8-Cİ MÜNAZİRƏ - I hissə

:

İSNA-ƏŞƏRİ (12 İMAM) ŞİƏSİ VƏ MƏRİFƏT HƏDİSİ BARƏDƏ (25 rəcəb, bazar axşamı 1345-ci il)

Hafiz: «Möhtərəm qardaşımız, şiə adlandırılan firqələrin tərixini bəyan etdiyinizə görə, təşəkkür edirik. Amma sizin hədis və dua kitablarınızda, sözlərinizin əksinə, zahirləri “İsna əşəriyyə” (on iki imam) şiəsinin küfrünü göstərən bəzi sözlər mövcuddur».

Dəvətçi: «O hədis və duaları və şübhəli olan sözləri, haqqın ortaya çıxması üçün buyursanız, çox yaxşı olardı».

MƏRİFƏT HƏDİSİNİN TƏNQİDİ

Hafiz: «Çox hədislər görmüşdüm. Ancaq indi yadımda olan budur ki, sizin böyük alim və müfəssirlərinizdən olan Feyz Kaşani, «Safi» adlı təfsirində belə bir hədis nəql edir: «Bir gün həzrət Hüseyn əshabı qarşısında belə dedi: «Ey insanlar, Allah-taala qulları ancaq Onu tanımaq üçün yaratmışdır. Onu tanıdıqda, Ona ibadət edərlər, ibadət etdikdə Ondan başqasının ibadətindən ehtiyacsız olarlar». Əshabından bir nəfər «Ey Rəsulullahın nəvəsi, anam-atam sənə fəda olsun! Allahı tanımaq nədir?» – soruşduda, o, belə buyurdu: «Hər zaman əhlinin, özünə itaəti fərz olan imamları tanımasıdır».

TƏNQİDİN CAVABI

Dəvətçi: «Əvvəlcə, hədisin sənədinin silsiləsinə diqqət etmək lazımdır. Görəsən, hədis doğrudurmu, mötəbərdirmi, həsəndirmi? Zəifdir, yoxsa mərduddur? Doğru olduğu təqdirdə, tövhid haqqındakı açıq-aşkar ayələr və Əhli-beyt yolu ilə yetişən mütəvatir hədislər qarşısında xəbəri-vahidlə əməl etmək doğru deyildir. Siz nə səbəbdən tövhid haqqındakı mövcud olan bu qədər hədisləri və Əhli-beyt imamlarının matrealistlərlə münazirələrini və xalis tövhidi isbat etmələrini görüb onlara diqqət etmirsiniz? Halbuki, şiənin önəmli bütün təfsirləri və hədis kitabları məsələn: «Tövhidi-müfəzzəl», «Tövhidi-Səduq» və Əllamə Məclisinin «Biharul-ənvar» kitabındakı tövhid bölümü və şiə alimlərinin tövhid haqqındakı kitabları, Əhli-beytdən nəql olunan mütəvatir hədislərlə dolub-daşır. 

Siz, nə səbəbdən hicri 413-cü ildə vəfat edən və şiənin böyük alimlərindən olan Şeyx Müfidin «Ən-nüqətul-etiqaddiyyə» risaləsini və o şəxsiyyətin təlif etmiş olduğu «Əvailul-məqalət fil-məzahibi vəl-muhtərat» kitabını mütaliə etmirsiniz? Və nə səbəbdən, Şeyx Əbu Mənsur Əhməd ibn Əli ibn Əbi Talib ət-Təbərsinin «İhticac» kitabına həzrət Rzanın (ə) müxaliflər və tövhidi inkar edənlər qarşısında xalis tövhidi necə isbat etdiyini bilib öyrənməniyiz üçün müraciət etmirsiniz, ancaq dönüb-dolaşıb, mütəşabih hədisləri tapıb onlara əsaslanaraq, şiəyə həmlə edirsiniz? Ərəb şairi nə gözəl söyləmişdir:

Görəsən, mənim gözümdə çör-çöpü tez görürsən; 

Nə üçün öz gözündəki xurma gövdəsini görmürsən? 

Guya, möhtərəm ağalar öz kitablarındakı cəfəngiyyatı, hətta küfriyyat görüb, onlara diqqət etmirlər. O kitablarda elə sözlər vardır ki, oğlu ölən ana belə, gülməyə məcbur olar. Əgər onları görsəniz, utandığınızdan başınızı yuxarı qaldıra bilməzsiniz. Hətta sizin öz etibarlı Səhihlərinizdə o qədər gülünc hədislər nəql olunmuş ki, insanı heyrətə gətirirlər».

Hafiz: «Gülünc olan sizin sözlərinizdir ki, böyüklük və ucalıqda misli görülməmiş kitablara, xüsusilə bizim alimlərimizin iftixarlı hədislərini qəbul etdiyi «Səhihi-Buxari» və «Səhihi-Müslim»ə xurafat və xəta nisbəti verərək dəyərləndirirsiniz. Kim bu iki kitabdakı hədisləri inkar edər və ordakı sözlərin xəta olduğunu söylərsə, həqiqətdə əhli-sünnət vəl-camaət məzhəibni inkar etmişdir. Çünki bu iki böyük kitab, Qurandan sonra camaat içərisində ən mötəbər sayılan kitablardır. 

İbn Həcər Məkki «Səvaiqul-muhriqə» kitabının əvvəlində görmüş olsanız, belə yazmışdır: «Bu bölüm Əbu Bəkirin xilafətinin xüsusiyyətinin bəyanı haqqındadır. Buxari və Müslim bunu “Səhih”ində rəvayət etmişlər. Bu iki kitab, Qurandan sonra ümmətin icmasıyla ən səhih kitablardır».

Aydındır ki, bu iki kitabda nəql olunan hədislərin Rəsulullahdan nəql olunduğu qətidir. Çünki ümmət bunları qəbul etməkdə icma etmiş və ümmətin qəbul etdiyi hər şey qətidir. Çünki səhih kitablarında nəql olunan hədislərin də doğruluğu qətidir. Belə isə, bir kəs nə cür cürət edib, «bu iki kitabda küfriyyat, cəfəngiyat və xurafat vardır» – deyə bilər!».

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!