18-Cİ MÜNAZİRƏ - I hissə

:

DÖRD XƏLİFƏNİN XİLAFƏTİ İLƏ ƏLAQƏLİ AYƏNİN NƏQLİ VƏ ONUN CAVABI (27 rəcəb, çərşənbə axşamı, 1345-ci il)
Şeyx: «Fəth» surəsinin 29-cu ayəsində Quran belə buyurur: «Mühəmməd Allahın peyğəmbəridir. Onunla bərabər olanlar kafirlərə qarşı çox kəskin, öz aralarında isə çox mehribandırlar.

Sən onları rükuda, səcdəyə qapanan halda görərsən. Onları Allahın mərhəmətini və razılığını diləyən görərsən. Görünüşlərinə gəlincə, üzlərində səcdə izi, əlamətləri vardır».
Bu ayə bir tərəfdən Əbu Bəkrin (r.z) şərəf və fəzilətini isbat edərkən, bir tərəfdən də “raşidin xəlifələr”inin xilafətini bildirməkdədir. Şiə camaatının iddiasının əksinə bu ayə, Əlinin (ə) ilk xəlifə deyil, dördüncü xəlifə olduğunu bildirir».
Dəvətçi: «Ayənin zahirindən nə “raşidin xəlifələr”inin xilafəti çıxır, nə də Əbu Bəkrin fəziləti. Buna bir açıqlama verin. İddia etdiyiniz anlam ayənin harasından anlaşılır?».
Şeyx: «Ayənin Əbu Bəkrin (r.z) şərəf və fəzilətinə dəlil olan tərəfi «onunla bərabər olanlar» cümləsidir. Bu cümlə onun fəzilətini isbat edir. Çünki Rəsulullah Məkkədən Mədinəyə hicrət etdikdə Əbu Bəkr mağarada Peyğəmbərlə birlikdə idi.
Xüləfai-raşidinin xilafətlərinə gəldikdə; bu ayədə aydın görülməkdədir. «Vəlləzinə məəhu» (Onunla bərabər olanlar)-dan məqsəd, yuxarıda da söylədiyim kimi Əbu Bəkrdir. O hicrətdə “Sur” mağarasında Rəsulullahla (s) bərabər idi. «Əşiddəu ələl-kuffar» (kafirlərə qarşı kəsgindirlər)-dən məqsəd, Ömərdir (r.z). Çünki o kafirlərə qarşı çox şiddətliydi. «Rühəmau beynəhum» (Öz aralarında mərhəmətlidirlər)-dən məqsəd də Osmandır (r.z). Çünki o çox mərhəmətliydi. Və «Siymahum fi vücuhihim min əsəris-sücud» (üzlərində səcdə əlamətləri görünməkdədir) cümləsindən məqsəd də Əli ibn Əbu Talibdir (ə).
Ümüd edirəm haqqın bizimlə olduğunu qəbul edib onu təsdiq edərsiniz. Görürsünüz ki, Əli birinci xəlifə deyil, dördüncü xəlifədir. Çünki Allah-taala onu Quranda dördüncü mərtəbədə zikr etmişdir».
Dəvətçi: «Doğrusu, söhbətimiz yanlış və qərəzli olmaması üçün necə cavab verəcəyimi bilmirəm. Amma əgər insafla təəssübsüz məsələyə baxmalı olsanız, işin içində pis niyyət deyil həqiqəti ortaya çıxarmaq niyyəti olduğunu görəcəksiniz.
İndiyə qədər heç kim bu ayəni bu şəkildə təfsir etməmişdir. Hətta ən mötəbər təfsir kitablarınızda belə bu ayə belə təfsir edilməmişdir. Əgər bu ayə xəlifələr haqqında olsaydı, Əbu Bəkr Rəsuli-əkrəmin (s) vəfatından sonra həzrət Əli (ə), Bəni-Haşim və ona qarşı çıxıb beyət etməyən digər böyük səhabələrin etirazlarına qarşı bu ayəni dəlil olaraq gətirib hər kəsi susdura bilərdi. Demək ki, sizin buyurduğunuz bu məna sonradan çıxarılan və sahibinin də belə bir təfsirə razı olmadığı bir mənadır.
