7-Cİ MÜNAZİRƏ - II hissə

:

ZEYDİYYƏ FİRQƏSİ

Zeydiyyə firqəsi özlərini Zeyd ibn Əli ibn Hüseynin (ə) davamçıları bilənlərdir. Zeydi, imam Zeynəlabidindən (ə) sonra imam bilirlər. İndi də, Yəmən və ətrafında Zeydiyyə firqəsinə bağlı insanlar, kifayət qədər sayca üstünlüyə sahibdirlər. 

Zeydilərin əqidəsi belədir: hər alim, zahid və cəsur olan Fatimi-ələvi (Həzrət Fatimənin (ə) övladı), qılıncla qıyam edib xalqı özünə tərəf dəvət edərsə, o, imamdır. Çünki həzrət Zeyd, Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin xilafəti zamanında Bəni-Üməyyənin zülm və təcavüzü nəticəsində Kufədə qiyam etdi və sonda şəhadət şərbətini içdi. Dünən gecə onun haqqında başqa bir mövzu ilə əlaqədar olduğuna görə, qısaca olaraq ərz etmişdim. Dediyimiz kimi, Zeydilər onu imam qəbul edib, ona bağlı olmağı özlərinə fərz bilirlər. Zeydin məqamı, bu növ sözlərin ona istinad edilməsindən daha ucadır. 

Zeyd Bəni-Haşimin böyük şəxsiyyətli seyidlərindəndir. Zöhd, elm, fəzilət, din, ibadət, şücaət və cömərdlikdə qövmünün qabağcılarındandır. Gecələri ibadət, gündüzləri isə, oruc tutmaqla keçirirdi. 

Rəsulullah (s) əvvəlcədən onun şəhadəti haqqında xəbər vermişdi. Həzrət Seyyidüş-şühəda Hüseyndən (ə) belə bir hədis nəql edilmişdir: «Rəsulullah (s) mübarək əlini mənim çiynimə qoyaraq, belə buyurdu: «Ya Hüseyn! Yaxın bir zamanda Zeyd deyə xitab ediləcək olan biri sənin sülbündən çıxacaqdır; o şəhid olaraq öldürüləcəkdir. Qiyamət günü o və əshabı, xalqın boynuna minmiş bir halda cənnətə daxil olacaqlar».

Lakin həzrət Zeydin özü qətiyyən imamət iddiası etməmişdir; bu, ona istinad edilən bir iftiradır. O, özünün dəyərli qardaşı imam Məhəmməd Baqirin (ə) imamətliyinə müti və tabe idi. Lakin azğınlar o həzrətdən sonra belə bir düşüncəyə etiqad bəslədilər: «Evində oturub xalqdan uzaq düşən kəs, imam deyildir. İmam, alim, saleh, nəzər sahibi olan və qılıncla qiyam edən hər Fatimi olan şəxsdən ibarətdir». 

Bu azğın kəslər, xalqı o Zeydin imamətinə dəvət etdilər, bir təşkilat qurdurlar. Başqa sözlə desək: Öz hədəfləri istiqamətində bir dükan açdılar və öz aralarında beş firqəyə ayrıldılar: muğəyriyyə, carudiyyə, zikriyyə, xəşəbiyyə və xəlqiyyə.

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!