyə (ə) olan nəzərini soruşur, əgər o həzrətlə müvafiq olsaydı, əziyyət verir və yaxud da öldürürdülər. O cümlədən, Peyğəmbər səhabəsi və Əmirəlmöminin Əlinin (ə) köməkçilərindən olan Əbdüllah ibn Xəbbabı, onun həyat yoldaşı və onlarla səfər edən bir neçə qadını faciəli şəkildə qətlə yetirdilər.
Bu faciələrin, eləcə də xəvaricin müharibəyə hazırlıq xəbəri Əliyə (ə) çatdıqda, Haris ibn Mürrə Əbdini göndərdi ki, bu xəbərlərin düzgün olub-olmamasını araşdırsın. Amma o, Nəhrəvana çatdıqda, xəvaric tərəfindən qətlə yetirildi. Harisin ölüm xəbəri Əliyə (ə) çatdıqda, bir qoşun hazırlayıb Nəhrəvana yola düşdü. Nəhrəvanın yaxınlığında həmin tərəfdən gələn bir kişidən xəvaric barəsində soruşduqda, kişi cavab verdi: Xəvaric sənin gəlişindən xəbərdar olduqda, qaçmaq məqsədilə çayı keçdilər.
Əli (ə) soruşdu: Onların çayı keçmələrini özün gördünmü?
Dedi: Bəli.
Həzrət dedi: Mühəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, onlar heç vaxt çayı keçməyəcək və Kəsranın qızı Puranın qəsrinə çatmayacaqlar. Allah onları mənim əlimlə öldürəcək, onlardan on nəfərdən çox sağ qalmayacaqdır. Mənim dəstəmdən də on nəfərdən artıq şəhid olmayacaqdır. Bu imzlanmış bir əhd və labüd bir qəzadır.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!