Təbəri, imam Sələbi, Fazil Nişapuri, Cəlaləddin Süyuti, Qazı Zəməxşəri və imam Fəxri Razi kimi digər böyük təfsirçilərinizin heç biri ayəni bu şəkildə təfsir etməmişlər. Nə zamandan bəri və kimlər tərəfindən bu şəkildə məna edildiyini bilmirəm. Üstəlik, ayənin özündə sizin iddianızın əksinə olaraq, elmi, ədəbi və əməli maneələr vardır. Kim ayəni belə təfsir etmişsə hədər yerə çalışmışdır. Belə təfsir edən kimsə, əhli-sünnənin böyük alimlərinin yazdığı təfsirlərin başında, Rəsulullahdan (s) nəql etdikləri bu hədisə diqqət etməmişdir: «Kim Quranı öz rəyinə görə təfsir edərsə, onun yeri Cəhənnəmdir».
Bunun təfsir deyil təvil olduğunu söyləsək, o zaman bilin ki, sizlər təvili qətiyyən qəbul etmirsiniz.
Şeyx: «Sizin bu qədər aydın bir ayənin qarşısında durub inkar edəcəyinizi zənn etmirdim. Əgər həqiqətən bu ayənin qarşısında dəliliniz varsa, həqiqətin ortaya çıxması üçün onu buyurun.
Nəvvab: «Mötərəm qardaş! Sizdən ricamız, indiyə qədər söylədiyiniz kimi, indi də sözlərinizi, çox sadə bir şəkildə hər kəsin gözəl bir şəkildə anlaması üçün söyləmənizdir. Çünki bizə bu ayəni çox oxudular və hamımızı Quranın hökmünə cəzb edərək məhkum etdilər».
Dəvətçi: «Əvvəla ayənin əzəməti və sözbazların sözləri, ağaları o qədər məczub etmiş ki, buna görə onun batin və zəmirlərindən qafil olmuşlar. Əgər ayənin qrammatik mənasına (quruluşuna) bir az diqqət etsək, iddianızla əsla uyğun olmadığını özünüz görəcəksiniz».
Şeyx: «Belə isə bir zəhmət çəkib, bu ayənin qrammatik quruluşunu və zəmirlərini bəyan edin, onların iddiamızla necə uyğunlaşmadığını görək».
Dəvətçi: «Əvvəlcə ayənin qrammatik quruluşuna nəzər salaq. Bildiyiniz kimi ayənin tərkibi iki alternativdən xaric deyildir: Ya deyəcəyik ki; «Mühəmməd» mübtəda, «Rəsulullah» bağlayıcı (izah mənasında) və «Vəlləzinə məəhu» Mühəmməd kəlməsinə bağlayıcı vasitəsilə bağlanmış, «Əşiddau kəlməsi xəbər və ondan sonra gələnlər də xəbərdən sonra xəbərdirlər. Ya da; «Vəlləzinə məəhu» mübtəda, «Əşiddau» xəbər, ondan sonra gələnlər də xəbərdən sonra xəbərdirlər” – deməmiz lazımdır.
Bu qaydanı sizin əqidə və sözünüzə görə dəyərləndirirsək iki məna ortaya çıxar. Əgər «Mühəmməd» mübtəda, «Vəlləzinə məəhu» da mübtədaya ətf edilsə və ondan sonra gələnlər də xəbərdən sonra xəbər olsalar, ayənin mənası belə olur: «Mühəmməd (s) Əbu Bəkr, Ömər, Osman və həzrət Əlidir». Əgər «Vəlləzinə məəhu» mübtəda, «Əşiddau» kəlməsi xəbər və ondan sonra gələnlər də xəbərdən sonra xəbər olarsa, o zaman da ayənin mənası belə olur: «Əbu Bəkr, Ömər, Osman və Əlidir». Kəlamın bu cür ola bilməsinin ağla uyğun və ədəbi olmadığını tələbələr də bilirlər. Əgər bu ayədən məqsəd dörd xəlifə olsaydı, o zaman sizin iddianıza uyğun olması üçün kəlmələr arasında “vav” bağlayıcısının olması lazım gəlirdi. Müfəssirlərinizin hamısı bu ayənin bütün möminlərə şamil olduğunu söyləyirlər. Yəni bunların, möminlərin hamısınin sifətləri olduğu inancındalar. Sonra ayənin zahirinə də baxsaq, bu sifətlərin hamısınən hər zaman Rəsulullahla (s) birlikdə olan bir nəfərə aid olduğu görüləcəkdir, dörd nəfər deyil. Əgər o bir nəfərin də Əmirəl-möminin həzrət Əli (ə) olduğunu söyləsək, əqlə və nəqlə daha uyğun olar».

MAĞARA AYƏSİNİN DƏLİL GƏTİRİLMƏSİ VƏ ONUN CAVABI
Şeyx: «Görəsən, Allah-taala Qurani-kərimin «Tövbə» surəsinin 40-cı ayəsində belə buyurmurmu?: «Əgər siz ona (həzrət Mühəmmədə) kömək etməsəniz, bilin ki, Allah onsuz da yardım etmişdir. Onda ki, kafirlər onu iki nəfərdən biri olaraq [yurdundan] çıxartdılar. Onda ki, hər ikisi mağarada idilər və onda ki, yoldaşına «Qəm yemə! Allah həqiqətən bizimlədir» – deyirdi. Onda Allah ona Özündən sakinlik nazil etdi. Onu sizin görə bilmədiyiniz ordu ilə gücləndirdi».
Bu ayə, əvvəlki ayəni təyid etməsi tərəfdən, «Vəlləzinə məahu» (onunla bərabər olanlar) cümləsindən də, hicrət gecəsi mağarada Rəsulullahla (s) bərabər olan Əbu Bəkrin ümmətin hamısındən daha fəzilətli və şərəfli olduğuna ən böyük dəlildir. Ayrıca Rəsulullah (s) batini elmlə Əbu Bəkrin o Həzrətin xəlifəsi olacağını və özündən sonra da bir xəlifənin varlığının olmasını zəruri bildiyindən, onu da özü ilə birlikdə aparmışdı, çünki onun qorunması lazım gəlirdi. Əgər şəhərdə qalsa idi düşmənlərin əlinə keçə bilərdi. Ondan başqa heç kimi özü ilə aparmadı. Bu səbəbdən deyirik ki, xəlifə olmaq ilk olaraq onun haqqı idi».
Dəvətçi: «Sizlər əhli-sünnə inadı kənara qoyub bir kənara qoymadıqca, açıq gözlə tərəfsiz və təəssübsüz bir insan kimi ayəyə baxmadıqca, ayənin iddianıza hər hansı bir dəlil təşkil etmədiyini görə bilməzsiniz».
Şeyx: «Əgər iddiamızın əksinə başqa dəlilləriniz varsa, bəyan edin».
Dəvətçi: «Sizdən rica edirəm, bu mövzunu qurtaraq artıq. Çünki söz sözü çəkir. Belə olunca da bəziləri inad etdiyimizi zənn edə bilər, işin sonu da kin və nifrətə çevrilər. Bizim xəlifələrin məqamına qarşı xəyanət etdiyimiz də düşünülə bilər. Amma hər kəsin məqamı qorunmuşdur. Boş yerə təvil və təfsir etməyin bir mənası yoxdur».
Şeyx: «Lütfən işin altından qaçmayın. Əmin olun ki, məntiqli dəlillər kin və nifrət doğurmadıqda, həqiqətləri də ortaya çıxaracaqdır.
Dəvətçi: «İşin altından qaçma» dediyiniz üçün cavab vermək məcburiyyətindəyəm. Qaçmağa bir şey yoxdur işin içində. Mən sadəcə ədəbə riayət etməyə çalışdım. İndi sözlərimi insaf və diqqətlə dinləyin. Bunun cavabını mühəqqiq alimlər müxtəlif yollarla demişlər. Əvvəlcə bunu bildirim ki, Rəsuli-əkrəmin (s) Əbu Bəkrin özündən sonra xəlifə olacağını bildiyindən onun canını qorunması Rəsulullahın (s) üzərinə vacib olduğu iddianız əsası olmayan bir şeydir. Bunun cavabı çox asandır. Belə ki, Peyğəmbəri-əkrəmin xəlifəsi yalnız Əbu Bəkr olsaydı belə bir ehtimal ola bilərdi. Amma Xüləfai-raşidin xəlifələrinin dörd nəfər olduğunu siz özünüz söyləyirsiniz. Vəziyyət belədir ki, gətirdiyiniz dəlilə görə Rəsulullah (s) dörd xəlifənin dördünü də yanında aparması lazım gəlirdi. Yoxsa birinin canını qurtarıb digərlərini təhlükədə qoyması, hətta onlardan birini düşmənin hücumuna məruz qalacağını bildiyi halda yatağında yatırdması sizin bu dəlillə heç bir şəkildə uyğunlaşmır.
Tarixi-Təbərinin üçünü cildində yazdığına görə, Əbu Bəkr Rəsulullahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. Həzrət Əlinin (ə) yanına gedərək həzrət Peyğəmbərin vəziyyətinin nə yerdə olduğunu soruşdu. O da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu Bəkr də yola düşdü və yarı yolda Rəsulullaha (s) yetişdi. Beləliklə məcburi halda bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü ilə birlikdə aparmaq istəməmişdir. Əksinə o izinsiz olaraq Rəsulullahın ardıyca gedib yarı yoldan sonra onunla bərabər yola davam etmişdir.
Hətta bəzi hədislərə görə həzrət Peyğəmbərin (s) Əbu Bəkri yanında aparmasının səbəbinin təsadüfi, fitnə çıxmaması və düşmənə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılmaqdadır. Bu səbəbdən sizin insaflı alimləriniz buna etiraf etmişlər. Məsələn: Sizin qabaqcıl alimlərinizdən olan Şeyx Əbul Qasım ibn Səbbağ «Ən-nuru vəl-burhan» adlı kitabında Məhəmməd ibn İshaqqdan, o da Həssan ibn Sabit Ənsaridən belə rəvayət etmişdir: «Həzrət Peyğəmbərin (s) hicrətindən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getdim. Qüreyş müşriklərinin Rəsulullahın (s) əshabını söydüklərini gördüm. O vaxt Rəsulullah (s) Əliyə öz yatağında yatmasını əmr etdi. Əbu Quhafənin oğlu Əbu Bəkrin düşmənlərə xəbər verə biləcəyindən ehtiyat etdyinə görə onu özü ilə birlikdə götürüb mağaraya doğru hərəkət etdilər».
Ayədəki istişhad (sübut) yeri və fəzilət səbəbini bəyan etsəydiniz çox yaxşı olardı. Rəsulullahla (s) birlikdə səfər etmək, xilafətin isbatı üçün necə bir dəlil ola bilər?!».
Şeyx: «İstişhad yeri aşkar məlumdur. Birincisi, Rəsulullah (s) ilə birlikdə olması və Allahın ona Rəsulullahın (s) yoldaşı deməsi. İkincisi də bu ki, Allah-taala Rəsulullahın dilindən belə buyurur: «Allah bizimlə bərabərdir» («Tövbə» surəsi, ayə 40). Üçüncüsü də, Allah tərəfindən Əbu Bəkrə səkinə (mənəvi bir güç) enməsi, onun fəzilətinə böyük bir dəlildir. Bunların hamısı onun üstünlüyü və xəlifəlikdə qabaqcıllıq haqqına sahib olduğunu göstərir».
Dəvətçi: «Kimsə, Əbu Bəkrin dərəcələrini inkar etmir. Çünki o yaşlı bir müsəlman, əshabın böyüklərindən və Rəsulullahın (s) zövcəsinin atası idi. Amma sizin bir az əvvəl saydığınız dəlillər, Əbu Bəkrə məxsus bir fəzilətin və xəlifəlikdə qabaqcılıq haqqına sahib olduğunun isbatı üçün kifayət deyildir.
Əgər qərəzsiz bir əcnəibnin qarşısına, ona məxsus bir fəzilət isbat etmək üçün bu ayə haqqında verdiyiniz bəyanlarla çıxsanız, ciddi bir etirazla qarşılaşarsız. Çünki sizin cavabınızın əvəzində deyərlər ki, yaxşılarla yol yoldaşı olmaq tək başına fəzilətli və üstün olmaq üçün yetərli deyildir. Bir çox səfərlərdə yaxşılar pislərlə və kafirlər də müsəlmanlarla yol yoldaşı olurlar. Bu səbəbdən səfərdə bu cür hallar daha çox gözə çarpır.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!